14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

ABŞ-dan Türkiyə limanlarına 16 milyon tona yaxın yük daşınıb (ÖZƏL)

2024-cü ilin yanvar-noyabr aylarında ABŞ-dan Türk limanlarına 16 milyon 697 min 275 ton yük daşınıb.

13 Dekabr 2024 11:40
ABŞ-dan Türkiyə limanlarına 16 milyon tona yaxın yük daşınıb (ÖZƏL)

Bakı, AzerVoice

2024-cü ilin yanvar-noyabr aylarında ABŞ-dan Türk limanlarına 16 milyon 697 min 275 ton yük daşınıb.

Bu barədə AzerVoice - a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər ABŞ-dan Türkiyə limanlarına 765 min 947 ton yük daşıyıb.

“Bu ilin yanvar-noyabr aylarında ABŞ-dan Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 15 milyon 931 min 328 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.

Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu müddət ərzində ABŞ-dan Türkiyəyə ABŞ bayrağı ilə üzən gəmilərlə yük çatdırılmayıb.

2024-cü ilin yanvar-noyabr aylarında ABŞ-dan Türkiyə limanlarına 408 min 206 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2024-cü ilin noyabr ayında Türkiyə limanları 32 milyon 470 min 94 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 436 min 123 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 30 milyon 33 min 971 ton olub”, – deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2024-cü ilin noyabr ayında Türkiyə limanlarından 5 milyon 956 min 963 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar- noyabr aylarında Türkiyə limanları 363 milyon 841 min 53 ton yük qəbul edib.

“Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 27 milyon 488 min 32 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 336 milyon 353 min 21 ton təşkil edib”, – deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanlarından 63 milyon 524 min 718 ton transit yük daşınıb.

Qeyd edək ki, bu ilin noyabr ayında Türkiyə limanları 4 min 373 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 966, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 407 olub.

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanları 56 min 86 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 36 min 550, Türkiyə bayrağı altında olan gəmilər isə 19 min 536 olub”, – deyə nazirlikdən bildirilib.

Məqalədə: #Türk limanlar

Mövzu üzrə digər xəbərlər

Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə Ərəbistanı

Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü

13 Sentyabr 20:06
İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
Biznes

İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?

13 Sentyabr 13:00
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Biznes

Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu

12 Sentyabr 22:47
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
Biznes

"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi

12 Sentyabr 13:13

Son Xəbərlər

Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
02:00
Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
13 Sentyabr 22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
13 Sentyabr 21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
13 Sentyabr 21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.