8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Dünya Bankı Azərbaycana əlavə maliyyələşdirməni təsdiqləyib

30 İyul 2024 11:44
Dünya Bankı Azərbaycana əlavə maliyyələşdirməni təsdiqləyib

Bakı, AzerVoice

Dünya Bankının İcraçı Direktorlar Şurası bu gün hazırda icra olunan Azərbaycanda Məşğulluğa Dəstək Layihəsini (AMDL) genişləndirmək üçün 150 milyon ABŞ dolları məbləğində əlavə maliyyələşdirməni təsdiqləyib.

AzerVoice Dünya Bankına istinadən xəbər verir ki, layihənin məqsədi məcburi köçkünlər, qadınlar, gənclər və uzunmüddətli işsizlərə xüsusi diqqət yetirməklə əhalinin ən həssas qrupları üçün özünüməşğulluq imkanlarını təşviq etməkdir.

Qeyd edilib ki, son üç il ərzində 5000-dən çoxu qadın olmaqla 15 000 benefisiar öz bizneslərinə başlamaq üçün alət dəstləri alıb.

"Benefisiarların qiymətləndirilməsinə əsasən, AMDL iştirakçılarının 70%-dən çoxu layihə tərəfindən təmin edilmiş aktivləri aldıqdan sonra azı 24 aydır bizneslərini davam etdirir. Bu uğura əsaslanaraq, bu gün təsdiqlənmiş maliyyələşdirmə mövcud məşğulluq proqramlarını və xidmətlərini genişləndirəcək və daha çox insana xidmət etmək və AMDL çərçivəsində biznesin davamlılığını təşviq etmək üçün başqa mexanizmləri hazırlayacaq və sınaqdan keçirəcək.

Azərbaycan həssas qruplar üçün əmək bazarının nəticələrini yaxşılaşdırmaq üçün səylər göstərir. Bununla belə, bacarıq uyğunsuzluğu, yüksək qeyri-formallıq və qadınlar arasında yüksək işsizlik kimi problemlər hələ də qalmaqdadır”, - Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Şteffi Ştallmeister bildirib.

“Bu layihə ölkədə daha inklüziv, özəl sektorun aparıcı rol oynadığı iqtisadi artımı təmin etmək üçün bu
problemlərin həllinə kömək edir”.

Əlavə maliyyələşdirmə iqtisadi fəaliyyətin şaxələndirilməsini və şoklara qarşı dayanıqlılığı təşviq etmək üçün istehsal və xidmətlər kimi yeni sektorları əhatə etməklə Azərbaycanın Özünüməşğulluq Proqramına dəstəyini davam etdirəcək.

Bundan başqa, bu maliyyələşdirmə benefisiarlara öz bizneslərini genişləndirmək üçün nağd vəsaitlərdən istifadə etməyə imkan verən təkmilləşdirilmiş nağd qrantlar mexanizmini sınaqdan keçirməyə kömək edəcək.

AMDL üçün əlavə maliyyələşdirmə həm də Azərbaycan Dövlət Məşğulluq Agentliyinin iş axtaranlar üçün xidmət və proqramlarının çeşidini genişləndirmək imkanı yaradacaq. Bu yeni dəstək vasitəsilə Agentlik iş yerində təlim, əməkhaqqı subsidiyaları, şagirdlik proqramı, peşə hazırlığının inkişafı və seçilmiş peşələr üzrə
sertifikatlaşdırma xərclərinin kompensasiya edilməsi kimi əlavə aktiv əmək bazarı tədbirlərini həyata keçirəcək.

Bu proqramların işaxtaranların, o cümlədən, qadınların və digər həssas əhali qruplarının məşğulluğunu stimullaşdıracağı, onların istehsal və xidmət sahələrində işləmək imkanlarını artıracağı gözlənilir.

“Bu yeni maliyyələşdirmə ilə biz bacarıqların inkişafı və işaxtaranlar və işəgötürənlər üçün stimulların dəstəklənməsi üçün aktiv əmək bazarı tədbirlərinin həyat qabiliyyətini yoxlayacağıq. Bu yanaşma ilə Azərbaycan gələcək üçün daha məhsuldar və davamlı iş yerləri yarada bilər”, - layihəni hazırlayan Dünya Bankı komandasının rəhbəri Mirey Ovadiya bildirib.

AMDL-in insan kapitalı potensialının artırılması, habelə məşğulluq xidmətlərinin effektivliyinin gücləndirilməsi, bacarıqların inkişaf etdirilməsi və inklüzivlik kimi Azərbaycanın əsas inkişaf prioritetlərinin həyata keçirilməsinə töhfə verəcəyi gözlənilir.

Bundan əlavə, layihə həm də Dünya Bankı Qrupunun Azərbaycan Hökuməti ilə hazırda müzakirə olunan Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Çərçivəsində (2025-29-cu illər) vurğulanan daha məhsuldar və inklüziv iş yerlərinin təşviqi məqsədinə uyğundur.

Məqalədə: #Dünya Bankı #Azərbaycanda Məşğulluğa Dəstək Layihəsi

Mövzu üzrə digər xəbərlər

Vaşinqtonda Orta Dəhlizin inkişafı müzakirə olunacaq
Siyasət

Vaşinqtonda Orta Dəhlizin inkişafı müzakirə olunacaq

1 Sentyabr 13:53
Azərbaycanda torpaqların konsolidasiyası mexanizminin yaradılması ilə bağlı Türkiyə təcrübəsi öyrənilir
İqtisadiyyat

Azərbaycanda torpaqların konsolidasiyası mexanizminin yaradılması ilə bağlı Türkiyə təcrübəsi öyrənilir

27 İyul 18:11
Avropa İttifaqı Qəzza üçün 1 milyard dollarlıq yardım təşəbbüsü başladıb
Yaxın Şərq

Avropa İttifaqı Qəzza üçün 1 milyard dollarlıq yardım təşəbbüsü başladıb

13 İyul 18:40
Trampın Qəzza üçün yaratdığı “Sülh Şurası” fonduna vəsait daxil olmayıb
Digər Dövlətlər

Trampın Qəzza üçün yaratdığı “Sülh Şurası” fonduna vəsait daxil olmayıb

27 May 20:40

Son Xəbərlər

Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.