11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Ölkmizə Avropa bazarından maşın gətirilməsi dayanıb – Ekspert

21 Avqust 2024 17:55
Ölkmizə Avropa bazarından maşın gətirilməsi dayanıb – Ekspert

Bakı, AzerVoice

Ölkəyə gətirilən avtomobillərə 10 il istehsal limiti qoyulması ilə bağlı qərardan sonra Avropa bazarından ölkəmizə maşın gətirilməsi demək olar ki, dayanıb.

Bunu AzerVoice-a açıqlamasında avtomobil sektoru üzrə ekspert Elman Məmmədov deyib.

Ekspert bildirib ki, bunun bir neçə səbəbi var.

"İlk növbədə, birinci əl təzə avtomobillər Avropa bazarında çox bahadır. Azərbaycan bazarı üçün uyğun deyildir. Yerdə qalır ikinci əl avtomobillər. Lakin Avropa özəlliklə Almaniya bazarından isə bizim ölkəyə demək olar ki, ikinci əl maşın gətirilmirdi. Çünki Avropada 5-10 il arasında istifadə edilən maşınların texniki vəziyyəti o qədər də qənaət bəxş olmur. Belə ki, Avropada avtomobil servis xidməti baha olduğu üçün maşınlara texniki qulluq lazım olan qədər göstərilmir. Başqa sözlə, Avropada texniki baxışdan keçən avtomobillərin qiyməti yüksək olur. Texniki baxışdan keçməyən avtomobillərin isə bəzi Avropa ölkələrində sürülməsi qadağandır. Bu cür maşınlar sadəcə eksport edilir"- deyə o bildirib.

Ekspertin fikrincə gələcəkdə problemlərlə üzləşmə ehtimalı yüksək olduğu üçün Avropadan yürüşü yüksək olan və texniki baxış keçirilməmiş avtomobillərin gətirilməsi məsləhət görülmür.

Qeyd edək ki, 1 iyul 2024-cü il tarixindən sonra buraxılış tarixindən səkkiz ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə taksi xidməti üçün buraxılış kartı verilməyəcək. Həmçinin, qeyd edilən tarixdən sonra buraxılış kartı almaq üçün təqdim olunan avtomobillər 2024-cü ilin iyul ayının 1-dən sonra ölkəmizə idxal edilərsə və ya ölkəmizdə istehsal olunubsa, onların rəngi ağ və ya qırmızı olmalıdır.

Ekspertimiz Avropa bazarının dayanmasından sonra isə ikinci böyük bazar kimi Koreya bazarının açıldığını bildirib.

"Koreya bazarı bu vaxta kimi o qədər də güclü deyildi. Eyni zamanda ABŞ bazarı da öz aktuallığını qoruyub saxlayırdı. Çünki ordan gələn zədəli maşınlar çox ucuz olduğu üçün, ordan ucuz qiymətə almaqla ölkə ərazisində müəyyən təmir işlər həyata keçirildikdən sonra satıla bilirdi"- deyə Elman bəy əlavə edib.

Ölkəmizdə yaxın gələcəkdə Çin maşınlarının sayının artacağını deyən ekspert bunu bir neçə səbəblə izah edir.

"Çindən Azərbaycana və burdan da Avropaya dəmiryolu qatarı çəkilir. Həmçinin, iki ölkə arasında qarşılıqlı şəkildə viza sistemi sadələşdirilmişdir. Bütün bunlar əsasında deyə bilərik ki, yaxın gələcəkdə Azərbaycan bazarında Çin avtomobillərinin üstünlük təşkil etməsi gözlənilir",- deyə o əlavə edib.

Ölkəmizdə xüsusiylə də taksi xidmətində istifadə edilən Toyota Prius avtomobilləri haqqında danışan ekspert, bu maşınların çox az hissəsi Avropadan olmaqla əsasən ABŞ-dan zədələnmiş vəziyyətdə alındığını bildirib. Priusların ABŞ bazarında sözünü demiş, özünü doğrultmuş maşınlar olduğunu qeyd edən ekspert bu maşınlarla bağlı ölkəmizdə yaranan pis təəssüratın səbəbinə də toxunub.

"Ölkəmizdə taksi xidməti göstərən şəxslər əsasən günlük icarəyə maşın götürərək bu xidmətlə məşğul olurdu. Və buna görə də maşınların texniki vəziyyətinə ümumiyyətlə baxmırdılar. Yəni vaxtlı-vaxtında texniki servis göstərmirdilər. Və nəticədə avtomobilin əyləc sistemində problemlər yaranırdı",-deyə o bildirib.

Amerika, Çin, Koreya və Avropa avtomobil bazarları üzrə mövcud vəziyyəti izah edın ekspert hal-hazırda ölkəmizi daha böyük bir təhlükənin gözlədiyinə diqqət çəkib.

"Heç bir standarta cavab verməyən və Yaponiya daxili bazarı üçün istehsal edilən digər Toyota maşınları ölkə ərazisinə gətirilir. Bu maşınların zavoddan çıxan orjinal vəziyyətində sükanı sol tərəfdə yerləşir. Qeyd edək ki, bu maşınlar kütləvi şəkildə Yaponiya və Dubaydan ölkə ərazisinə idxal edilir. Və bu maşınlar kustar üsularla Gürcüstanda, Dubayda və Bakıda heç bir standarta cavab verməyən şəkildə və şəraitdə müyyən dəyişikliyə məruz qalaraq sükanı sağdan sola keçilir. Bu zaman maşının üstündə olan orjinal bütün naqillərin yeri dəyişdirilir və ucuz naqillərdən istifadə olunur. Bu isə qəza hallarının olma ehtimalını artırır",-deyə ekspert mövcud vəziyyəti şərh edib.

Heç bir ölkədə sükanı kustar üsullarla dəyişdirilmiş maşınların qeydiyyata alınmadığını deyən ekspert bu maşınların ölkəmiz üçün böyük təhlükə daşıdığını bildirib.

Məqalədə: #Elman Məmmədov #avtomobil bazarı #Avropa maşın bazarı

Mövzu üzrə digər xəbərlər

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

10 Sentyabr 14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
Biznes

"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır

10 Sentyabr 13:49
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Biznes

Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır

10 Sentyabr 10:37
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
İqtisadiyyat

Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir

9 Sentyabr 12:34

Son Xəbərlər

Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını təcili toplantıya çağırdı - Husi terrorçularının hücumlarına qəti cavab tələb edilir
Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını təcili toplantıya çağırdı - Husi terrorçularının hücumlarına qəti cavab tələb edilir
07:43
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.