12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Türkiyənin Türk ölkələrinə ixracatı 1 milyard dolları keçib (ÖZƏL)

2024-cü ilin sentyabr ayında Türkiyənin Türk ölkələrinə ixracatı 2023-cü ilin eyni ayı ilə müqayisədə 15,9 faiz artaraq 1 milyard 20 milyon 331 min dollar olub.

31 Oktyabr 2024 15:00
Türkiyənin Türk ölkələrinə ixracatı 1 milyard dolları keçib (ÖZƏL)

Bakı, AzerVoice

2024-cü ilin sentyabr ayında Türkiyənin Türk ölkələrinə ixracatı 2023-cü ilin eyni ayı ilə müqayisədə 15,9 faiz artaraq 1 milyard 20 milyon 331 min dollar olub.

Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən bu ilin yanvar – sentyabr ayında, Türkiyənin Türk ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 12,2 faiz artaraq, 8 milyard 41 milyon 965 min dollar olub.

“Bu ilin sentyabr ayında Türkiyənin Türk ölkələrindən idxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 20,7 faiz azalaraq 583 milyon 482 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

Qeyd olunub ki, 2024-cü ilin yanvar – sentyabr aylarında Türkiyənin Türk ölkələrindən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə 7,5 faiz azalaraq, 5 milyard 799 milyon 766 min dollar təşkil edib.

Məlumat üçün qeyd edək ki, bu ilin sentyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 49 milyard 103 milyon dollar olub.

Nazirlikdən qeyd edilib ki, 2024-cü ilin sentyabr ayında Türkiyənin ixracatı 2023-cü ilin eyni ayı ilə müqayisədə 1,9 faiz azalaraq 21 milyard 987 milyon dollar, idxalı isə 1,4 faiz azalaraq 27 milyon 116 min dollar olub.

“Bu ilin yanvar – sentyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 443 milyard 937 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-sentyabr ayında Türkiyənin ixracatı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artaraq 191 milyard 754 milyon dollara, idxalı isə 8,1 faiz azalaraq 252 milyard 183 milyon dollar olub.

Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 617 milyard 551 milyon dollara çatıb.

2023-cü ildə Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 255 milyard 777 milyon, idxalı isə 0,5 faiz azalaraq 361 milyard 774 milyon dollar olub.

Məqalədə: #Türkiyə Ticarət Nazirliyi

Mövzu üzrə digər xəbərlər

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Biznes

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür

11 Sentyabr 13:23
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
İqtisadiyyat

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?

11 Sentyabr 11:53
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

10 Sentyabr 14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
Biznes

"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır

10 Sentyabr 13:49

Son Xəbərlər

Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
09:47
Qətərdən Səudiyyəyə tam dəstək - "Şərq-Qərb" kəmərinə edilən PUA hücumu sərt pisləndi
Qətərdən Səudiyyəyə tam dəstək - "Şərq-Qərb" kəmərinə edilən PUA hücumu sərt pisləndi
09:45
Fil hadisəsi və Əbrəhənin məğlubiyyəti: Kəbəyə hücumun tarixi və dini mahiyyəti
Fil hadisəsi və Əbrəhənin məğlubiyyəti: Kəbəyə hücumun tarixi və dini mahiyyəti
09:27
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.