5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

İslam Maliyyəsinin İnkişaf Mərhələləri

25 Avqust 2024 09:40
İslam Maliyyəsinin İnkişaf Mərhələləri

Bakı, AzerVoice

İslam maliyyəsi iqtisadi münasibətlərin İslam qaydalarına görə tənzimləndiyi yeni bir sektordur. Hal-hazırda dünyanın bir çox ölkəsində onun fərqli formaları tətbiq olunmaqdadır. İslam maliyyəsinə özündə əsasən İslam bankları, təkafül (sığorta), sukuk (qiymətli kağızlar) kimi iqtisadi fəaliyyətləri ehtiva edir.

Müasir islam maliyyəsi keçən əsrin sonunda yeni təkan almışdır. Bu təkan Yaxın Şərq ölkələrinin neft sənayəsinin kəskin şəkildə inkişafı və bunun nəticəsi olaraq, müsəlman cəmiyyətində likvid vəsaitlərin artmasından irəli gəlmişdir. Yaranan vəziyyətdə İslam qanunvericiliyinin tələblərinə cavab verən maliyyə müəssisələrinin olmaması müasir İslam Maliyyəsinin yaranmasının mühüm səbəbinə çevrilmişdir. Qlobal maliyyə sisteminin tərkibində İslam Bankçılığı daha cox "faizsiz maliyyə" kimi xarakterizə olunmaqdadır. İlk dəfə olaraq bu sistem 1963–1966-cı illərdə Misir iqtisadçı aliminin hazırladığı bank modeli əsasında elə həmin ölkədə tətbiq edilmişdir. Dünya maliyyə sistemində İslam Bankçılığı üzrə aktivlərin ümumi həcmi 2011-ci il üzrə 1 trln. ABŞ dolları məbləğində olmuşdur. Hazırda islam bankçılığı geniş coğrafi kontingenti əhatə edərək, ABŞ-dən Çinədək dünyanın müxtəlif inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində tətbiq edilir.

Aşağıda İslam maliyyəsinin tarixi inkişaf mərhələləri başlıqlar halında verilmişdir.

  • 1950-1960-cı illər: İlk təcrübə xarakterli İslam bankları Pakistan və Hindistan yarımadasında faizsiz əmanət və borc cəmiyyətləri kimi təşəbbüsləri ortaya çıxardı. Misir və Malayziya 1960-cı illərdə qabaqcıl təşəbüsslər həyata keçirdi. Körfəz ölkələrinə neft pullarının axmasıyla 1970-ci illərdə yeni banklar yarandı.
  • 1975: İlk kommersiya İslam bankı olan Dubai İslam Bankı açıldı(www.dib.ae). Növbəti on il ərzində 30-a yaxın belə bank quruldu.
  • 1975-ci ilin oktyabr ayında Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam maliyyələşdirməsi üzrə mərkəz təşkilat kimi İslam İnkişaf Bankı (www.isdb.org) açıldı. 1975-2005-ci illər arasında İslam Konfransı Təşkilatına (İƏT) üzv ölkələrdə dəyəri 50 milyard dollardan çox olan layihələr maliyyələşdirildi.
  • 1979: Pakistan bankçılıq fəaliyyətini dövlət səviyyəsində “islamlaşdıran” ilk ölkə oldu. Proses 1985-ci ilə qədər davam etdi.
  • 1983-cü il iyul: Malayziya ilk rəsmi şəriətə uyğun bankı olan “Bank İslam Malaysianı” təsius etdi. Digər banklar da İslam məhsullarını təklif etməyə başladı və şəriət alimləri şurasının təsdiqiylə mərkəzi bank tərəfindən nəzarət həyata keçirilirdi.
  • Sentyabr: Sudan, prezident Cəfər əl-Numeirinin şəriət qanunlarını təsis etməsindən sonra bank sistemini İslam prinsipləri üzərində yenidın qurdu. Şimalda İslam, cənubda ənənəvi olmaqla ikili bank sistemi inkişaf etdi.
  • Mart 1984: İran 1979-cu il İslam inqilabında vəd edilmiş 1983-cü il İslam Bankçılıq Qanunu qəbul edildikdən sonra dövlət səviyyəsində faizsiz bankçılığa keçid etdi.
  • 1985-ci ilə qədər: Dünyadakı 50-dən çox ənənəvi (konvensional) bank tərəfindən İslam maliyyə məhsulları təklif edilirdi. 1990-cı illərin ardınca isə digər böyük banklar da bunu həyata keçirməyə başladı.
  • 26 Fevral 1990: Beynəlxalq İslam mühasibat standartları təşkilatı olan İslam Maliyyə İnstitutlarının Audit və Mühasibatlıq Təşkilatı (AAOİFİ), İİB tərəfindən Bəhreyndə təsis edildi.
  • 1991: İndoneziyanın ilk rəsmi olaraq sponsorluq etdiyi İslam Bankı “Bank Muamalat” təsis edildi.
  • 2000-ci ilə qədər: İqtisadçı Muhamməd Nejatullah Siddiqi 200-ə yaxın İslam maliyyə qurumunun 8 milyard dollardan çox kapitala, 100 milyard dollardan çox əmanətə sahib olduğunu və bunların 160 milyard dollardan çox dəyəri olan aktivləri idarə etdiyini qeyd etdi. Bunlardan təxminən 40 faizi Yaxın Şərqin, digər 40 faizi Cənubi və Cənub-Şərqi Asiyanın, qalan 20 faizi Afrika ilə Avropa və Amerikanın payına düşürdü.
  • 2001: Malayziyanın Maliyyə Sektoru Master Planına əsasən 2010-cu ilə qədər İslam maliyyəsinin maliyyə sektorundakı payının 20 faizə çatdırılması planlaşdırılırdı. Malayziyada İslam maliyyəsinin 2009-cu ilə qədər maliyyə aktivlərindəki payı təxminən 17 faizə çatdı
  • 2002: Kuala Lumpurda beynəlxalq standart hazırlayan İslam Maliyyə Xidmətləri Şurası (İFSB) təsis edilir.
  • 2004-2008: İslam maliyyələşdirmə məhsullarına investorların marağı, neft qiymətlərinin və neft istehsal edən dövlətlərdən axan neft dollarlarının davamlı yüksəlməsi fonunda güclü bir şəkildə artır. Dünya neft qiymətləri 2008-ci ilin ortalarında kəskin bir eniş göstərməzdən öncə hər barrelin qiyməti 147 dolların üzərinə yüksəlmişdi.
  • Sentyabr 2004: Ölkənin şəriətə uyğun ilk bankı olan “Britaniya İslam Bankı” Londonda açılır.
  • Noyabr 2006: Dubayın əsas birjası olan Dubay Maliyyə Bazarı, özünü dünyanın ilk İslam birjası olaraq yenidən qurulduğunu elan edir.
  • 2008: Qlobal kredit böhranı və iqtisadi yavaşlama ənənəvi maliyyə bazarlarını kəskin bir xaosun içərisinə salır və investorların riskdən qaçması və aktiv qiymətlərinin aşağı düşməsi səbəbiylə bu proses İslam Maliyyəsinə soyuq təsir edir. İslam Maliyyə İnformasiya Xidmətinin söylədiklərinə görə yeni İslam istiqrazlarının emissiyası üçdə iki azalaraq üç ilin ən aşağı səviyyəsi olan 15,77 milyard dollara düşür.
  • Yanvar 2009: Sinqapur, bazar payı uğrunda Malayziya ilə rəqabət apardığı üçün ilk İslam istiqraz proqramını başlatdı.
  • Fevral 2009: Dünyanın ən sıx müsəlman nüfuzuna sahib olan İndoneziya, ilk şəriətə uyğun pərakəndə istiqrazlarını və ya sukuk satışını reallaşdırdı.

Dünyada İslam prinsiplərinə uyğun gələn 560-dan çox bank və 1900-dən çox investisiya fondu fəaliyyət göstərir. Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) və Refinitiv-in 2022-ci il hesabatına görə, 2015-2021-ci illər arasında İslam maliyyə aktivləri 2,17 trilyon dollardan 4 trilyon dollara qədər artıb və 2026-cı ilə qədər təxminən 5,9 trilyon dollara yüksələcəyi proqnozlaşdırılır.

Bu artım daha çox müsəlman ölkələrinin (xüsusilə də neftin qiymətinin artımından faydalanan ölkələrin) yüksələn iqtisadiyyatları ilə bağlıdır.

İslam maliyyəsi qlobal maliyyə aktivlərinin cəmi 1%-ni təşkil edir, lakin illik 9%-lik mürəkkəb artım tempi ilə ənənəvi maliyyədən daha sürətlə genişlənir. Körfəz Əməkdaşlıq Şurası (GCC) və ya Sub-Sahara Afrikası kimi bəzi coğrafiyalarda İslam bankları müsəlman müştəriləri cəlb etmək üçün indi birbaşa Qərb bankları ilə rəqabət aparır.

İslam Maliyyəsinin İnkişaf Mərhələləri
Məqalədə: #İslam bankçılığı

Mövzu üzrə digər xəbərlər

Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
İqtisadiyyat

Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb

4 Sentyabr 15:57
Dubay birjası Körfəz bazarlarında yüksəlişə yönəlib
İqtisadiyyat

Dubay birjası Körfəz bazarlarında yüksəlişə yönəlib

3 Sentyabr 14:34
ABŞ-də Trampın metal pulu dövriyyəyə buraxılıb
İqtisadiyyat

ABŞ-də Trampın metal pulu dövriyyəyə buraxılıb

3 Sentyabr 10:52
Türkiyənin xarici ticarət balansı - Neft və qaz idxalı xərcləri artırmağa davam edir
Biznes

Türkiyənin xarici ticarət balansı - Neft və qaz idxalı xərcləri artırmağa davam edir

2 Sentyabr 11:57

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.