14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

COP for Hope: COP29-un əsas məqsədi iqlim maliyyələşdirilməsini səfərbər etməkdir - Nazir

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

11 Noyabr 2024 16:46
COP for Hope: COP29-un əsas məqsədi iqlim maliyyələşdirilməsini səfərbər etməkdir - Nazir

Bakı,AzerVoice

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz – Mali Respublikasının Ətraf Mühit, Sanitariya və Davamlı İnkişaf naziri Mamadu Samakedir.

M.Samake COP29 çərçivəsində Trend-ə açıqlamsında qlobal sammitin təşkilinə görə Azərbaycana təşəkkürünü bildirib və iki ölkə arasındakı möhkəm əlaqələri vurğulayıb.

"İlk növbədə, Mali Respublikası adından COP29-un təşkilinə görə Azərbaycan Respublikasına təşəkkürümü bildirirəm. Burada olmağımızdan məmnunuq", – o qeyd edib.

O, COP29-da Malinin əsas hədəflərini qeyd edərək, inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyi ilə mübarizə səylərində maliyyə dəstəyinin kritik əhəmiyyətini vurğulayıb.

"COP29-dan gözləntilərimiz maliyyə məsələləri ilə bağlıdır", – o deyib.

Dubayda keçirilmiş COP28-də götürülmüş öhdəlikləri xatırladan nazir, liderlərin indi vədlərini yerinə yetirməyə başlamasını gözlədiyini bildirib.

"Bizə maliyyələşdirmə ilə bağlı çoxlu vədlər verildi. İndi bu vəsaitləri səfərbər etmək və onların həcmini artırmaq zamanıdır", - o əlavə edib.

Nazir Mali kimi ölkələrin artan ehtiyacları ilə mövcud iqlim maliyyələşdirməsi səviyyəsi arasındakı ciddi fərqi vurğulayıb.

"Bugünkü iqlim dəyişikliyi ilə mübarizə üçün qlobal maliyyələşdirməyə ehtiyac çox böyükdür. Mövcud resurslarla tələb olunan vəsaitlər arasındakı fərq olduqca əhəmiyyətlidir”, – o izah edib.

Nazirin sözlərinə görə, bu maliyyə fərqini azaltmaq, adaptasiya infrastrukturu, "yaşıl" enerji təşəbbüsləri və daha geniş miqyasda aşağı karbonlu enerjiyə keçid kimi əsas layihələri irəli aparmaq üçün vacibdir.

"Bu gün maliyyə resurslarını səfərbər etmək, bu fərqi azaltmaq və adaptasiya ilə yanaşı, infrastruktur və "yaşıl" layihələri maliyyələşdirmək vacibdir. Bu, bizim əsas gözləntimizdir", – deyə o bildirib.

Nazir Mali Respublikasının iqlim dəyişikliyi probleminin həllinə sadiqliyini təsdiqləyib və COP29-da iştirak etmək və iqlim maliyyələşdirilməsində qətiyyətli tədbirlərə çağırmaq imkanına görə təşəkkürünü bildirib.

Bu sahədə bu konfransın əhəmiyyətli irəliləyişə səbəb olacağına ümidvar olduğunu bildirərək İqlim maliyyəsini səfərbər etməyə çağırdı.

Məqalədə: #COP 28

Mövzu üzrə digər xəbərlər

Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə Ərəbistanı

Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü

13 Sentyabr 20:06
İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
Biznes

İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?

13 Sentyabr 13:00
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Biznes

Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu

12 Sentyabr 22:47
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
Biznes

"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi

12 Sentyabr 13:13

Son Xəbərlər

Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
13 Sentyabr 22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
13 Sentyabr 21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
13 Sentyabr 21:23
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
13 Sentyabr 20:06
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.