8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

Özbəkistan prezidenti Türkiyədə rəsmi səfərdədir

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə rəsmi səfər çərçivəsində Ankaraya gəlib. Esenboğa Hava Limanında Şavkat Mirziyoyevi Prezident Rəcəb Tayyib Ərdoğan və birinci xanım Əminə Ərdoğan qarşılayıblar.

29 Yanvar 2026 16:41
Özbəkistan prezidenti Türkiyədə rəsmi səfərdədir
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice, Fərid Mikayılov

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə rəsmi səfər çərçivəsində Ankaraya gəlib. Esenboğa Hava Limanında Şavkat Mirziyoyevi Prezident Rəcəb Tayyib Ərdoğan və birinci xanım Əminə Ərdoğan qarşılayıblar.

AzerVoice xəbər verir ki, səfər çərçivəsində Türkiyə-Özbəkistan münasibətlərinin strateji səviyyədə inkişafına dair mühüm görüşlər planlaşdırılır.

Şavkat Mirziyoyev və həyat yoldaşı Ziroat Mirziyoyeva rəsmi qarşılama mərasimindən sonra Ankarada keçiriləcək yüksək səviyyəli danışıqlarda iştirak edəcəklər.

Məlumata görə, səfərin əsas gündəliyində Türkiyə-Özbəkistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasının keçirilməsi dayanır. İclasda iki ölkə arasında siyasi, iqtisadi, ticarət, nəqliyyat, enerji, mədəni və humanitar sahələrdə əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində atılacaq addımlar ətraflı müzakirə olunacaq.

Görüşlər çərçivəsində liderlərin təkbətək və nümayəndə heyətləri səviyyəsində danışıqlar aparması, daha sonra isə birgə mətbuat konfransı ilə çıxış etməsi gözlənilir.

Özbəkistan prezidenti Türkiyədə rəsmi səfərdədir Özbəkistan prezidenti Türkiyədə rəsmi səfərdədir Özbəkistan prezidenti Türkiyədə rəsmi səfərdədir
Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Şavkat Mirziyoyev #Özbəkistan #Ankara #Türk dövlətləri #Daşkənd #Əminə Ərdoğan

Mövzu üzrə digər xəbərlər

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
Suriya

Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir

7 Sentyabr 14:14
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

7 Sentyabr 12:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

7 Sentyabr 12:06

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.