13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Çindən Türk limanlarına 12 milyon tondan çox yük daşınıb (ÖZƏL)

6 Fevral 2024 10:50
Çindən Türk limanlarına 12 milyon tondan çox yük daşınıb (ÖZƏL)

Bakı. AzerVoice:

2023-cü ilin yanvar-dekabr aylarında Çindən Türkiyə limanlarına 12 milyon 60 min 750 ton yük daşınıb.

Bu barədə AzerVoice-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Çindən limanlara 3 min 525 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 11 milyon 727 min 990 ton yük çatdırıb.

Bu müddət ərzində Çin bayraqlı gəmilərlə Türkiyə limanlarına 285 min 773 ton yük çatdırılıb. 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyə limanlarına Çindən 2 milyon 998 min 722 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyə limanları 391 milyon 717 min 308 ton yük qəbul edib.

2023-cü ilin yanvar-dekabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 29 milyon 299 min 350 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 362 milyon 417 min 958 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyə limanlarından 66 milyon 735 min 403 ton transit yük daşınıb.

2023-cü ilin dekabr ayında Türkiyə limanları 36 milyon 375 min 497 ton yük qəbul edib.

Bu dövr ərzində Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 739 min 933 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 33 milyon 635 min 564 ton olub”, - deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2023-cü ilin dekabr ayında Türkiyə limanlarından 5 milyon 238 min 880 ton transit yük daşınıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyə limanları 60 min 195 gəmi qəbul edib.

Məlumata əsasən, bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 40 min 918, Türkiyə bayrağı altında olan gəmilər isə 19 min 277 olub.

Keçən ilin dekabr ayında Türkiyə limanları 4 min 697 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 190, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 507 olub.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Məqalədə: #Özəl #Türkiyə limanları #Çin

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Biznes

Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu

12 Sentyabr 22:47
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
Biznes

"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi

12 Sentyabr 13:13
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Biznes

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür

11 Sentyabr 13:23
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
İqtisadiyyat

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?

11 Sentyabr 11:53

Son Xəbərlər

İraqda Əcil neft yatağının inkişafı üzrə 25 illik müqavilə imzalanıb
İraqda Əcil neft yatağının inkişafı üzrə 25 illik müqavilə imzalanıb
10:17
Səudiyyə diplomatları Madrid və Londonda regional məsələləri müzakirə edib
Səudiyyə diplomatları Madrid və Londonda regional məsələləri müzakirə edib
10:09
Qətərdə süni intellekt üzrə biznes imkanları - Texnologiya, bazar potensialı və strateji sahələr hansılardır?
Qətərdə süni intellekt üzrə biznes imkanları - Texnologiya, bazar potensialı və strateji sahələr hansılardır?
10:00
13 sentyabrda ərəb coğrafiyasını dəyişən 20 tarixi gerçəklik
13 sentyabrda ərəb coğrafiyasını dəyişən 20 tarixi gerçəklik
09:52
Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
09:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.