Xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu-Yorkda səfərdə olub
Fariz Rzayev BMT-nin Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumunda ölkəni təmsil edib.
Qətər rəqəmsal təhlükəsizlik layihəsi ilə beynəlxalq mükafat qazandı
Qətər Milli Kiber Təhlükəsizlik Agentliyinin təqdim etdiyi “Milli Kibertəhlükəsizlik Təlim Proqramı” Ümumdünya İnformasiya Cəmiyyəti Sammitinin 2026-cı il mükafatına layiq görülüb. Ölkə informasiya-kommunikasiya texnologiyalarından istifadədə təhlükəsizlik və etimadın gücləndirilməsi istiqamətində həyata keçirdiyi layihə ilə beynəlxalq səviyyədə tanınıb. Mükafat Cenevrədə keçirilən mərasimdə təqdim olunub. Qətər bu uğuru ardıcıl ikinci dəfə əldə edib. Layihə rəqəmsal təhlükəsizliyin inkişafına və kibertəhlükələrə qarşı mübarizəyə verdiyi töhfəyə görə yüksək qiymətləndirilib.
Ceyhun Bayramov BMT-nin xüsusi elçisi ilə görüşüb
Azərbaycanın xarici işlər naziri BMT Baş katibinin yol təhlükəsizliyi üzrə xüsusi elçisi ilə görüş keçirib.
İqtisadiyyat nazirinin birinci müavini BMT Baş katibinin müavini ilə görüşüb
Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev BMT Baş katibinin müavini Amina Mohammed ilə görüşüb. Görüş zamanı iki tərəf arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri ətraflı müzakirə olunub. Tərəflər Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün əldə etdiyi nailiyyətləri və bu sahədə həyata keçirilən islahatların əhəmiyyətini qeyd ediblər. Görüşdə iqtisadi inkişaf, yaşıl enerji, dayanıqlı şəhərsalma və regional əməkdaşlıq üzrə aparılan təşəbbüslər müzakirə edilib, Azərbaycanın regional iqtisadi əlaqələri gücləndirmək, nəqliyyat-logistika imkanlarını genişləndirmək və dayanıqlı inkişaf layihələrinə verdiyi töhfələr vurğulanıb.
Bakıda BMT ilə Azərbaycan arasında yeni əməkdaşlıq mərhələsi müzakirə olunur
BMT-nin Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsinin iclası keçirilir.
Azərbaycan və BMT arasında şəhərsalma sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması münasibətilə səmimi görüş keçirib. Görüş zamanı Azərbaycan Hökuməti ilə BMT arasında 2026–2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin icrası çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, bu sənəd Azərbaycanın Milli Prioritetlərinə uyğun olaraq gələcəyə yönəlmiş tərəfdaşlıq üçün mühüm əsasdır və xüsusilə Dayanıqlı İnkişaf Məqsədlərindən “Dayanıqlı şəhərlər və icmalar”ın icrasına əhəmiyyətli töhfə verir.