5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Muğla Dalaman hava limanında sərnişindaşıma 2 milyon nəfəri keçib (ÖZƏL)

2 Sentyabr 2024 15:42
Muğla Dalaman hava limanında sərnişindaşıma 2 milyon nəfəri keçib (ÖZƏL)

Bakı, AzerVoice

2024-cü ilin iyul ayında Türkiyənin Muğla Dalaman Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz arataraq, 2 milyon 936 min 613 nəfər olub.

Bu barədə AzerVoice-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin iyul ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 10 faiz artaraq, 1 milyon 34 min 580 nəfər, beynəlxalq reyslər üzrə isə 8 faiz artaraq 1 milyon 901 min 583 nəfər təşkil edib.

2024-cü ilin iyul ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq 35 min 115 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin iyul ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq, 8 min 589 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 11 faiz artaraq, 26 min 526 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin iyul ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin iyun ayı ilə müqayisədə 3 faiz artaraq, 25 min 622 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 4 faiz artaraq, 13 min 391, beynəlxalq reyslər üzrə isə 2 faiz artaraq 12 min 231 olub.

Bu ilin iyul ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 129 milyon 602 min 954 nəfər, yük daşınması isə 2 milyon 740 min 269 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə 2 milyon 417 min 502 ton təşkil edib.

Mövzu üzrə digər xəbərlər

Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
İqtisadiyyat

Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb

4 Sentyabr 15:57
Dubay birjası Körfəz bazarlarında yüksəlişə yönəlib
İqtisadiyyat

Dubay birjası Körfəz bazarlarında yüksəlişə yönəlib

3 Sentyabr 14:34
ABŞ-də Trampın metal pulu dövriyyəyə buraxılıb
İqtisadiyyat

ABŞ-də Trampın metal pulu dövriyyəyə buraxılıb

3 Sentyabr 10:52
Türkiyənin xarici ticarət balansı - Neft və qaz idxalı xərcləri artırmağa davam edir
Biznes

Türkiyənin xarici ticarət balansı - Neft və qaz idxalı xərcləri artırmağa davam edir

2 Sentyabr 11:57

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.