5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

“Halal sertifikatı” ilə Türkiyə turizminin potensialı artır

30 May 2024 21:00
“Halal sertifikatı” ilə Türkiyə turizminin potensialı artır

Türkiyənin halal turizm sertifikatlaşdırmasında aparıcı qurum olan Türk Standartları İnstitutunun (TSİ) fəaliyyəti ölkənin bu sahədəki potensialını gücləndirməyə imkan verəcək.

TSİ 2013-cü ildən bu yana "halal sertifikatlaşdırma" fəaliyyətini həyata keçirir. Son vaxtlara qədər halal qida, kosmetika, təmizləyici məhsullar və dezinfeksiyaedici maddələr sahəsində sertifikatlaşdırma həyata keçirən İnstitut 2023-cü ilin yanvar ayından etibarən halal turizm sahəsində də xidmət göstərməyə başlayıb.

Halal Akkreditasiya Qurumu (HAQ) tərəfindən akkreditə olunmuş İnstitut turizm sahəsində müəyyən edilmiş standartlar çərçivəsində halal sertifikatları verir. Bu günə kimi turizm sahəsindəki meyarlara cavab verən 4 sahibkar sözügedən sertifikatı almaq hüququ qazanıb.

TSİ halal sertifikatlaşdırma fəaliyyətini İslam Ölkələri Standartları və Metrologiya İnstitutunun (SMIIC) standartlarına uyğun olaraq həyata keçirir. SMIIC tərəfindən nəşr olunan standartlar İnstitut tərəfindən milli standartlar kimi uyğunlaşdırılır və nəşr olunur.

TSİ halal qida və kosmetika sahəsləri ilə yanaşı halal turizm sahəsində də SMIIC standartlarına uyğun olaraq HAQ tərəfindən akkreditə olunmuş ilk sertifikatlaşdırma orqanı sayılır.

Namazdan tutmuş məscidə qədər meyarlar var.
Müəssisələrin TSİ-nin halal turizm sertifikatını ala bilməsi üçün üç kateqoriyada standartlara cavab verməsi lazımdır.

Mətbəx, restoran, qida və yeməklərin “halal” meyarlarına uyğun olması tələb olunur. Bundan əlavə, ibadət yeri və məscidin olması, Ramazan ayında iftar və sahur üçün uyğun yemək vaxtlarının proqramlaşdırılması, hovuz, SPA və hamam xidmətləri üçün qadınlar və kişilər üçün bir-birindən ayrı məkanların təşkil edilməsi tələb olunur.

Otaqlarda qiblə səmtinin, səccadənin olması, tualetlərdə təharət təsisatının qurulması, tələb olunduqda Qurani-Kərim təmin edilməsi, təmizlik materiallarının tələblərə cavab verməsi vacibdir.

Həmçinin meyarlar arasında mini soyuducularda spirtli içkilərin qoyulmaması, otaqlarda insan və ya heyvan fiqurları olan şəkillərin olmaması, gecə klubları kimi məkanların yer almaması kimi tələblər də mövcuddur.

Malayziya, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri halal turizm bazarında lider ölkələr kimi seçilir. Son zamanlar Səudiyyə Ərəbistanı, Qətər, İndoneziya, İordaniya və Mərakeş də atdıqları addımlarla diqqət çəkirlər.

“Halal sertifikatı” ilə Türkiyə turizminin potensialı artır
Məqalədə: #halal #halal turizm

Mövzu üzrə digər xəbərlər

Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
İqtisadiyyat

Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb

4 Sentyabr 15:57
Dubay birjası Körfəz bazarlarında yüksəlişə yönəlib
İqtisadiyyat

Dubay birjası Körfəz bazarlarında yüksəlişə yönəlib

3 Sentyabr 14:34
ABŞ-də Trampın metal pulu dövriyyəyə buraxılıb
İqtisadiyyat

ABŞ-də Trampın metal pulu dövriyyəyə buraxılıb

3 Sentyabr 10:52
Türkiyənin xarici ticarət balansı - Neft və qaz idxalı xərcləri artırmağa davam edir
Biznes

Türkiyənin xarici ticarət balansı - Neft və qaz idxalı xərcləri artırmağa davam edir

2 Sentyabr 11:57

Son Xəbərlər

İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
11:23
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.