11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Qara Dəniz Ticarət və İnkişaf Bankının 26-cı İllik Toplantısı keçirilib

Dekabrın 6-da İstanbulda Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 26-cı İllik toplantısı keçirilib.

9 Dekabr 2024 15:41
Qara Dəniz Ticarət və İnkişaf Bankının 26-cı İllik Toplantısı keçirilib

Bakı, AzerVoice

Dekabrın 6-da İstanbulda Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 26-cı İllik toplantısı keçirilib.

AzerVoice Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, Bankın Rəhbərlər Şurasının üzvü, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifovun da iştirak etdiyi İllik Toplantıda İdarə Heyətinin üzvləri 25 illiyini qeyd edən bankın fəaliyyətini və son illərdə qazandığı uğurları müzakirə ediblər.

Onlar QDTİB-nin Qara dəniz regionunda müsbət dəyişikliklərə təsir göstərən vizyon, liderlik və innovasiyalarını yüksək qiymətləndirərək, Bankın gələcək fəaliyyətinə olan inamlarını ifadə ediblər.

Qeyd olunub ki, son 25 ildə Bank, qlobal və regional çətinlikləri, iqtisadi böhranları dəf edərək əhəmiyyətli maliyyə təsisatı kimi dayanıqlıq nümayiş etdirib. Bu dövr ərzində QDTİB, 8,8 milyard avrodan çox kredit ayıraraq yüzlərlə özəl və dövlət sektorundan olan müştərilərinə dəstək verib. Bankın investisiyaları üzv ölkələrin iqtisadiyyatlarında mühüm sektorlarda, o cümlədən istehsal, infrastruktur, enerji, nəqliyyat, telekommunikasiya, kənd təsərrüfatı və maliyyə sahələrində əhəmiyyətli irəliləyişlərə yol açıb. Bununla da QDTİB 25 il ərzində əldə etdiyi uğurlarla, Qara dəniz regionunda iqtisadi inkişaf və regional əməkdaşlığın inkişafında həlledici rolunu bir daha nümayiş etdirib.

İclasda, İdarə Heyəti tərəfindən QDTİB 2023-2026-cı illər üçün orta müddətli strateji və biznes planının 2-ci mərhələsi təsdiqlənib. Müzakirələr zamanı qeyd olunub ki, 2022-2024-cü illərdə baş vermiş regional gərginliklər, müharibə və onun yaratdığı çətinliklərdən sonra Bank 2022-ci ildən əvvəlki uğurlu iş modelinə – sabit və ölçülü artıma qayıtmağı hədəfləyir.

QDTİB beynəlxalq dövlətlərarası maliyyə kredit təşkilatıdır. Bank Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər - Albaniya, Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya Federasiyası, Türkiyə, Yunanıstan və Ukrayna tərəfindən yaradılıb.

Məqalədə: #Qara Dəniz Ticarət və İnkişaf Bankı

Mövzu üzrə digər xəbərlər

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

10 Sentyabr 14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
Biznes

"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır

10 Sentyabr 13:49
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Biznes

Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır

10 Sentyabr 10:37
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
İqtisadiyyat

Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir

9 Sentyabr 12:34

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.