5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Azərbaycan meyvələri Green Quba vasitəsilə BƏƏ-də tanıdılacaq

13 Avqust 2024 16:55
Azərbaycan meyvələri Green Quba vasitəsilə BƏƏ-də tanıdılacaq

Bakı,AzerVoice

Azərbaycanın qeyri-neft sektoru məhsullarının ixracı istiqamətində növbəti uğurlu addım atılıb. Prezident İlham Əliyevin xüsusi diqqətində olan kənd təsərrüfatı sahəsində yaradılam münbir şəraitdən faydalanmaq və milli iqtisadiyyata öz töhfəsini verən  “Green Quba” Şirkətinin direktoru Xalid Popal və Dubay şəhərində yerləşən NRTC Şirkətinin rəhbəri AbdulRahim Nassar Al Refai və direktoru Aqeel Mumtaz arasında strateji müqavilə imzalanıb. 

AzerVoice ArabAZ-a istinadən xəbər verir ki , Azərbaycan Respublikasının Dubay şəhərində yerləşən ticarət nümayəndəliyinin icraçısı Elnur Şükürovun iştirakı ilə keçirələn mərasimdə imzalanmış sənədin Azərbaycanın meyvə ticarətinin inkişafında böyük bir addım olaraq qiymətləndirilir və ölkəmizin meyvə ixrac potensialını artırmaq məqsədi daşıyır.

Altı ildən çoxdur ölkənin meyvə sektorunda böyük təcrübə qazanan “Green Quba” şirkəti xüsusulə alma meyvəsinin xarici bazarlarda tanıdılması və təşviqi istiqamətində xeyli işlər görüb.

NRTC şirkəti ilə əməkdaşlıq, “Green Quba” üçün həm də beynəlxalq bazarda möhkəmlənmək, Azərbaycan məhsullarını daha geniş istehlakçı kütləsinə təqdim etmək imkanı yaradır. NRTC şirkəti də bu əməkdaşlıqdan məmnun olduğunu bildirir və Azərbaycanın yüksək keyfiyyətli meyvələrini Dubayda və digər BƏƏ ölkələrində tanıtmaq üçün əllərindən gələni edəcəyini vurğulayır.

Bu əməkdaşlıq təkcə ”Green Quba” şirkəti üçün deyil ümumilikdə Azərbaycanın meyvə sektoruna böyük fayda gətirəcəkdir. Yerli bazarda əldə etdiyi təcrübələri beynəlxalq arenaya daşımaqla Azərbaycanın kənd təsərrüfatı məhsullarının tanıdılmasına və ixracının artırılmasına böyük təkan verəcəkdir.

Qeyd olunan sənəd eyni zamanda Azərbaycan meyvə sektorunun inkişafında yeni bir dövr açacaq və ölkəmizin iqtisadiyyatına müsbət təsir edəcəkdir. “Green Quba” və NRTC şirkətləri arasında bağlanan bu müqavilə Azərbaycan meyvələrinin dünya bazarında layiqli yer tutmasına və ölkəmizin kənd təsərrüfatı potensialının daha geniş miqyasda tanıdılmasına xidmət edəcəkdir.

Təməli yeni atılan bu əməkdaşlıq çərçivəsində “Green Quba”  Dubay və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bazarlarına Azərbaycan meyvələrinin, xüsusilə də almaların tanıdılması üçün bir sıra tədbirlər planlayır. Bu tədbirlər çərçivəsində Azərbaycan meyvələrinin yüksək keyfiyyəti və təbii dadı vurğulanacaq, həmçinin bu məhsulların regionun pərakəndə və topdan satış bazarlarına çıxarılması üçün müxtəlif tədbirlər həyata keçiriləcəkdir.

Məqalədə: #BƏƏ #Green Quba #Elnur Şükürov #NRTC

Mövzu üzrə digər xəbərlər

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
BƏƏ

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb

4 Sentyabr 17:00
Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb
BƏƏ

Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb

4 Sentyabr 13:44
Əbu-Dabidə ilk dəfə beynəlxalq peşəkar sumo yarışları keçiriləcək
ArabSport

Əbu-Dabidə ilk dəfə beynəlxalq peşəkar sumo yarışları keçiriləcək

4 Sentyabr 12:38
Dubay birjası Körfəz bazarlarında yüksəlişə yönəlib
İqtisadiyyat

Dubay birjası Körfəz bazarlarında yüksəlişə yönəlib

3 Sentyabr 14:34

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.