10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Azərbaycanda BEM sahəsində yeni layihələr yaşıl artımın gücləndirilməsinə yönəlib - Əl-Caber

4 İyun 2024 11:36
Azərbaycanda BEM sahəsində yeni layihələr yaşıl artımın gücləndirilməsinə yönəlib - Əl-Caber

Bakı. AzerVoice:

Azərbaycanda bərpa olunan enerji mənbələri (BEM) sahəsində yeni layihələr "yaşıl" artımın gücləndirilməsinə yönəlib.

AzerVoice xəbər verir ki, bu barədə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri, Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) idarəedici direktoru, COP28-in prezidenti Sultan Əhməd Əl Caber Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi - “Caspian Power” sərgilərinin açılışında deyib.

"Bu gün Azərbaycan və BƏƏ BEM layihələrinin üç təməlqoyma mərasiminin şahidi olacaq. Bu faktiki olaraq "yaşıl" artımın gücləndirilməsinə, inkişafa və ölkənin qlobal səviyyədə dayanıqlı inkişafının dəstəklənməsinə yönəlmiş tərəfdaşlıq tarixinə əsaslanır", - o deyib.

Onun sözlərinə görə, məhz bu cür tərəfdaşlıq sadiqlik, səmimi niyyət və real maraqlar nümayiş etdirə və "yaşıl" artımın təşviqinə kömək edə bilər. Məhz bu cür praktiki tərəfdaşlıq mühüm yardım göstərəcək.

"COP28-də hökumətin iddialı tədbirlər üçün əldə edilən və reallaşdırılan fayda və stimulu maksimallaşdırmağa davam etdiyimizə zəmanət vermək üçün hər bir maraqlı tərəfi cəlb etməyə davam etməliyik. Biz COP29-dan başlayaraq COP30-a doğru körpü inşa etməliyik. Sənayeni fəaliyyətini aktivləşdirməyə çağırırıq", - deyə nazir sonda bildirib

Qeyd edək ki, bu gün Bakıda üç elektrik stansiyasının təməlqoyma mərasimi keçiriləcək. Söhbət 445 MVt gücündə Biləsuvar, 315 MVt gücündə Neftçala günəş elektrik stansiyalarından və 240 MVt gücündə Abşeron-Qaradağ külək elektrik stansiyasından gedir.

Azərbaycanda BEM sahəsində yeni layihələr yaşıl artımın gücləndirilməsinə yönəlib - Əl-Caber
Məqalədə: #BƏƏ #Sultan Əl Caber #BEM

Mövzu üzrə digər xəbərlər

Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
İqtisadiyyat

Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir

9 Sentyabr 12:34
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
İqtisadiyyat

Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub

9 Sentyabr 12:12
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
Biznes

Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı

7 Sentyabr 14:08

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.