5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Mədəniyyət
Mədəniyyət

Azərbaycan tamaşaları Türkmənistanda xarici klassiklər həftəsində nümayiş olunacaq

Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyindən verilən məlumata əsasən, Türkmənistanın daimi tərəfsizliyinin 30 illik ildönümü münasibətilə 6-12 dekabr 2025-ci il tarixlərində ölkədə keçiriləcək mədəniyyət həftəsi çərçivəsində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yaradıcılığından nümunələr də təqdim olunacaq.

28 Noyabr 2025 15:15
Azərbaycan tamaşaları Türkmənistanda xarici klassiklər həftəsində nümayiş olunacaq

BAKI,AzerVoice

Azərbaycanın səhnə əsərləri, Türkmənistanın teatrlarında dünya xalqları arasında sülh və dostluq münasibətlərinə həsr olunan xarici klassik tamaşalar həftəsində nümayiş olunacaq.

AzerVoice xəbər verir ki, Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyindən verilən məlumata əsasən, Türkmənistanın daimi tərəfsizliyinin 30 illik ildönümü münasibətilə 6-12 dekabr 2025-ci il tarixlərində ölkədə keçiriləcək mədəniyyət həftəsi çərçivəsində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yaradıcılığından nümunələr də təqdim olunacaq.

Azərbaycan Prezidentinin Sərəncamı ilə ölkəmizdə və bütün dünyada bu il doğumunun 140 illiyi qeyd olunan Üzeyir Hacıbəylinin "Ər və arvad" operettası əsasında səhnələşdirilmiş eyniadlı tamaşa Aşqabadda Böyük Saparmurad Türkmənbaşı adına Baş Dram Teatrında türkmən dilində nümayiş etdiriləcək. Tamaşa eyni zamanda, ingilis və rus dillərinə sinxron tərcümə olunacaq.

Qeyd edək ki, Üzeyir Hacıbəylinin əsərləri Türkmənistanın mədəni həyatında mühüm yer tutur. "Ər və arvad"la yanaşı, bəstəkarın ölməz əsəri "Arşın mal alan" operettası da Aşqabadda müxtəlif teatr səhnələrində daim tamaşaçıların rəğbətini qazanır və həm yerli, həm də xarici izləyicilər tərəfindən yüksək qiymətləndirilir.

Həmçinin, həftə çərçivəsində Aşqabadın A.S.Puşkin adına Rus Dram Teatrında Üzeyir Hacıbəylinin "Arşın mal alan" tamaşası ənənəvi olaraq nümayiş olunacaq.

Tamaşa həftəsi ərzində Türkmənistan tamaşaçıları və xarici qonaqlar teatr səhnələrində Azərbaycan, qırğız, gürcü, amerika, rus, italyan və fransız dramaturqlarının əsərlərini izləmək imkanı əldə edəcəklər.

Məqalədə: #Azərbaycan #Bakı #Aşqabad #Türkmənistan #Türk dövlətləri #İkitərəfli əlaqələr #İkitərəfli münasibətlərin inkişafı #Azərbaycan Respublikasının Türkmənistandakı səfiri Qismət Gözəlov #Qismət Gözəlov

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
16:55
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
16:47
İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.