6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Mədəniyyət
Mədəniyyət

Səmərqənddə YUNESKO sessiyasında Türk Mədəniyyəti və İrsi Fondunun unikal layihələri təqdim olundu

4 noyabr 2025-ci il tarixində, Səmərqənd (Özbəkistan) şəhərində YUNESKO-nun Baş Konfransının 43-cü sessiyasının platformasında Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə ilk dəfə olaraq türk sivilizasiyasının dərinliyini və böyüklüyünü əks etdirən unikal layihələrin təqdimatı keçirilib.

5 Noyabr 2025 14:13
Səmərqənddə YUNESKO sessiyasında Türk Mədəniyyəti və İrsi Fondunun unikal layihələri təqdim olundu

BAKI,AzerVoice

4 noyabr 2025-ci il tarixində, Səmərqənd (Özbəkistan) şəhərində YUNESKO-nun Baş Konfransının 43-cü sessiyasının platformasında Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə ilk dəfə olaraq türk sivilizasiyasının dərinliyini və böyüklüyünü əks etdirən unikal layihələrin təqdimatı keçirilib.

AzerVoice xəbər verir ki, tədbir çərçivəsində: Türk Dövlət Başçılarının qəbul etdiyi “Türk Dünyasına Baxış – 2040” və “TÜRKTIME” strateji sənədlərinə uyğun olaraq hazırlanmış “Türk Dünyasının Mədəni Kodu” adlı Türk dünyasının mədəni irsinə dair Kataloq; Özbəkistan Respublikasının Prezidenti Zati-Aliləri cənab Şavkat Mirziyoyevin təşəbbüsü və Türk Dövlət Başçılarının dəstəyi əsasında Fond tərəfindən həyata keçirilən çoxcildli, çoxdilli “Türk Folklor İrsi” Antologiya nəşrinin təqdimatı baş tutub.

Təqdimatın davamında 2025-ci il noyabrın 3-də YUNESKO Baş Konfransının 43-cü sessiyasının qətnaməsi ilə qəbul edilmiş “15 dekabr - Türk Dili Ailəsi Gününün (World Turkic Language Family Day)” qeyd olunması ilə bağlı tədbir keçirilib.

Təqdimat mərasiminin açılışında çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova tədbirin təşkilatçılığında göstərilən dəstəyə və qonaqpərvərliyə görə YUNESKO-ya və Özbəkistan Respublikasına dərin minnətdarlığını ifadə edib.

Fond tərəfindən nəşr olunan “Türk Dünyasının Mədəni Kodu” adlı çoxdilli Kataloq və çoxcildli, çoxdilli “Türk Folklor İrsi” Antologiyası haqqında çıxış edən xanım Aktotı Raimkulova, Türk dünyasının mənəvi körpüsünə çevrilən bu layihələrin ərsəyə gəlməsində əməyi olan mütəxəssisləri, alimləri və Məşvərət Komitəsinin üzvlərini səmimi-qəlbdən təbrik edib, onlara bu yolda göstərdikləri əzm və fədakarlıqlarına görə təşəkkürünü bildirib.

Tədbir çərçivəsində çıxış edənlər arasında Fondun “Türk Dünyasının Mədəni Kodu” kataloqunun layihə kuratoru Rüstəm Müzəffərov, eləcə də Özbəkistandan tanınmış alim, “Türk Folklor İrsi” Antologiyasının hazırlanmasında iştirak edən Jabbor Eşonqulov yer alıblar. Onlar təqdim olunan nəşrlərin əhəmiyyətini vurğulayaraq, bu layihələrin təşəbbüskarı olan Türk Mədəniyyəti və İrsi Fondunun fədakar fəaliyyətini və Türk dünyasının mədəni irsinin qorunmasına verdiyi töhfəni yüksək qiymətləndiriblər.

Fəxri qonaq qismində Qırğız Respublikasının Prezidentinin müşaviri cənab Arslan Qoyçiyev, Türkiyə Ədalət və İnkişaf Partiyasının sədr müavini, professor Kürşad Zorlu, Özbəkistan Respublikası Elmlər Akademiyasının vitse-prezidenti, professor Baxrom Abduxalımov iştirak ediblər. Onlar bu tarixi qərarın Türk dillərinin zənginliyinin və ortaq mənəvi köklərinin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb, tədbirin həyata keçirilməsində Türk Mədəniyyəti və İrsi Fondunun gördüyü işləri və səylərini yüksək qiymətləndiriblər.

Təqdimat zamanı çıxış edənlər arasında Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəsi, səfir Elman Abdullayev, Qazaxıstan Respublikasının Elm və Ali Təhsil nazirinin müavini cənab Talqat Yeşenkulov, Türkmənistanın Fransa Respublikasındakı səfiri və YUNESKO yanında Daimi Nümayəndəsi Maksat Çariyev, eləcə də Macarıstanın YUNESKO yanında Daimi Nümayəndəliyinin müavini xanım Kinqa Simon yer alıblar. Tədbirdə həmçinin Qazaxıstan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəsi Askar Abdraxmanov, Qırğız Respublikasının Fransa Respublikasındakı səfiri və YUNESKO yanında Daimi Nümayəndəsi Sadık Şer-Niyaz, Türkiyə Respublikasının YUNESKO yanında Daimi Nümayəndəsi Gülnur Aybet, Özbəkistan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəsi Kamol Muxtarov, YUNESKO -nun Türkiyə Respublikası Milli Komissiyasının sədri, professor Öcal Oğuz, UNESCO-nun Almatıdakı Regional ofisinin Direktoru Amir Piriç, Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun (BMAAİ) direktoru Evren Rutbil aktiv iştirak göstəriblər.

Təqdimat mərasimində eyni zamanda Belçika, Ekvador, Fransa, Latviya, Oman, Qətər, Venesuela və Çexiyanın YUNESKO yanında Daimi Nümayəndəliklərinin təmsilçiləri, Özbəkistanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, tanınmış alimlər, mədəniyyət institutlarının təmsilçiləri, Türk mədəniyyətinə və irsinə maraq göstərən əcnəbilər və media nümayəndələri iştirak ediblər.

Tədbir Türk mədəniyyəti və irsinin səfiri, etno-folklor “TURAN” ansamblının solistlərinin ifası ilə davam edib. Türk musiqi sənətinin parlaq nümunələrini səsləndirən solistlərin çıxışı mərasimin ən yaddaqalan və təsirli anlarından birinə çevrilərək tədbirin parlaq məqamı olub və iştirakçılar tərəfindən böyük alqışla qarşılanıb.

Səmərqənddə YUNESKO sessiyasında Türk Mədəniyyəti və İrsi Fondunun unikal layihələri təqdim olundu Səmərqənddə YUNESKO sessiyasında Türk Mədəniyyəti və İrsi Fondunun unikal layihələri təqdim olundu Səmərqənddə YUNESKO sessiyasında Türk Mədəniyyəti və İrsi Fondunun unikal layihələri təqdim olundu Səmərqənddə YUNESKO sessiyasında Türk Mədəniyyəti və İrsi Fondunun unikal layihələri təqdim olundu Səmərqənddə YUNESKO sessiyasında Türk Mədəniyyəti və İrsi Fondunun unikal layihələri təqdim olundu Səmərqənddə YUNESKO sessiyasında Türk Mədəniyyəti və İrsi Fondunun unikal layihələri təqdim olundu Səmərqənddə YUNESKO sessiyasında Türk Mədəniyyəti və İrsi Fondunun unikal layihələri təqdim olundu Səmərqənddə YUNESKO sessiyasında Türk Mədəniyyəti və İrsi Fondunun unikal layihələri təqdim olundu Səmərqənddə YUNESKO sessiyasında Türk Mədəniyyəti və İrsi Fondunun unikal layihələri təqdim olundu Səmərqənddə YUNESKO sessiyasında Türk Mədəniyyəti və İrsi Fondunun unikal layihələri təqdim olundu Səmərqənddə YUNESKO sessiyasında Türk Mədəniyyəti və İrsi Fondunun unikal layihələri təqdim olundu Səmərqənddə YUNESKO sessiyasında Türk Mədəniyyəti və İrsi Fondunun unikal layihələri təqdim olundu Səmərqənddə YUNESKO sessiyasında Türk Mədəniyyəti və İrsi Fondunun unikal layihələri təqdim olundu Səmərqənddə YUNESKO sessiyasında Türk Mədəniyyəti və İrsi Fondunun unikal layihələri təqdim olundu Səmərqənddə YUNESKO sessiyasında Türk Mədəniyyəti və İrsi Fondunun unikal layihələri təqdim olundu Səmərqənddə YUNESKO sessiyasında Türk Mədəniyyəti və İrsi Fondunun unikal layihələri təqdim olundu
Məqalədə: #Özbəkistan #YUNESKO #Səmərqənd #Türk Mədəniyyəti və İrsi Fondu #Türk dövlətləri #Türk dünyası

Mövzu üzrə digər xəbərlər

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Özbəkistan

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

4 Sentyabr 19:56
Mirziyoyev ŞƏT ölkələrinin dəmir yolu məkanlarının inteqrasiyası üzrə Şuranın yaradılmasını təklif edib
Siyasət

Mirziyoyev ŞƏT ölkələrinin dəmir yolu məkanlarının inteqrasiyası üzrə Şuranın yaradılmasını təklif edib

1 Sentyabr 16:17
Özbəkistan Prezidenti ŞƏT-də ərzaq, su və enerji təhlükəsizliyi üzrə yeni mexanizm yaradılmasını təklif edib
Siyasət

Özbəkistan Prezidenti ŞƏT-də ərzaq, su və enerji təhlükəsizliyi üzrə yeni mexanizm yaradılmasını təklif edib

1 Sentyabr 15:51
Mirziyoyev ŞƏT-in Sənaye Əməkdaşlığı Xəritəsinin yaradılmasını təklif edib
Siyasət

Mirziyoyev ŞƏT-in Sənaye Əməkdaşlığı Xəritəsinin yaradılmasını təklif edib

1 Sentyabr 15:46

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.