İqtisadiyyat nazirinin müavini Qara Dəniz Ticarət və İnkişaf Bankının vitse-prezidenti ilə görüşüb
İqtisadiyyat Nazirliyində Qara Dəniz Ticarət və İnkişaf Bankının vitse-prezidenti ilə keçirilmiş görüşdə Bankla əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Görüşdə Azərbaycanın beynəlxalq maliyyə qurumları, o cümlədən Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə səmərəli əməkdaşlığının iqtisadi inkişafda rolu vurğulanıb. Qeyd olunub ki, biznesin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində Bankın Azərbaycanın özəl bankları ilə tərəfdaşlığı sahibkarlığın dəstəklənməsinə və investisiya imkanlarının artırılmasına xidmət edir.
Qara Dəniz Ticarət və İnkişaf Bankının 26-cı İllik Toplantısı keçirilib
Dekabrın 6-da İstanbulda Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 26-cı İllik toplantısı keçirilib.