10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Keçən il Türkiyə limanları ilə 93 milyon tondan çox neft məhsulları daşınıb (ÖZƏL)

14 Fevral 2025 12:00
Keçən il Türkiyə limanları ilə 93 milyon tondan çox neft məhsulları daşınıb (ÖZƏL)

Bakı, AzerVoice

Keçən ilin yanvar-dekabr ayında Türkiyə limanlarından 93 milyon 626 min 528 ton neft məhsulları

daşınıb.

Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 5 milyon 986 min 607 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 87 milyon 639 min 921 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb.

“Keçən ilin yanvar- dekabr ayında Türkiyə limanlarından tranzit olaraq 31 milyon 936 min 105 ton neft məhsulları daşınıb”- deyə nazirlikdən bildiriblər.

Qeyd edək ki, nazirlikdən verilən məlumata görə, 2024-cü ilin dekabr ayında Türkiyə limanları 35 milyon 543 min 549 ton yük qəbul edib.

“Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 2 milyon 585 min 922 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 32 milyon 957 min 627 ton təşkil edib”, – deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyə limanlarından 69 milyon 64 min 361 ton transit yük daşınıb.

Bununla yanaşı, 2024-cü ilin dekabr ayında Türkiyə limanlarından 5 milyon 539 min 643 ton transit yük daşınıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyə limanları 60 min 594 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 39 min 600, Türkiyə bayrağı altında olan gəmilər isə 20 min 994 olub”, – deyə nazirlikdən bildirilib.

2024-cü ilin dekabr ayında Türkiyə limanları 4 min 505 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin 3 min 42, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 463 olub.

Məqalədə: #Türkiyə limanları

Mövzu üzrə digər xəbərlər

Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
İqtisadiyyat

Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir

9 Sentyabr 12:34
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
İqtisadiyyat

Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub

9 Sentyabr 12:12
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
Biznes

Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı

7 Sentyabr 14:08

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.