14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Türkiyənin Tuzla limanı 1 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

17 May 2024 17:40
Türkiyənin Tuzla limanı 1 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

Bakı. AzerVoice:

2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin Tuzla limanı 1 milyon 597 min 138 ton yük qəbul edib.

Bu barədə AzerVoice-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Tuzla limanından Türkiyə bayrağı altında üzən 854 min 802 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 742 min 336 ton yük daşınıb.

“2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin Tuzla limanından tranzit yük daşınmayıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin aprel ayında Türkiyə limanları 34 milyon 395 min 89 ton yük qəbul edib.

Bu dövr ərzində Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 367 min 713 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 32 milyon 27 min 376 ton olub”, - deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2024-cü ilin aprel ayında Türkiyə limanlarından 6 milyon 77 min 466 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar-aprel aylarında Türkiyə limanları 137 milyon 168 min 261 ton yük qəbul edib.

"Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 10 milyon 72 min 186 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 127 milyon 96 min 75 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-aprel aylarında Türkiyə limanlarından 22 milyon 938 min 589 ton transit yük daşınıb.

Qeyd edək ki, 2024-cü ilin aprel ayında Türkiyə limanları 4 min 756 gəmi qəbul edib

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 329, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 427 olub.

2024-cü ilin yanvar-aprel aylarında Türkiyə limanları 18 min 477 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 12 min 704, Türkiyə bayrağı altında olan gəmilər isə 5 min 773 olub”, - deyə nazirlikdən bildirilib.

Məqalədə: #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi #özəl #Tuzla limanı

Mövzu üzrə digər xəbərlər

Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə Ərəbistanı

Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü

13 Sentyabr 20:06
İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
Biznes

İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?

13 Sentyabr 13:00
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Biznes

Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu

12 Sentyabr 22:47
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
Biznes

"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi

12 Sentyabr 13:13

Son Xəbərlər

Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
02:00
Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
13 Sentyabr 22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
13 Sentyabr 21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
13 Sentyabr 21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.