12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

“Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı haqqında saziş imzalanıb

21 Sentyabr 2024 03:29
“Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı haqqında saziş imzalanıb

Bakı. AzerVoice

SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) bp, MOL, INPEX, Equinor, ExxonMobil, TPAO, ITOCHU və ONGC Videsh şirkətləri ilə birlikdə bu gün Xəzər dənizinin Azərbaycan sektorunda Azəri və Çıraq yataqları və Günəşli yatağının dərinsulu hissəsi (AÇG) üzrə mövcud hasilatın pay bölgüsü sazişinə (HPBS) yeni bir əlavənin imzalandığını elan edib.

AzerVoice bu barədə BP-yə istinadən xəbər verir.

Bu əlavədə AÇG üzrə HPBS-yə tərəflərə AÇG yatağının sərbəst təbii qaz (STQ) ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı istiqamətində irəliləmək imkanı verən düzəlişlər edilir. AÇG yatağının STQ ehtiyatlarının xeyli iri həcmlərdə - 4 trilyon kub futadək olduğu düşünülür.

Yeni qaz sazişi bu gün Bakıda Neftçilər Günü və AÇG üzrə HPBS-nin imzalanmasının 30 illiyinə həsr olunmuş tədbirdə təntənə ilə qeyd olunub. Tədbirdə SOCAR-ın prezidenti Rövşən Nəcəf, bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel, ABƏŞ-in prezidenti Qəri Counz və AÇG-nin tərəfdaş şirkətlərinin yüksək səviyyəli rəhbərləri iştirak ediblər.

Sənəd 2049-cu ildə AÇG üzrə mövcud HPBS-nin müddətinin sonunadək qüvvədə olacaq. Növbəti 25 il ərzində STQ ehtiyatlarının kəşfiyyatı və qiymətləndirilməsindən asılı olaraq AÇG yatağında STQ ehtiyatlarının işlənməsinə milyardlarla dollar sərmayə qoyulması potensialı var.

AÇG tərəfdaşlarının STQ layihəsində iştirak payları AÇG üzrə mövcud HPBS-də olduğu kimidir: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), INPEX (9,31%), Equinor (7,27%), ExxonMobil (6,79%), TPAO (5,73%), ITOCHU (3,65%), ONGC Videsh (2,31%).

bp AÇG üzrə HPBS-nin operatoru olaraq qalır.

SOCAR-ın prezidenti cənab Rövşən Nəcəf dedi: "Bu gün Azərbaycanın enerji sektoru üçün əlamətdar gündür. Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə imzalanmış “Əsrin müqaviləsi”nin bu əlamətdar ildönümündə yeni qaz sazişinin imzalanması SOCAR üçün yeni strateji mərhələdir. Azərbaycan qlobal enerji bazarlarında etibarlı tərəfdaş kimi enerji ehtiyatlarının daha da şaxələndirilməsi istiqamətində səylərini davam etdirir. Bu layihə tərəfdaşlarımızın enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, Azərbaycanın Avropanın etibarlı enerji təchizatçısı kimi mövqeyini daha da gücləndirəcək”.

bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel dedi: "STQ layihəsinə başlamaqdan çox məmnunuq, çünki biz AÇG-nin sərbəst qaz ehtiyatlarının işlənməsində böyük potensial görürük. Bu gün AÇG üçün həqiqətən tarixi bir gündür. Məhz öz 30 illiyində AÇG-nin möhtəşəm neft uğurları ilə yanaşı təbii qaz layihəsi ilə yeni yola çıxması çox əlamətdardır.

"Son 30 ildə Azərbaycanın nəhəng dəyişiklikləri ölkəni dünyanın mühüm enerji təchizatçılarından birinə çevirmiş AÇG ilə bağlıdır. Amma bugünkü saziş də, bəlkə, ilkin HPBS qədər əhəmiyyətlidir, çünki o, AÇG-nin tarixində ilk dəfə kommersiya qazının ixracına imkan verməklə bu əfsanəvi yatağın iqtisadi dəyərini daha da yüksəldəcək və Azərbaycanın Avropaya enerji təchizatını artırmaq planlarını dəstəkləyəcək.“

STQ layları hazırda hasilatda olan neft laylarının altında və üstündə olan çoxsaylı geoloji formasiyalardan ibarətdir ki, bunlar mövcud AÇG HPBS-yə əvvəldən daxil edilməmişdi. 2022-ci ildə AÇG tərəfdaşları və SOCAR qaz təzyiqinə dair məlumatların toplanması üçün STQ laylarına bir qiymətləndirmə quyusunun qazılması barədə razılığa gəldilər. Qiymətləndirmə quyusu 2023-cü ildə tamamlanmış və əldə edilən məlumatların interpretasiyası gözlənilən təzyiq aralığında 4 trilyon kub futa qədər əhəmiyyətli təbii qaz ehtiyatlarının olduğunu təsdiqləmişdir.

Əlavəyə uyğun olaraq, SOCAR və AÇG tərəfdaşları hazırda STQ laylarının işlənməsi üçün növbəti fəaliyyətləri planlaşdırırlar. Bu fəaliyyətlər çərçivəsində hazırda iki prioritet laydan qaz hasil etmək məqsədilə ilkin quyu qazılır. Bu quyu olduqca əhəmiyyətlidir, çünki o, hasilat vasitəsilə qiymətləndirmə aparmağa da imkan verəcək ki, bunun əsasında da gələcək işlənmə planlarını qurmaq mümkün olacaq. Quyu mövcud Qərbi Çıraq platformasından qazılır və ilk qaz hasilatının 2025-ci ildə olacağı gözlənilir. İlkin quyudan hasil ediləcək bütün qazın alıcısının SOCAR olacağı barədə razılıq əldə edilib.

“Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı haqqında saziş imzalanıb
Məqalədə: #SOCAR #bp

Mövzu üzrə digər xəbərlər

"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
Biznes

"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi

13:13
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Biznes

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür

11 Sentyabr 13:23
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
İqtisadiyyat

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?

11 Sentyabr 11:53
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

10 Sentyabr 14:02

Son Xəbərlər

Ciddədə 27-ci Körfəz Kuboku 8 ölkənin iştirakı ilə başlayır
Ciddədə 27-ci Körfəz Kuboku 8 ölkənin iştirakı ilə başlayır
17:17
Quranda 800-dən çox ayə nəyi əmr edir?
Quranda 800-dən çox ayə nəyi əmr edir?
16:44
Yəməndə böyük təlatüm - Husilərin hücumu ilə 50 min insan evini tərk etdi
Yəməndə böyük təlatüm - Husilərin hücumu ilə 50 min insan evini tərk etdi
16:25
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
13:46
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
13:36
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.