11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Türkiyə limanları ilə 11 milyon tondan çox kimyəvi məhsul daşınıb (ÖZƏL)

Bu ilin yanvar-sentyabr ayında Türkiyə limanlarından 11 milyon 470 min 981 ton kimyəvi məhsullar daşınıb.

26 Oktyabr 2024 11:00
Türkiyə limanları ilə 11 milyon tondan çox kimyəvi məhsul daşınıb (ÖZƏL)

Bakı, AzerVoice

Bu ilin yanvar-sentyabr ayında Türkiyə limanlarından 11 milyon 470 min 981 ton kimyəvi məhsul daşınıb.

Bu barədə AzerVoice-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazilikdən bildiriblər ki, daşınan yüklərin 1 milyon 197 min 608 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 10 milyon 273 min 373 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb.

“Bu ilin yanvar- sentyabr ayında Türkiyə limanlarından tranzit olaraq 2 min 532 ton kimyəvi məhsul daşınıb”- deyə nazirlikdən bildiriblər.

Qeyd edək ki, 2024-cü ilin sentyabr ayında Türkiyə limanları 30 milyon 878 min 569 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 710 min 506 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 28 milyon 168 min 63 ton olub”, – deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2024-cü ilin yanvar-sentyabr ayında Türkiyə limanlarından 5 milyon 293 min 766 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar- sentyabr aylarında Türkiyə limanları 298 milyon 687 min 329 ton yük qəbul edib.

“Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 22 milyon 618 min 850 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 276 milyon 68 min 479 ton təşkil edib”, – deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyə limanlarından 51 milyon 825 min 408 ton transit yük daşınıb.

Qeyd edək ki, sentyabr ayında Türkiyə limanları 5 min 466 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 174, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 292 olub.

2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyə limanları 46 min 314 gəmi qəbul edib.

Məqalədə: #Türkiyə limanları

Mövzu üzrə digər xəbərlər

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Biznes

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür

13:23
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
İqtisadiyyat

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?

11:53
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

10 Sentyabr 14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
Biznes

"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır

10 Sentyabr 13:49

Son Xəbərlər

BƏƏ saxlanılan 10 iranlı balıqçını azad edib
BƏƏ saxlanılan 10 iranlı balıqçını azad edib
21:29
Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
20:45
ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
20:41
Qətər BMT-də “Milli Baxış 2030” strategiyasından danışıb
Qətər BMT-də “Milli Baxış 2030” strategiyasından danışıb
20:10
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək
20:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.