Şuşada mühüm sənəd imzalandı
İyunun 30-da Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşü başa çatıb. Görüşün yekununda qurumlar arasında əməkdaşlığın institusional əsaslarını, gələcək birgə fəaliyyət istiqamətlərini özündə əks etdirən 11 bənddən ibarət Kommünike imzalanıb.
Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahında önəmli görüş: Meksika ilə mədəni diplomatiya körpüləri qurulur
5 iyun 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahında təşkilatın Prezidenti, Professor Aktotı Raimkulova ilə Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero arasında rəsmi görüş keçirilib.
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Qazaxıstana səfərindən görüntülər paylaşılıb
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Qazaxıstan Respublikasına həyata keçirdiyi işgüzar səfərdən görüntülər paylaşılıb. Paylaşımda səfərin 15 may 2026-cı il tarixində baş tutduğu qeyd olunub. Görüntülər Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlıq və Türk dünyası çərçivəsində münasibətlərin inkişafına verilən önəmi bir daha nümayiş etdirir.
Ərdoğan Mirziyoyev ilə regional məsələləri müzakirə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. Görüş Ərdoğanın qalxdığı oteldə mətbuata qapalı şəkildə həyata keçirilib və Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan da iştirak edib. Görüş Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Qeyri-rəsmi Zirvəsi çərçivəsində baş tutub.
Qazaxıstan və Türkiyə vahid dəmir yolu tarifləri üzərində işləyir
Qazaxıstan və Türkiyə arasında nəqliyyat-logistika əməkdaşlığının dərinləşdirilməsi gündəmdədir. Qazaxıstanın Baş naziri Oljas Bektənov iki ölkə arasında dəmir yolu daşımalarının rəqabət qabiliyyətinin artırılması üçün vahid tariflərin formalaşdırılmasının vacibliyini bildirib.
Türkiyə ilə əməkdaşlıq üçün konkret təkliflərə açığıq - Sərdar Berdiməhəmmədov
Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov ölkəyə səfər edən Türkiyə Respublikasının ticarət naziri Ömər Bolatı qəbul edib. Ömər Bolat Türkmənistanın daimi neytrallıq statusunun regionda sülhün möhkəmləndirilməsində mühüm əhəmiyyətini qeyd edərək, Rəcəb Tayyib Ərdoğanın ötən ilin dekabrında paytaxtda Türkmənistanın daimi neytrallığının 30 illiyinə həsr olunmuş forumda iştirakının iki ölkə arasında siyasi-diplomatik münasibətlərin yeni mərhələyə yüksəlməsinə töhfə verdiyini bildirib.
Aşqabadda Türkiyənin ixrac məhsullarının 12-ci sərgisi açılıb
Türkmənistanın paytaxtı Aşqabadda Türkiyə Respublikasının ixrac məhsullarının 12-ci ixtisaslaşmış sərgisinin rəsmi açılış mərasimi keçirilib.Açılış mərasimində Türkiyənin ticarət naziri Ömər Bolatın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. 10–12 fevral tarixlərini əhatə edən üçgünlük sərgi istehsalçılar, investorlar və dövlət qurumları arasında əməkdaşlıq üçün mühüm platforma rolunu oynayır.
Özbəkistan prezidenti Türkiyədə rəsmi səfərdədir
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə rəsmi səfər çərçivəsində Ankaraya gəlib. Esenboğa Hava Limanında Şavkat Mirziyoyevi Prezident Rəcəb Tayyib Ərdoğan və birinci xanım Əminə Ərdoğan qarşılayıblar.
Şavkat Mirziyoyev Türkiyəyə səfər edəcək
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə rəsmi səfər çərçivəsində Türkiyəyə yola düşüb. Rəsmi səfərin proqramına, həmçinin, bir sıra humanitar və mədəni tədbirlərdə iştirak da daxildir. Bu tədbirlərin iki ölkə arasında humanitar əlaqələrin genişləndirilməsinə və xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfə verəcəyi vurğulanır.
Türkmənistan–Türkiyə Hökumətlərarası Komissiyasının 9-cu iclası Aşqabadda keçiriləcək
Türkmənistan ilə Türkiyə arasında ticarət-iqtisadi əməkdaşlıq sürətlə genişlənir və tərəflər qarşıdakı illərdə qarşılıqlı ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artırmağı hədəfləyir. Diplomat qeyd edib ki, mövcud potensial nəzərə alınmaqla, yaxın gələcəkdə Türkmənistan ilə Türkiyə arasında ticarət həcmini 5 milyard ABŞ dollarına yüksəltmək mümkündür. Bu məqsədlə hər il Türkmənistanda təşkil olunan Türkiyə ixrac məhsullarının 12-ci sərgisinin 10-12 fevral tarixlərində Aşqabadda keçirilməsi planlaşdırılır.
Qırğızıstan və Özbəkistan əməkdaşlığı genişləndirir
Bu gün Qırğızıstan Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev ilə Özbəkistan Respublikasının xarici işlər naziri Bəxtiyor Saidov arasında telefon danışığı baş tutub. Danışıq zamanı tərəflər Qırğızıstan–Özbəkistan əməkdaşlığının aktual məsələlərini müzakirə edərək, beynəlxalq nəqliyyat dəhlizlərinin daha da inkişaf etdirilməsinə, eləcə də Qırğızıstan–Özbəkistan dövlət sərhədində yerləşən gömrük-keçid məntəqələrinin buraxılış qabiliyyətinin optimallaşdırılmasına yönəlmiş tədbirlərə xüsusi diqqət ayırıblar.
Azərbaycan tamaşaları Türkmənistanda xarici klassiklər həftəsində nümayiş olunacaq
Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyindən verilən məlumata əsasən, Türkmənistanın daimi tərəfsizliyinin 30 illik ildönümü münasibətilə 6-12 dekabr 2025-ci il tarixlərində ölkədə keçiriləcək mədəniyyət həftəsi çərçivəsində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yaradıcılığından nümunələr də təqdim olunacaq.