5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

"Masdar" Azərbaycanda yaşıl hidrogenin istehsalı üzrə tədqiqatlarda iştirak edir

3 İyul 2024 09:19
"Masdar" Azərbaycanda yaşıl hidrogenin istehsalı üzrə tədqiqatlarda iştirak edir

Bakı, VOA

Bu barədə VOA - ə "Masdar Azerbaijan" şirkətinin direktoru Murad Sadıqov deyib.

O qeyd edib ki, Azərbaycanın İqtisadiyyat və Energetika nazirlikləri ilə birlikdə "Masdar" şirkəti hidrogen istehsalı ilə bağlı tədqiqatlar aparıb.

"2022-ci ildən başlayaraq Azərbaycanda dəniz külək enerjisi və yaşıl hidrogen istehsalının texniki-iqtisadi əsaslandırması aparılır. Tədqiqatlar hələ də davam edir. Nəticələr bir-iki ay ərzində açıqlanacaq. Azərbaycan hökuməti gələcək addımlarla bağlı qərarlar verəcək. SOCAR ilə birgə işlər aparılır. Demək olar ki, iki ilə böyük məlumat bazası yaradılıb", - deyə Sadıqov bildirib.

Qeyd edək ki, "Advisian" məsləhətçi şirkətinin Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyilə hazırladığı tədqiqat göstərir ki, formalaşmış emal, ammonyak və metanol bazarları və hidrogenə çevrilə biləcək təbii qazın bölüşdürülməsi üzrə geniş sistemlə Azərbaycan aşağı karbonlu hidrogen tələbatını ödəmək üçün böyük potensiala malikdir.

Hidrogen bu sahələri karbonsuzlaşdıra bilər. Böyük həcmdə bərpa olunan resurslara, eləcə də, "Şahdəniz" yatağında təbii qaz ehtiyatlarına birbaşa çıxışa malik olan Azərbaycan həm "yaşıl", həm də "mavi" hidrogenin hasilatı üçün qabaqcıl imkanlara malikdir. Bundan başqa, təbii qazın tədarükü üzrə mövcud infrastruktur olan Cənub Qaz Dəhlizi potensial olaraq ixrac məqsədilə hidrogeni təbii qazla qarışdırmağa imkan verəcək.

"Masdar" Azərbaycanda yaşıl hidrogenin istehsalı üzrə tədqiqatlarda iştirak edir
Məqalədə: #Masdar Azerbaijan #yaşıl hidrogen

Mövzu üzrə digər xəbərlər

Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
İqtisadiyyat

Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb

4 Sentyabr 15:57
Dubay birjası Körfəz bazarlarında yüksəlişə yönəlib
İqtisadiyyat

Dubay birjası Körfəz bazarlarında yüksəlişə yönəlib

3 Sentyabr 14:34
ABŞ-də Trampın metal pulu dövriyyəyə buraxılıb
İqtisadiyyat

ABŞ-də Trampın metal pulu dövriyyəyə buraxılıb

3 Sentyabr 10:52
Türkiyənin xarici ticarət balansı - Neft və qaz idxalı xərcləri artırmağa davam edir
Biznes

Türkiyənin xarici ticarət balansı - Neft və qaz idxalı xərcləri artırmağa davam edir

2 Sentyabr 11:57

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.