5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Mədəniyyət
Mədəniyyət

“Əlifba: A Cultural Alphabet” kitabının təqdimat mərasimi Dohada keçirilib

22 Fevral 2025 14:34
“Əlifba: A Cultural Alphabet” kitabının təqdimat mərasimi Dohada keçirilib

Bakı, AzerVoice

19 fevral tarixində NARGIS jurnalı Dohanın Qətər Milli Kitabxanasında "Əlifba: A Cultural Alphabet" kitabının təqdimatını keçirib.

Tədbirdə Qətər Milli Kitabxanasının prezidenti Dr. Həməd bin Əbdüləziz Əl-Kavari, Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədov, Şeyha Vadha Al Tani, mədəniyyət nümayəndələri, həmçinin Qətərdəki Azərbaycan səfirliyinin qonaqları və Azərbaycan diasporasının nümayəndələri iştirak ediblər.

"Əlifba: A Cultural Alphabet" kitabı rəngarəng illüstrasiyalardan ibarət olan, həm böyüklər həm də uşaqlar üçün nəzərdə tutulmuş Azərbaycan əlifbasıdır. Azərbaycan əlifbasının hər bir hərfi ölkəmizdə yerləşən memarlıq abidələri, sənət əsərləri, ölkəmizin tarixi ənənələri və folkloru ilə bağlıdır. Hər bir hərfə aid mətn geniş araşdırmalar əsasında yazılıb.

Layihənin ideyası NARGIS jurnalının baş redaktoru və bir çox unikal yaradıcı layihələrinin müəllifi olan Ülviyyə Mahmuda aiddir. Onun əsas məqsədi Azərbaycan mədəniyyətini dünyada göz önünə gətirməkdir.

Kitab dörd dildə təqdim olunub: ingilis, ərəb, fransız və ispan dillərində. Kitabın əsas məqsədi Azərbaycanın tarixini, mədəni irsini və Azərbaycan dilini təbliğ etməkdir.

Təqdimat mərasimində NARGIS jurnalının direktoru Müjgan Qafarzadə qonaqları salamlayaraq, layihənin tarixindən bəhs etdi.

Təqdimat çərçivəsində "History in Letters" adlı sənədli animasiya dramı nümayiş olundu. Bu film tamaşaçıları əlifba prizmasından Azərbaycan mədəniyyəti və tarixi ilə tanış edir. Bu, sadəcə bir sənədli animasiya filmi deyil, həm də tamaşaçını həqiqətin kəşfinə və sənətə olan sevginin gücünə sövq edən fəlsəfi axtarışdır.

Filmin rejissoru Meran İsmayılsoy, ssenari müəllifi Ağamehdi Abidov, animasiya rəssamları isə Kənan Şeyxzamanlı və Nərgiz Heydərdir. İllüstrasiyalar rəssam Orxan Hüseynov tərəfindən hazırlanıb.

Heykəltaraş Teymur Qəribov kitab üçün kristal formasında xüsusi altlıq hazırlamışdır. Tədbir zamanı Ülviyyə Mahmud kristalı Şeyha Vadha Al Taniyə hədiyyə etdi.

Layihə üçün xüsusi olaraq hazırlanan "Welcome to Baku" adlı instalyasiya isə rəssam və heykəltaraş Rəşad Ələkbərov tərəfindən təqdim olundu.

Daha sonra qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim edildi. Tədbirdən sonra hər bir qonağa kitab, həmçinin NARGIS jurnalının fevral buraxılışı, posterlər, açıqcalar, xəritə və kəlağayı hədiyyə olundu.

Axşam saatlarında isə "Əlifba. A Cultural Alphabet" kitabında təqdim olunan illüstrasiyaların işıq proyeksiyası Marina Twin Tower binasının üzərində nümayiş olundu. Beləliklə, şəhərin sakinləri və qonaqları layihəmizlə vizual olaraq tanış oldular.

"Əlifba: A Cultural Alphabet" layihəsi 2019-cu ildə ilk dəfə İstanbulda, 2024-cü ilin iyun ayında isə Berlində təqdim olunub. 2025-ci ildə layihə dünyada daha da genişlənəcək: Dohadan sonra kitab Rabatda, Madriddə, Londonda və digər şəhərlərdə təqdim ediləcək.

NARGIS jurnalı baş sponsor PASHA Holding-ə, Qətərdəki Azərbaycan Ticarət Korporasiyasına, Azərbaycan Respublikasının Qətərdəki Səfirliyinə tərəfdaşlıq və dəstək göstərdiklərinə görə və Kazunion turizm agentliyinə dərin minnətdarlığını bildirir.

“Əlifba: A Cultural Alphabet” kitabının təqdimat mərasimi Dohada keçirilib “Əlifba: A Cultural Alphabet” kitabının təqdimat mərasimi Dohada keçirilib “Əlifba: A Cultural Alphabet” kitabının təqdimat mərasimi Dohada keçirilib “Əlifba: A Cultural Alphabet” kitabının təqdimat mərasimi Dohada keçirilib “Əlifba: A Cultural Alphabet” kitabının təqdimat mərasimi Dohada keçirilib “Əlifba: A Cultural Alphabet” kitabının təqdimat mərasimi Dohada keçirilib “Əlifba: A Cultural Alphabet” kitabının təqdimat mərasimi Dohada keçirilib “Əlifba: A Cultural Alphabet” kitabının təqdimat mərasimi Dohada keçirilib “Əlifba: A Cultural Alphabet” kitabının təqdimat mərasimi Dohada keçirilib “Əlifba: A Cultural Alphabet” kitabının təqdimat mərasimi Dohada keçirilib “Əlifba: A Cultural Alphabet” kitabının təqdimat mərasimi Dohada keçirilib “Əlifba: A Cultural Alphabet” kitabının təqdimat mərasimi Dohada keçirilib “Əlifba: A Cultural Alphabet” kitabının təqdimat mərasimi Dohada keçirilib
Məqalədə: #Qətər #Doha #NARGIS jurnalı

Mövzu üzrə digər xəbərlər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
Qətərin ilk qadın boksçusunun hekayəsi - Əfaf Əl-Qarni kimdir?
Ərəb idmançılar

Qətərin ilk qadın boksçusunun hekayəsi - Əfaf Əl-Qarni kimdir?

4 Sentyabr 13:00
Qətər və Pakistan əməkdaşlığı əmək və insan resursları sahəsində genişləndirəcək
Qətər

Qətər və Pakistan əməkdaşlığı əmək və insan resursları sahəsində genişləndirəcək

3 Sentyabr 15:43
Qətər İranın Səudiyyə tankerinə hücumunu pisləyib
Qətər

Qətər İranın Səudiyyə tankerinə hücumunu pisləyib

2 Sentyabr 19:11

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.