9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

COP29 Azərbaycan Əməliyyat Şirkəti BMT Baş Assambleyasının 79-cu sessiyası və Nyu-York İqlim Həftəsində iştirak edir

28 Sentyabr 2024 09:33
COP29 Azərbaycan Əməliyyat Şirkəti BMT Baş Assambleyasının 79-cu sessiyası və Nyu-York İqlim Həftəsində iştirak edir

Bakı,  AzerVoice

COP29 Azərbaycan Əməliyyat Şirkətinin nümayəndə heyəti BMT Baş Assambleyasının 79-cu sessiyasında və Nyu-York İqlim Həftəsində iştirak etmək məqsədilə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində səfərdədir.

AzerVoice xəbər verir ki, səfər çərçivəsində 26 sentyabr tarixində COP29 Azərbaycan ƏŞ tərəfindən COP29-a hazırlıq istiqamətində təşkilati və əməliyyat məsələlərinə dair üzv dövlətlərin nümayəndələri üçün brifinq təşkil edilib.

Bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 konfransına intensiv hazırlıq istiqamətində icra edilmiş və planlaşdırılan işlər üzrə məlumatlandırılmanın təmin edilməsi məqsədilə təşkil edilən tədbirdə BMT-nin bir sıra üzv ölkələrinin nümayəndə heyətləri iştirak ediblər.

Brifinqdə geniş təqdimatla çıxış edən COP29 Azərbaycan ƏŞ-nin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova COP prosesinin təqviminə daxil edilən başlıca tədbirlər, COP29-un tematik gündəliyi, o cümlədən, İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammiti barədə qısaca məlumatlandıraraq tədbir məkanı olan Bakı Stadionunda icra olunan işlərə toxunub.

N.Carçalova hazırlıq prosesinin mühüm hissəsinin Bakı Stadionunda icra olunan tikinti və quraşdırma işləri olduğunu qeyd edərək burada müxtəlif məqsədlər üzrə icra olunan ərazi bölgüsü və müvafiq infrastrukturun qurulması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Əməliyyatların bütün mərhələlərində dayanıqlılıq prinsiplərinin üstün tutulmasını xüsusilə vurğulayan N.Çarçalova tədbir məkanında dayanıqlılıq, əlçatanlıq və inklüzivlik tələblərinə tam riayət edildiyini bildirib, stadionda dayanıqlı əməliyyatların təmin edilməsi məqsədilə əlçatan və inklüziv mühitin yaradılması üçün atılan addımları diqqətə çatdırıb, eləcə də, ƏŞ-nin əsas dayanıqlılıq hədəf və öhdəlikləri haqda bəhs edib.

Brifinqdə çıxış edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Konfrans İşləri şöbəsinin direktoru Vasim Mir COP29 konfransının keçirilməsi üçün tələb olunan tədbir məkanının hazırlanması və əməliyyatların qurulması prosesini yüksək qiymətləndirdiyini bildirib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Hökumətlərarası Dəstək və Kollektiv Tərəqqi şöbəsinin direktoru Cecilia Kinuthia-Njenga COP29 İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitinin proqramı və milli bəyənatlar üçün ölkələr tərəfindən müraciət prosesi ətrafında danışıb.

Daha sonra çıxış edən COP29 Azərbaycan ƏŞ-nin Koordinasiya Şurasının üzvləri Şəhla Abbəkirova və İsmayıl İsayev öz növbələrinə COP29 zamanı müsbət ziyarətçi təcrübəsi, qeydiyyat və akkreditasiya məsələləri, xüsusi COP29 vizası, media xidmətləri, nəqliyyat sxemləri kimi mövzular ətrafında iştirakçıları məlumatlandırıblar. Bununla yanaşı, COP29-un ilk günlərində baş tutacaq İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammiti ərzində keçiriləcək əsas tədbir və görüşlərin təşkilati tərəflərini təfsir edən Koordinasiya Şurasının üzvləri tədbir zamanı ölkə başçılarının tələb olunan səviyyədə qarşılanması üçün icra edilən işlər və planlar barədə məlumat veriblər.

Brifinq nümayəndə heyətlərini maraqlandıran suallar ətrafında müzakirələrlə davam edib.

COP29 Azərbaycan Əməliyyat Şirkəti BMT Baş Assambleyasının 79-cu sessiyası və Nyu-York İqlim Həftəsində iştirak edir COP29 Azərbaycan Əməliyyat Şirkəti BMT Baş Assambleyasının 79-cu sessiyası və Nyu-York İqlim Həftəsində iştirak edir COP29 Azərbaycan Əməliyyat Şirkəti BMT Baş Assambleyasının 79-cu sessiyası və Nyu-York İqlim Həftəsində iştirak edir
Məqalədə: #COP-29

Mövzu üzrə digər xəbərlər

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
Biznes

Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı

7 Sentyabr 14:08
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
Biznes

Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı

7 Sentyabr 12:00
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
Biznes

Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu

7 Sentyabr 11:49

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.