6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahında önəmli görüş: Meksika ilə mədəni diplomatiya körpüləri qurulur

5 iyun 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahında təşkilatın Prezidenti, Professor Aktotı Raimkulova ilə Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero arasında rəsmi görüş keçirilib.

10 İyun 2026 10:21
Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahında önəmli görüş: Meksika ilə mədəni diplomatiya körpüləri qurulur

BAKI,VOA

5 iyun 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahında təşkilatın Prezidenti, Professor Aktotı Raimkulova ilə Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero arasında rəsmi görüş keçirilib.

VOA xəbər verir ki, görüş çərçivəsində Türk dünyası ilə Meksika arasında mədəniyyət, irsin qorunması və rəqəmsallaşdırılması sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Görüş zamanı Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova rəhbərlik etdiyi təşkilatın Türk dünyasının ortaq dəyərlərini beynəlxalq səviyyədə tanıdan mühüm mədəni platformaya çevrildiyini vurğuladı. O, Fondun fəaliyyət coğrafiyasının yalnız üzv və müşahidəçi dövlətlərlə məhdudlaşmadığını, Türk dövlətlərindən kənarda yaşayan türk xalqlarının mədəni irsinin qorunmasına da xüsusi önəm verildiyini qeyd etdi.

Xanım Səfir, Meksika Birləşmiş Ştatlarının Türk Mədəniyyəti və İrsi Fondunun formalaşdırdığı geniş əməkdaşlıq platformasından və mədəni körpülərdən səmərəli şəkildə yararlanaraq, bütövlükdə Türk Dövlətləri ilə çoxtərəfli əlaqələrini daha da gücləndirmək niyyətində olduğunu diqqətə çatdırdı.

Söhbət zamanı Fondun həyata keçirdiyi irimiqyaslı beynəlxalq layihələr barədə məlumat verildi.

Görüş zamanı Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Fond tərəfindən təşkil olunan “Türk Evləri” paneli xüsusi olaraq qeyd edildi. Fondun Prezidenti növbəti Forumun Meksikada keçiriləcəyi münasibətilə xanım səfiri təbrik etdi. Tərəflər ikitərəfli əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə etdilər.

Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahında önəmli görüş: Meksika ilə mədəni diplomatiya körpüləri qurulur Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahında önəmli görüş: Meksika ilə mədəni diplomatiya körpüləri qurulur Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahında önəmli görüş: Meksika ilə mədəni diplomatiya körpüləri qurulur Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahında önəmli görüş: Meksika ilə mədəni diplomatiya körpüləri qurulur
Məqalədə: #Aktotı Raimkulova #Türk Mədəniyyəti və İrsi Fondu #Türk dövlətləri #Türk dünyası

Mövzu üzrə digər xəbərlər

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Özbəkistan

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

4 Sentyabr 19:56
Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanla informasiya sahəsində əməkdaşlığı genişləndirir
Özbəkistan

Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanla informasiya sahəsində əməkdaşlığı genişləndirir

28 Avqust 16:52
Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstanın Özbəkistandakı yeni təyin olunmuş səfiri ilə görüşüb
Türk Dövlətləri

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstanın Özbəkistandakı yeni təyin olunmuş səfiri ilə görüşüb

24 Avqust 10:02
Türk Mədəniyyəti Və İrsi Fondunda ədəbi irsin tədqiqi və əməkdaşlıq məsələləri müzakirə olunub
Türk Dövlətləri

Türk Mədəniyyəti Və İrsi Fondunda ədəbi irsin tədqiqi və əməkdaşlıq məsələləri müzakirə olunub

19 Avqust 16:25

Son Xəbərlər

Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.