5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Keçən il Türkiyə limanları ilə 32 milyon tondan çox xam neft daşınıb (ÖZƏL)

14 Fevral 2025 16:20
Keçən il Türkiyə limanları ilə 32 milyon tondan çox xam neft daşınıb (ÖZƏL)

Bakı, AzerVoice

Keçən ilin yanvar-dekabr ayında Türkiyə limanlarından 32 milyon 282 min 976 ton xam neft daşınıb.

Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 3 milyon 120 min 278 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 29 milyon 162 min 698 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb.

“Keçən ilin yanvar- dekabr ayında Türkiyə limanlarından tranzit olaraq 27 milyon 490 min 173 ton xam neft daşınıb”- deyə nazirlikdən bildiriblər.

Qeyd edək ki, nazirlikdən verilən məlumata görə, 2024-cü ilin dekabr ayında Türkiyə limanları 35 milyon 543 min 549 ton yük qəbul edib.

“Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 2 milyon 585 min 922 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 32 milyon 957 min 627 ton təşkil edib”, – deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyə limanlarından 69 milyon 64 min 361 ton transit yük daşınıb.

Bununla yanaşı, 2024-cü ilin dekabr ayında Türkiyə limanlarından 5 milyon 539 min 643 ton transit yük daşınıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyə limanları 60 min 594 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 39 min 600, Türkiyə bayrağı altında olan gəmilər isə 20 min 994 olub”, – deyə nazirlikdən bildirilib.

2024-cü ilin dekabr ayında Türkiyə limanları 4 min 505 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin 3 min 42, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 463 olub.

Məqalədə: #Türkiyə limanları #Xam neft daşınması #Türkiyə neft tranziti #Neft nəqliyyatı statistikası #Türkiyə yük daşımaları #Türkiyə gəmiləri #Beynəlxalq yük daşımaları #Türkiyə liman tranziti #2024 neft statistikası #Neft ixracı və idxalı #Dəniz nəqliyyatı Türkiyə #Türkiyə limanları yükləmə #Türkiyə bayrağı altında gəmilər #Türkiyə ticarət daşımaları #Beynəlxalq neft daşınması

Mövzu üzrə digər xəbərlər

Liviyadan Türkiyə limanlarına 1,36 milyon tondan çox yük daşınıb (ÖZƏL)
Liviya

Liviyadan Türkiyə limanlarına 1,36 milyon tondan çox yük daşınıb (ÖZƏL)

16 Avqust 09:30
Küveytdən Türkiyə limanlarına 145 min tondan çox yük daşınıb (ÖZƏL)
Küveyt

Küveytdən Türkiyə limanlarına 145 min tondan çox yük daşınıb (ÖZƏL)

12 Avqust 18:00
İraqdan Türkiyə limanlarına 1 milyon tondan çox yük daşınıb (ÖZƏL)
İraq

İraqdan Türkiyə limanlarına 1 milyon tondan çox yük daşınıb (ÖZƏL)

12 Avqust 16:08
Əlcəzairdən Türkiyə limanlarına 3 milyon tondan çox yük daşınıb (ÖZƏL)
Əlcəzair

Əlcəzairdən Türkiyə limanlarına 3 milyon tondan çox yük daşınıb (ÖZƏL)

10 Avqust 18:00

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.