11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu-Yorkda səfərdə olub

Fariz Rzayev BMT-nin Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumunda ölkəni təmsil edib.

18 İyul 2026 20:43
Xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu-Yorkda səfərdə olub

BAKI,VOA

13-17 iyul tarixlərində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Fariz Rzayev BMT-nin Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumunun nazirlər seqmentində iştirak etmək məqsədilə Nyu-York şəhərində səfərdə olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazirlər seqmentində çıxışı zamanı F.Rzayev Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinə sadiqliyini təsdiqləyərək, Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində əldə olunmuş irəliləyişlərdən bəhs edib. O, Böyük Qayıdış Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə ağıllı və yaşıl şəhər və kəndlərin qurulduğunu, keçmiş məcburi köçkünlərin mərhələli qayıdışının təmin edildiyini bildirərək, humanitar minatəmizləmənin dayanıqlı inkişaf üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Nazir müavini, həmçinin Azərbaycanın COP29-a, 13-cü Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi, eləcə də humanitar yardım və texniki əməkdaşlıq vasitəsilə qlobal dayanıqlı inkişafa verdiyi töhfələri qeyd edib.

BMT Baş Assambleyasının “Gələcək üçün Pakt üzrə mövcud vəziyyətin qiymətləndirilməsi” mövzusunda keçirilmiş qeyri-rəsmi nazirlər iclasında çıxış edən F.Rzayev Gələcək üçün Paktın praktiki icraya, milli prioritetlərə və konkret nəticələrə yönəlməsinin vacibliyini vurğulayıb. İnkişaf etməkdə olan ölkələr üçün maliyyə, texnologiya transferi və bərabər tərəfdaşlığa əsaslanan çoxtərəfli əməkdaşlığın əhəmiyyəti qeyd olunub.

O, həmçinin Azərbaycanın enerji və bağlantılar sahələrində etibarlı tərəfdaş kimi rolu barədə məlumat verib.

Forum zamanı BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP) tərəfindən keçirilmiş tədbirdə çıxış edən F.Rzayev Komissiya və BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) regionda dayanıqlı inkişafın və iqtisadi əməkdaşlığın təşviqində mühüm rolunu vurğulayıb. Nazir müavini ESCAP-ın 82-ci sessiyasının sədri qismində Azərbaycanın bu fəaliyyətə töhfə verməyə davam edəcəyini bildirərək, SPECA-nın nəqliyyat, ticarət, rəqəmsallaşma, enerji və innovasiya sahələrində praktiki əməkdaşlığın inkişafına dəstək göstərə biləcəyini qeyd edib.

Daha sonra “Milli Dayanıqlı İnkişaf Məqsədləri: Partlamamış hərbi sursatlar/Mina fəaliyyəti və beynəlxalq hüquqi mexanizmlərdən istifadə edilməklə 2030 Gündəliyinin sürətləndirilməsi” adlı tədbirdə çıxış edən F.Rzayev humanitar minatəmizləmənin ölkəmizdə 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi elan edildiyini bildirib və münaqişədən sonra işğaldan azad edilmiş ərazilərdə minaların yaratdığı təhlükələrdən, onun bərpa-quruculuq işlərinə, məcburi köçkünlərin qayıdışına maneələrindən bəhs edib.

Nyu-York şəhərinə səfəri zamanı F.Rzayev, həmçinin bir sıra ölkələrin xarici işlər nazirlərinin müavinləri və BMT yanında daimi nümayəndələri ilə işgüzar görüşlər keçirib, eləcə də elmi-tədqiqat mərkəzlərinin təmsilçiləri ilə dəyirmi masa müzakirələrində iştirak edib.

Məqalədə: #Azərbaycan #BMT #SPECA #COP29 #Fariz Rzayev #ESCAP #Dayanıqlı İnkişaf Məqsədləri #2030 Gündəliyi

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

10:06
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

08:00
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00

Son Xəbərlər

Qətər Körfəzdə vahid turizm sisteminin yaradılmasına çağırıb
Qətər Körfəzdə vahid turizm sisteminin yaradılmasına çağırıb
17:54
Əl-Əqsada cümə namazına on minlərlə insan qatılıb
Əl-Əqsada cümə namazına on minlərlə insan qatılıb
17:50
ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
17:46
İran heç vaxt olmadığı qədər zəifləyib - Benyamin Netanyahu
İran heç vaxt olmadığı qədər zəifləyib - Benyamin Netanyahu
17:42
İsrael Kats Hizbullaha qarşı əməliyyatların davam edəcəyini bildirib
İsrael Kats Hizbullaha qarşı əməliyyatların davam edəcəyini bildirib
17:39
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.