10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Mədəniyyət
Mədəniyyət

Türk Mədəniyyəti və İrsi Fondunda “Birinci Türkoloji Qurultay” kitabının təqdimatı keçirilib

30 iyun 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahında Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsi çərçivəsində Fond tərəfindən nəşr edilmiş, akademik Nizami Cəfərov, professor Mahirə Hüseynova və filologiya elmləri doktoru Aysel Qəriblinin müəllifi olduqları zərbaycan, qazax və rus dillərində hazırlanmış “Birinci Türkoloji Qurultay” kitabının təqdimat mərasimi keçirilib.

1 İyul 2026 13:56
Türk Mədəniyyəti və İrsi Fondunda “Birinci Türkoloji Qurultay” kitabının təqdimatı keçirilib

BAKI,TurkicWorld

30 iyun 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahında Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsi çərçivəsində Fond tərəfindən nəşr edilmiş, akademik Nizami Cəfərov, professor Mahirə Hüseynova və filologiya elmləri doktoru Aysel Qəriblinin müəllifi olduqları zərbaycan, qazax və rus dillərində hazırlanmış “Birinci Türkoloji Qurultay” kitabının təqdimat mərasimi keçirilib.

Qeyd edək ki, Türk Dünyası Həftəsi Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin 22 oktyabr 2025-ci il tarixli “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq təşkil olunur. Eyni zamanda, Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi 2025-ci il oktyabrın 7-də Azərbaycan Respublikasının Qəbələ şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının XII Dövlət Başçıları Zirvə Görüşü zamanı türk dövlətlərinin başçıları tərəfindən yekdilliklə dəstəklənib.

Elmi monoqrafiyada 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın tarixi missiyası, türk xalqlarının elmi və mədəni inkişafındakı müstəsna rolu, eləcə də etnoqrafiya, orfoqrafiya, terminologiya, əlifba, dil və ədəbiyyat məsələləri geniş təhlil olunub.

Tədbirin rəsmi hissəsini Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova açıb. Öz çıxışında Birinci Türkoloji Qurultayın türk xalqlarının ortaq elmi və mədəni yaddaşında xüsusi yer tutduğunu vurğulayaraq bildirib ki, Qurultayın 100 illiyinin qeyd olunması yalnız tarixi bir hadisənin yad edilməsi deyil, həm də ortaq kimlik, dil və mədəni irsin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Rəsmi hissə: Qazaxıstan Respublikası Prezidentinin müşaviri Malik Otarbayev, Azərbaycan Respublikası Mədəniyyət nazirinin müşaviri, Əməkdar İncəsənət Xadimi Orxan Fikrətoğlu, Bakı Dövlət Universitetinin Türkologiya fakültəsinin müdiri, professor Məhərrəm Məmmədov, Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Tofiq Hacıyev, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın çıxışları ilə davam edib.

Tədbirin rəsmi hissəsinin sonunda çıxış edən kitabın müəllifləri – Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova və filologiya elmləri doktoru Aysel Qaribli təqdim olunan monoqrafiyanın tarixi yaddaşın qorunmasına, ortaq mənəvi dəyərlərin möhkəmləndirilməsinə və Türk dünyasında elmi əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini vurğulayıblar. Onlar həmçinin kitabda əks olunan maraqlı tarixi faktları tədbir iştirakçıları ilə bölüşüblər.

Bədii proqram gənc ifaçı Atilla Qəribin ifasında səslənən “Odlar Yurdu” mahnısı ilə başlayıb. Ardınca IX Televiziya Muğam Müsabiqəsinin finalçısı, “İlin Gənci” mükafatı laureatı Yusif Cəfərbəyli Səxavət Məmmədov (tar), Mihir Quliyev (kamança) və Loğman Məmmədovun (nağara) müşayiəti ilə tədbir iştirakçılarına muğam sənətindən seçmə nümunələr təqdim edib.

Qeyd edək ki, sözügedən nəşr bundan əvvəl, 22 may 2026-cı il tarixində, Türk Mədəniyyəti və İrsi Fondunun fundamental elmi nəşrlərinin təqdimatı çərçivəsində Qazaxıstan Respublikasının Milli Kitabxanasında da təqdim olunub.

Türk Mədəniyyəti və İrsi Fondunda “Birinci Türkoloji Qurultay” kitabının təqdimatı keçirilib Türk Mədəniyyəti və İrsi Fondunda “Birinci Türkoloji Qurultay” kitabının təqdimatı keçirilib Türk Mədəniyyəti və İrsi Fondunda “Birinci Türkoloji Qurultay” kitabının təqdimatı keçirilib Türk Mədəniyyəti və İrsi Fondunda “Birinci Türkoloji Qurultay” kitabının təqdimatı keçirilib Türk Mədəniyyəti və İrsi Fondunda “Birinci Türkoloji Qurultay” kitabının təqdimatı keçirilib Türk Mədəniyyəti və İrsi Fondunda “Birinci Türkoloji Qurultay” kitabının təqdimatı keçirilib Türk Mədəniyyəti və İrsi Fondunda “Birinci Türkoloji Qurultay” kitabının təqdimatı keçirilib Türk Mədəniyyəti və İrsi Fondunda “Birinci Türkoloji Qurultay” kitabının təqdimatı keçirilib Türk Mədəniyyəti və İrsi Fondunda “Birinci Türkoloji Qurultay” kitabının təqdimatı keçirilib Türk Mədəniyyəti və İrsi Fondunda “Birinci Türkoloji Qurultay” kitabının təqdimatı keçirilib Türk Mədəniyyəti və İrsi Fondunda “Birinci Türkoloji Qurultay” kitabının təqdimatı keçirilib Türk Mədəniyyəti və İrsi Fondunda “Birinci Türkoloji Qurultay” kitabının təqdimatı keçirilib Türk Mədəniyyəti və İrsi Fondunda “Birinci Türkoloji Qurultay” kitabının təqdimatı keçirilib Türk Mədəniyyəti və İrsi Fondunda “Birinci Türkoloji Qurultay” kitabının təqdimatı keçirilib Türk Mədəniyyəti və İrsi Fondunda “Birinci Türkoloji Qurultay” kitabının təqdimatı keçirilib Türk Mədəniyyəti və İrsi Fondunda “Birinci Türkoloji Qurultay” kitabının təqdimatı keçirilib Türk Mədəniyyəti və İrsi Fondunda “Birinci Türkoloji Qurultay” kitabının təqdimatı keçirilib Türk Mədəniyyəti və İrsi Fondunda “Birinci Türkoloji Qurultay” kitabının təqdimatı keçirilib Türk Mədəniyyəti və İrsi Fondunda “Birinci Türkoloji Qurultay” kitabının təqdimatı keçirilib Türk Mədəniyyəti və İrsi Fondunda “Birinci Türkoloji Qurultay” kitabının təqdimatı keçirilib
Məqalədə: #Türk Mədəniyyəti və İrsi Fondu

Mövzu üzrə digər xəbərlər

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

8 Sentyabr 10:22
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29
Mərakeş folklorunda müqavimət obrazı "Aişə Qəndişə" obrazı yenidən doğulur
Mədəniyyət

Mərakeş folklorunda müqavimət obrazı "Aişə Qəndişə" obrazı yenidən doğulur

2 Sentyabr 16:35
Səudiyyə yazıçısı Qahirədə Nəcib Məhfuz mükafatına namizəd oldu
Mədəniyyət

Səudiyyə yazıçısı Qahirədə Nəcib Məhfuz mükafatına namizəd oldu

1 Sentyabr 15:31

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.