6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Mədəniyyət
Mədəniyyət

Qızılorda Vilayətində Dədə Qorqudun Böyük İrsinə Həsr Olunmuş Konfrans Keçirilib

10 oktyabr 2025-ci il tarixində Qızılorda vilayətində (Qazaxıstan Respublikası) Türk Mədəniyyəti və İrsi Fondu və Qızılorda vilayəti Akiminin birgə təşkilatçılığı ilə “Dədə Qorqud irsi: Türk dünyası üçün ümumi epik dəyərlər” adlı beynəlxalq elmi-nəzəri konfrans keçirilib. Konfrans türk ölkələrinin folklor-musiqi sənətinə həsr olunmuş “Qorqud və Böyük Çölün sədaları” adlı beynəlxalq festival çərçivəsində baş tutub.

13 Oktyabr 2025 17:39
Qızılorda Vilayətində Dədə Qorqudun Böyük İrsinə Həsr Olunmuş Konfrans Keçirilib

BAKI, AzerVoice, Nailə Babazadə

10 oktyabr 2025-ci il tarixində Qızılorda vilayətində (Qazaxıstan Respublikası) Türk Mədəniyyəti və İrsi Fondu və Qızılorda vilayəti Akiminin birgə təşkilatçılığı ilə “Dədə Qorqud irsi: Türk dünyası üçün ümumi epik dəyərlər” adlı beynəlxalq elmi-nəzəri konfrans keçirilib. Konfrans türk ölkələrinin folklor-musiqi sənətinə həsr olunmuş “Qorqud və Böyük Çölün sədaları” adlı beynəlxalq festival çərçivəsində baş tutub.

Konfransda Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova, Qızılorda vilayətinin Akimi cənab Nurlıbek Nalıbayev, eləcə də mədəniyyət, tarix və ədəbiyyat sahəsində türk ölkələrinin aparıcı alim və ekspertləri iştirak ediblər.

Tədbirin əsas məqsədi Dədə Qorqud irsinin və onun epik ənənələrinin türk xalqlarının mənəvi və mədəni həyatındakı əhəmiyyətinin hərtərəfli müzakirəsi, elmi tədqiqatların inkişaf etdirilməsi və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi olub.

Konfrans zamanı Dədə Qorqud dastanının tarixi kökləri, onun türk dünyasındakı rolu, həmçinin müasir mədəniyyət və ədəbiyyatda əksi kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb. Alimlər yeni elmi tədqiqatlarının nəticələrini təqdim edib və Dədə Qorqud irsinin öyrənilməsində müasir nəzəri yanaşmaları bölüşüblər.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxışında konfrans iştirakçılarını salamlayaraq Dədə Qorqudun böyük irsinin qorunması və dünya miqyasında tanıdılmasının əhəmiyyətini qeyd edib.
Konfrans çərçivəsində elmi məruzələr dinlənilib, panel müzakirələr aparılıb, həmçinin “Türk Folklor İrsi” Antologiya layihəsi çərçivəsində “Türk qəhrəmanlıq eposu” silsiləsinin ilk cildi təqdim olunub.
Tədbirin sonunda Qazaxıstanın Əməkdar incəsənət xadimi, T. Jurgenov adına Qazax Milli İncəsənət Akademiyasının dosenti Uljan Baybosınova “Koroğlu” poeması və Sır diyarının dastançılarına məxsus bir sıra parçaları ifa edib.

Beynəlxalq konfrans türk dünyasında epik yaradıcılıq ənənələrinin birliyinin və qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsi üçün mühüm platforma olmaqla yanaşı, türk xalqlarının mənəvi irsinin qorunması və təbliği istiqamətində əlamətdar addım kimi dəyərləndirilib.

Qızılorda Vilayətində Dədə Qorqudun Böyük İrsinə Həsr Olunmuş Konfrans Keçirilib Qızılorda Vilayətində Dədə Qorqudun Böyük İrsinə Həsr Olunmuş Konfrans Keçirilib Qızılorda Vilayətində Dədə Qorqudun Böyük İrsinə Həsr Olunmuş Konfrans Keçirilib Qızılorda Vilayətində Dədə Qorqudun Böyük İrsinə Həsr Olunmuş Konfrans Keçirilib Qızılorda Vilayətində Dədə Qorqudun Böyük İrsinə Həsr Olunmuş Konfrans Keçirilib Qızılorda Vilayətində Dədə Qorqudun Böyük İrsinə Həsr Olunmuş Konfrans Keçirilib
Məqalədə: #Aktotı Raimkulova #Türk Mədəniyyəti və İrsi Fondu

Mövzu üzrə digər xəbərlər

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Özbəkistan

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

4 Sentyabr 19:56
Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanla informasiya sahəsində əməkdaşlığı genişləndirir
Özbəkistan

Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanla informasiya sahəsində əməkdaşlığı genişləndirir

28 Avqust 16:52
Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstanın Özbəkistandakı yeni təyin olunmuş səfiri ilə görüşüb
Türk Dövlətləri

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstanın Özbəkistandakı yeni təyin olunmuş səfiri ilə görüşüb

24 Avqust 10:02
Türk Mədəniyyəti Və İrsi Fondunda ədəbi irsin tədqiqi və əməkdaşlıq məsələləri müzakirə olunub
Türk Dövlətləri

Türk Mədəniyyəti Və İrsi Fondunda ədəbi irsin tədqiqi və əməkdaşlıq məsələləri müzakirə olunub

19 Avqust 16:25

Son Xəbərlər

Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
07:48
Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.