5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Səudi Ərəbistandan Türkiyə limanlarına 2 milyon tona yaxın yük daşınıb (ÖZƏL)

2024-cü ilin yanvar-oktyabr aylarında Səudi Ərəbistandan Türk limanlarına 1 milyon 868 min 658 ton yük daşınıb.

1 Dekabr 2024 16:00
Səudi Ərəbistandan Türkiyə limanlarına 2 milyon tona yaxın yük daşınıb (ÖZƏL)

Bakı, AzerVoice

2024-cü ilin yanvar-oktyabr aylarında Səudi Ərəbistandan Türk limanlarına 1 milyon 868 min 658 ton yük daşınıb.

Bu barədə AzerVoice - a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər Səudi Ərəbistandan Türkiyə limanlarına 183 min 361 ton yük daşıyıb.

“Bu ilin yanvar-oktyabr aylarında Səudi Ərəbistandan Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 1 milyon 685 min 297 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.

Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu müddət ərzində Səudi Ərəbistandan Türkiyəyə SƏudi Ərəbistan bayrağı ilə üzən gəmilərlə yük daşınması həyata keçirilməyib.

2024-cü ilin yanvar-oktyabr aylarında Səudi Ərəbistandan Türkiyə limanlarına 472 min 336 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2024-cü ilin oktyabr ayında Türkiyə limanları 30 milyon 655 min 349 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 474 min 937 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 30 milyon 180 min 412 ton olub”, – deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2024-cü ilin oktyabr ayında Türkiyə limanlarından 5 milyon 742 min 347 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar- oktyabr aylarında Türkiyə limanları 331 milyon 349 min 368 ton yük qəbul edib.

“Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 25 milyon 93 min 787 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 306 milyon 255 min 581 ton təşkil edib”, – deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyə limanlarından 57 milyon 567 min 755 ton transit yük daşınıb.

Qeyd edək ki, bu ilin oktyabr ayında Türkiyə limanları 5 min 396 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 451, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 945 olub.

2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyə limanları 51 min 713 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 33 min 584, Türkiyə bayrağı altında olan gəmilər isə 18 min 129 olub”, – deyə nazirlikdən bildirilib.

Məqalədə: #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi

Mövzu üzrə digər xəbərlər

Tekirdağ limanından 23 milyon tonu yük daşınıb (ÖZƏL)
Türkiyə

Tekirdağ limanından 23 milyon tonu yük daşınıb (ÖZƏL)

29 İyul 16:00
Kocaeli limanından 42 milyon tonu yük daşınıb (ÖZƏL)
Türkiyə

Kocaeli limanından 42 milyon tonu yük daşınıb (ÖZƏL)

29 İyul 14:00
İskenderun limanında "yük" partlayışı - 36 milyon tonu kim daşıdı? (ÖZƏL)
İqtisadiyyat

İskenderun limanında "yük" partlayışı - 36 milyon tonu kim daşıdı? (ÖZƏL)

29 İyul 12:00
Ceyhan limanında "yük" partlayışı - 26 milyon tonu kim daşıdı? (ÖZƏL)
İqtisadiyyat

Ceyhan limanında "yük" partlayışı - 26 milyon tonu kim daşıdı? (ÖZƏL)

29 İyul 10:05

Son Xəbərlər

Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
14:10
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
14:06
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.