8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Türkiyə limanları ilə 10 milyon tondan çox kənd təsərrüfatı məhsulları daşınıb (ÖZƏL)

Bu ilin yanvar-sentyabr ayında Türkiyə limanlarından 10 milyon 351 min 456 ton kənd təsərrüfatı məhsulları daşınıb.

23 Oktyabr 2024 14:20
Türkiyə limanları ilə 10 milyon tondan çox kənd təsərrüfatı məhsulları daşınıb (ÖZƏL)

Bakı, AzerVoice

Bu ilin yanvar-sentyabr ayında Türkiyə limanlarından 10 milyon 351 min 456 ton kənd təsərrüfatı məhsulları daşınıb.

Bu barədə AzerVoice-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazilikdən bildiriblər ki, daşınan yüklərin 188 min 40 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 10 milyon 163 min 416 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb.

“Bu ilin yanvar - sentyabr aylarında Türkiyə limanlarından tranzit olaraq 263 min 194 ton kənd təsərrüfatı məhsulları daşınıb”- deyə nazirlikdən bildiriblər.

Qeyd edək ki, 2024-cü ilin sentyabr ayında Türkiyə limanları 30 milyon 878 min 569 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 710 min 506 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 28 milyon 168 min 63 ton olub”, – deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2024-cü ilin sentyabr ayında Türkiyə limanlarından 5 milyon 293 min 766 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar- sentyabr aylarında Türkiyə limanları 298 milyon 687 min 329 ton yük qəbul edib.

“Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 22 milyon 618 min 850 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 276 milyon 68 min 479 ton təşkil edib”, – deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyə limanlarından 51 milyon 825 min 408 ton transit yük daşınıb.

Qeyd edək ki, sentyabr ayında Türkiyə limanları 5 min 466 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 174, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 292 olub.

2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyə limanları 46 min 314 gəmi qəbul edib.

Məqalədə: #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi

Mövzu üzrə digər xəbərlər

Tekirdağ limanından 23 milyon tonu yük daşınıb (ÖZƏL)
Türkiyə

Tekirdağ limanından 23 milyon tonu yük daşınıb (ÖZƏL)

29 İyul 16:00
Kocaeli limanından 42 milyon tonu yük daşınıb (ÖZƏL)
Türkiyə

Kocaeli limanından 42 milyon tonu yük daşınıb (ÖZƏL)

29 İyul 14:00
İskenderun limanında "yük" partlayışı - 36 milyon tonu kim daşıdı? (ÖZƏL)
İqtisadiyyat

İskenderun limanında "yük" partlayışı - 36 milyon tonu kim daşıdı? (ÖZƏL)

29 İyul 12:00
Ceyhan limanında "yük" partlayışı - 26 milyon tonu kim daşıdı? (ÖZƏL)
İqtisadiyyat

Ceyhan limanında "yük" partlayışı - 26 milyon tonu kim daşıdı? (ÖZƏL)

29 İyul 10:05

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.