5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Mədəniyyət
Mədəniyyət

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Londonda “Tağıyev: Neft” bədii filminin təqdimatında iştirak edib

Londonun mərkəzində yerləşən Britaniya Film və Televiziya Sənətləri Akademiyasının (BAFTA) möhtəşəm “Princess Anne Theatre” zalında keçirilən təqdimatda Bakı Media Mərkəzinin rəhbəri və filmin baş prodüseri Arzu Əliyeva, prodüser Orman Əliyev, rejissor Zaur Qasımlı, Xalq artisti Pərviz Məmmədrzayev, Gürcüstan, Türkiyə, Özbəkistan və digər dövlətlərin səfirləri və diplomatik korpusun digər çoxsaylı nümayəndələri, Britaniya Xarici İşlər Nazirliyinin əməkdaşları, Britaniya parlamentinin Lordlar Palatasının üzvləri, “City of London”, Millətlər Birliyi, Avropa Yenidənqurma və İnkişaf Bankı və sair təşkilatların nümayəndələri, bp şirkətinin təmsilçiləri, ictimai-siyasi xadimlər, Britaniyada yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər

15 May 2026 14:05
Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Londonda “Tağıyev: Neft” bədii filminin təqdimatında iştirak edib

BAKI,VOA

Londonda görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən “Tağıyev: Neft” bədii filminin təqdimatı olub.

VOA xəbər verir ki, Londonun mərkəzində yerləşən Britaniya Film və Televiziya Sənətləri Akademiyasının (BAFTA) möhtəşəm “Princess Anne Theatre” zalında keçirilən təqdimatda Bakı Media Mərkəzinin rəhbəri və filmin baş prodüseri Arzu Əliyeva, prodüser Orman Əliyev, rejissor Zaur Qasımlı, Xalq artisti Pərviz Məmmədrzayev, Gürcüstan, Türkiyə, Özbəkistan və digər dövlətlərin səfirləri və diplomatik korpusun digər çoxsaylı nümayəndələri, Britaniya Xarici İşlər Nazirliyinin əməkdaşları, Britaniya parlamentinin Lordlar Palatasının üzvləri, “City of London”, Millətlər Birliyi, Avropa Yenidənqurma və İnkişaf Bankı və sair təşkilatların nümayəndələri, bp şirkətinin təmsilçiləri, ictimai-siyasi xadimlər, Britaniyada yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi, “Neqsol Holding”, “Kapital Bank”, “Bakcell” və “Norm” şirkətlərinin sponsorluğu ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub. Ekran əsəri “Tağıyev” çoxseriyalı layihəsinin birinci hissəsidir. Filmdə XIX əsrin sonları XX əsrin əvvəllərində Bakıda neft bumu kontektsində Hacı Zeynalabdin Tağıyevin sadə bənnadan nüfuzlu neft sənayeçisinə qədər uzanan həyat yolu təsvir olunur.

Tədbirdə çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Hacı Zeynalabdin Tağıyevin Azərbaycanın iqtisadi və mədəni həyatında oynadığı mühüm roldan bəhs edib, bu yolda üzləşdiyi çətinliklər və keçdiyi sınaqların onu öz yolundan döndərmədiyini söyləyib. Səfir Tağıyevin ən böyük arzularından birinin təhsilin inkişafı və müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbinin yaradılması olduğunu xüsusi vurğulayıb.

Tarixin müxtəlif dövrlərində Azərbaycan xalqının həyatında mühüm rol oynamış görkəmli şəxsiyyətlərin olduğuna diqqət çəkən səfir Elin Süleymanov bir neçə gün əvvəl Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünün qeyd olunmasından, Ulu Öndərin ötən əsrin sonlarına yaxın Azərbaycanın ağır böhranlardan çıxaraq sabit inkişaf yoluna qədəm qoymasında həlledici və əvəzolunmaz rolundan danışıb.

Filmin Londondakı təqdimat mərasimində iştirak edən qonaqlar ekran əsəri barədə xoş təəssüratlarını bölüşüblər. Onlar layihəni yüksək keyfiyyətdə ərsəyə gətirən Bakı Media Mərkəzinin yaradıcı komandasını ürəkdən alqışlayaraq filmin Azərbaycan və onun tarixi, mədəniyyəti, dəyərləri, inkişaf yolu haqqında olduqca maraqlı məlumatlar ötürdüyünü bildiriblər. Qonaqlar bu kimi layihələrin Azərbaycanın dünyaya tanıdılmasında böyük rola malik olduğunu, Hacı Zeynalabdin Tağıyevin əslində Azərbaycan xalqına məxsus humanistlik, xeyirxahlıq, səxavətlilik, dözümlülük, mərdlik kimi xüsusiyyətləri özündə birləşdirdiyini vurğulayıblar.

Xalq artisti Pərviz Məmmədrzayev filmin Rusiyada və ABŞ-nin Los-Anceles şəhərində nümayişindən sonra Londonda təqdimatının keçirilməsinin sevindirici olduğunu bildirib. Onun sözlərinə görə, film auditoriya tərəfindən böyük maraqla qarşılanıb və yaradıcı heyət çoxsaylı təbriklər alıb.

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Londonda “Tağıyev: Neft” bədii filminin təqdimatında iştirak edib Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Londonda “Tağıyev: Neft” bədii filminin təqdimatında iştirak edib Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Londonda “Tağıyev: Neft” bədii filminin təqdimatında iştirak edib Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Londonda “Tağıyev: Neft” bədii filminin təqdimatında iştirak edib Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Londonda “Tağıyev: Neft” bədii filminin təqdimatında iştirak edib Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Londonda “Tağıyev: Neft” bədii filminin təqdimatında iştirak edib Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Londonda “Tağıyev: Neft” bədii filminin təqdimatında iştirak edib Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Londonda “Tağıyev: Neft” bədii filminin təqdimatında iştirak edib Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Londonda “Tağıyev: Neft” bədii filminin təqdimatında iştirak edib Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Londonda “Tağıyev: Neft” bədii filminin təqdimatında iştirak edib
Məqalədə: #London #Bakı Media Mərkəzi #Arzu Əliyeva #Tağıyev: Neft

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
Səudiyyə Ərəbistanı

Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb

4 Sentyabr 15:30
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər
Siyasət

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

30 Avqust 21:57
Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 26-da keçirilən tədbirlərdən görüntülər paylaşıb
Siyasət

Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 26-da keçirilən tədbirlərdən görüntülər paylaşıb

26 Avqust 20:02
Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər
Siyasət

Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər

26 Avqust 18:28

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.