14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Mersin limanı 16 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

6 İyul 2024 10:50
Mersin limanı 16 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

Bakı, VOA

2024-cü ilin yanvar-may aylarında Türkiyənin Mersin limanı 16 milyon 266 min 30 ton yük qəbul edib.

Bu barədə VOA-ya Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Mersin limanından Türkiyə bayrağı altında üzən bir milyon 149 min 609 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 15 milyon 117 min 421 ton yük daşınıb.

2024-cü ilin yanvar-may aylarında Mersin limanından 174 min 659 ton tranzit yük aşırılıb.

Qeyd edək ki, 2024-cü ilin may ayında Türkiyə limanları 34 milyon 717 min 959 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 309 min 446 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 32 milyon 408 min 513 ton olub.

Bununla yanaşı, 2024-cü ilin may ayında Türkiyə limanlarından 5 milyon 524 min 847 ton transit yük daşınıb.

2024-cü ilin yanvar-may aylarında Türkiyə limanları 171 milyon 891 min 161 ton yük qəbul edib.

Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 12 milyon 375 min 982 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 159 milyon 515 min 179 ton təşkil edib

2024-cü ilin yanvar-may aylarında Türkiyə limanlarından 28 milyon 463 min 544 ton transit yük daşınıb.

Qeyd edək ki, bu ilin may ayında Türkiyə limanları 5 min 289 gəmi qəbul edib. Bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 566, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 723 olub.

2024-cü ilin yanvar-may aylarında Türkiyə limanları 23 min 770 gəmi qəbul edib. Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 16 min 272, Türkiyə bayrağı altında olan gəmilər isə 7 min 498 olub.

Məqalədə: #Türkiyə limanları #Mersin limanı

Mövzu üzrə digər xəbərlər

Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə Ərəbistanı

Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü

13 Sentyabr 20:06
İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
Biznes

İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?

13 Sentyabr 13:00
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Biznes

Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu

12 Sentyabr 22:47
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
Biznes

"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi

12 Sentyabr 13:13

Son Xəbərlər

Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
02:00
Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
13 Sentyabr 22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
13 Sentyabr 21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
13 Sentyabr 21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.