5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Azərbaycan XİN zəlzələ ilə bağlı İndoneziyaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi İndoneziyada 7,7 bal gücündə baş verən güclü zəlzələ nəticəsində insanların həlak olması və çoxsaylı şəxslərin yaralanması ilə əlaqədar başsağlığı verib. Zəlzələnin episentri Flores adasının sahilləri yaxınlığında, Şərqi Nusa-Tenqara əyalətindəki Ende şəhərindən 68 kilometr məsafədə qeydə alınıb. Son məlumata əsasən, təbii fəlakət nəticəsində azı 38 nəfər həyatını itirib.

15 Avqust 2026 22:26
Azərbaycan XİN zəlzələ ilə bağlı İndoneziyaya başsağlığı verib

BAKI,VOA

Azərbaycan Xarici İşlər Nazirliyi İndoneziyada baş verən zəlzələ ilə əlaqədar başsağlığı verib.

Bu barədə nazirliyin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.

“İndoneziyada baş vermiş, insan tələfatı və çoxsaylı yaralılarla nəticələnən dağıdıcı zəlzələ xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirik. Bu çətin dövrdə düşüncələrimiz İndoneziya xalqı və hökuməti ilədir”, – paylaşımda qeyd olunub.

Qeyd edək ki, bu gün səhər saatlarında İndoneziyanın şərq hissəsində 7,7 bal gücündə güclü zəlzələ baş verib. Yeraltı təkanların episentri yerli vaxtla saat 05:58-də (Bakı vaxtı ilə saat 01:58-də) Flores adasının sahilləri yaxınlığında, kiçik dərinlikdə qeydə alınıb. Episentr Şərqi Nusa-Tenqara əyalətində yerləşən Ende şəhərindən 68 kilometr məsafədə olub.

Son məlumata görə, İndoneziyada 7,7 bal gücündə zəlzələ nəticəsində azı 38 nəfər həlak olub.

Məqalədə: #Azərbaycan XİN #zəlzələ #İndoneziya #7 #7 bal gücündə zəlzələ #Flores adası #Şərqi Nusa-Tenqara #zəlzələ qurbanları

Mövzu üzrə digər xəbərlər

Tibetdə 5 bal gücündə zəlzələ baş verib
Digər Xəbərlər

Tibetdə 5 bal gücündə zəlzələ baş verib

27 Avqust 21:13
Kolumbiya prezidenti Trampdan rüsumların müvəqqəti dayandırılmasını istəyib
Digər Dövlətlər

Kolumbiya prezidenti Trampdan rüsumların müvəqqəti dayandırılmasını istəyib

16 Avqust 12:54
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 38-ə çatıb
Digər Dövlətlər

İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 38-ə çatıb

15 Avqust 14:53
İndoneziyanın Halmahera adasında 5,5 bal gücündə zəlzələ baş verib
Digər Dövlətlər

İndoneziyanın Halmahera adasında 5,5 bal gücündə zəlzələ baş verib

5 Avqust 21:34

Son Xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
13:03
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
11:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.