6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Ceyhun Bayramov “İqlim maliyyəsi” mövzusunda yüksək səviyyəli dəyirmi masa müzakirələrində çıxış etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının (COP29) Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti çərçivəsində təşkil olunan “İqlim maliyyəsi” mövzusunda yüksək səviyyəli dəyirmi masa müzakirələrində iştirak və çıxış edib.

12 Noyabr 2024 20:40
Ceyhun Bayramov “İqlim maliyyəsi” mövzusunda yüksək səviyyəli dəyirmi masa müzakirələrində çıxış etdi

Bakı, AzerVoice

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının (COP29) Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti çərçivəsində təşkil olunan “İqlim maliyyəsi” mövzusunda yüksək səviyyəli dəyirmi masa müzakirələrində iştirak və çıxış edib.

Bu barədə AzerVoice-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dəyirmi masa müzakirələrində, həmçinin Pakistan İslam Respublikasının baş naziri Məhəmməd Şahbaz Şərif, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Qırğız Respublikasının Prezidenti Sadır Japarov və digər yüksək səviyyəli nümayəndələr, o cümlədən beynəlxalq maliyyə institutlarının nümayəndələri, investor və maliyyə mütəxəssisləri iştirak edib.

Dəyirmi masa müzakirələrində Azərbaycanın COP29 sədrliyi adından çıxış edən nazir Ceyhun Bayramov COP29 sədrliyinin prioritetləri, xüsusilə iqlim maliyyəsi gündəliyinin tranformasiyası istiqamətində Azərbaycan sədrliyinin fəaliyyəti barədə ətraflı məlumat verib.

İqlim dəyişikliyinin mənfi təsir və nəticələrinin aradan qaldırılmasının çoxtərəfli həll yolları və inklüziv proses tələb etdiyi, dünyanın müxtəlif bölgələrində, 2022-ci ildə Pakistanda, habelə bu yaxınlarda Karib hövzəsi, Hindistan, Banqladeş, Nigeriya, Çad, İspaniya və s. bölgələrdə baş verən ölümcül daşqınlar kimi fəlakətlərin müvafiq həll yolları tapılmasını labüd etdiyi diqqətə çatdırılıb.

İqlim dəyişikliyi ilə əlaqəli bu kimi fəlakətlərin nəticələrinin aradan qaldırılması istiqamətində Şarm əl-Şeyxdə əldə olunan və Pakistanın G-77 sədrliyi dövrünə təsadüf edən İtki və Zərərə cavab verən Fondun yaradılması ilə bağlı tarixi razılaşmanın əhəmiyyəti vurğulanıb.

COP29 sədrliyimizin təbii fəlakətlərin baş vermə risklərini artıran, insan həyatı və qlobal iqtisadi sabitliyi təhdid edən iqlim dəyişikliyi ilə mübarizədə ambisiyaların yüksəldilməsi və fəaliyyətin artırılmasına hədəfləndiyi qeyd olunub. Bu istiqamətdə, iqlim maliyyəsi sahəsində mövcud boşluğun aradan qaldırılaraq, inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına uyğun şəffaf və əlçatan mexanizmlərin yaradılmasının maliyyə resurslarının cəlbi qədər vacib olduğu qeyd olunub.

“Yaşıl dünya naminə həmrəylik” çağırışı ilə Bakıda keçirilən COP29-un iqlim maliyyəsi gündəliyinin transformasiyası baxımından vacib fürsət olduğu vurğulanıb və bu istiqamətdə COP29-un uğuruna dair ümidvarlıq ifadə olunub.

Ceyhun Bayramov “İqlim maliyyəsi” mövzusunda yüksək səviyyəli dəyirmi masa müzakirələrində çıxış etdi Ceyhun Bayramov “İqlim maliyyəsi” mövzusunda yüksək səviyyəli dəyirmi masa müzakirələrində çıxış etdi Ceyhun Bayramov “İqlim maliyyəsi” mövzusunda yüksək səviyyəli dəyirmi masa müzakirələrində çıxış etdi Ceyhun Bayramov “İqlim maliyyəsi” mövzusunda yüksək səviyyəli dəyirmi masa müzakirələrində çıxış etdi Ceyhun Bayramov “İqlim maliyyəsi” mövzusunda yüksək səviyyəli dəyirmi masa müzakirələrində çıxış etdi Ceyhun Bayramov “İqlim maliyyəsi” mövzusunda yüksək səviyyəli dəyirmi masa müzakirələrində çıxış etdi
Məqalədə: #Azərbaycan XİN #COP29

Mövzu üzrə digər xəbərlər

Azərbaycan XİN zəlzələ ilə bağlı İndoneziyaya başsağlığı verib
Siyasət

Azərbaycan XİN zəlzələ ilə bağlı İndoneziyaya başsağlığı verib

15 Avqust 22:26
Azərbaycan XİN Fransanın Martin Rayanla bağlı bəyanatını qətiyyətlə rədd edib
Siyasət

Azərbaycan XİN Fransanın Martin Rayanla bağlı bəyanatını qətiyyətlə rədd edib

30 İyul 20:53
Xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu-Yorkda səfərdə olub
Siyasət

Xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu-Yorkda səfərdə olub

18 İyul 20:43
Azərbaycan vətəndaşlarına münaqişə zonalarından uzaq durmaq çağırışı edib
Siyasət

Azərbaycan vətəndaşlarına münaqişə zonalarından uzaq durmaq çağırışı edib

9 İyun 11:33

Son Xəbərlər

Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.