8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Orta Dəhliz vasitəsilə Azərbaycana bərpa olunan enerji mənbələri üzrə layihəsinin 40%- dən çoxu icra olunub

2 Oktyabr 2024 13:58
Orta Dəhliz vasitəsilə Azərbaycana bərpa olunan enerji mənbələri üzrə layihəsinin 40%- dən çoxu icra olunub

Bakı, AzerVoice

"ACWA Power" şirkəti üçün "Xızı-Abşeron" külək elektrik stansiyasının (KES) komponentləri Çindən Azərbaycan ərazisinə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, ya da Orta dəhliz) vasitəsilə çatdırılır.

Bu barədə AzerVoice-ə özəl olaraq “ACWA Power Azerbaijan Renewable Energy” şirkətinin layihələr üzrə direktoru Eşli Rolands (Ashley Rowlands) məlumat verib.

"240 MVt gücündə olan "Xızı-Abşeron" külək elektrik stansiyasının inşası apreldən etibarən 2 ərazidə (Zona-1 Abşeron rayonunda və Xızı-3 Xızı rayonunda) həyata keçirilir. Son aylarda külək turbinlərinin komponentlərinin Orta Dəhliz vasitəsilə Çindən əldə edilməsinə fokuslandıq. Növbəti bir neçə ayda külək turbinlərinin layihə üçün ayrılmış zonalarda quraşdırılmasına başlayacağıq ki, 2025-ci ildə KES-in işə salınmasını təmin edək", - E.Rolands bildirib.

Onun sözlərinə görə, layihənin 40%-dən çoxu icra olunub.

Daha əvvəl "ACWA Power" şirkətinin Mərkəzi Asiya üzrə regional direktoru Abid Malik, "Xızı-Abşeron" külək elektrik stansiyasının ilk mərhələsinin istismara verilməsinin 2025-ci ilin ikinci rübündə baş tutacağını və bu KES-in ümumilikdə 37 külək turbinini əhatə edəcəyini bildirib.

Stansiya hər il 893 giqavatt-saat (GVt/s) təmiz elektrik enerjisi istehsal edəcək və karbon emissiyalarını ildə 400 000 tondan çox azaltmağa imkan verəcək. O, 25 il ərzində "tikinti-mülkiyyət-istismar" (BOO - Build – Own – Operate) prinsipi ilə fəaliyyət göstərəcək və istismar və texniki xidmət “ACWA Power” tərəfindən təmin ediləcək.

Digər əməkdaşlıq imkanlarına toxunan E.Rolands Azərbaycanın, xüsusən də SOCAR-la "yaşıl" hidrogen sahəsində əməkdaşlığın öyrənildiyini qeyd edib.

"Yaşıl hidrogenin istehsalı və ixracı məsələsi araşdırılır. Belə layihələr böyük maliyyə yatırımı tələb edir və bütün detalları dəqiqləşdirmək lazımdır", - “ACWA Power”in nümayəndəsi bildirib.

Məqalədə: #Azərbaycan

Mövzu üzrə digər xəbərlər

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

16:20
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
Biznes

Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı

7 Sentyabr 14:08
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
Biznes

Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı

7 Sentyabr 12:00
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
Biznes

Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu

7 Sentyabr 11:49

Son Xəbərlər

Gideon Saar Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı qərarını tənqid edib
Gideon Saar Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı qərarını tənqid edib
18:43
Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb
Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb
18:31
Kanada İsrail yaşayış məntəqələrindən malların idxalını məhdudlaşdıracaq
Kanada İsrail yaşayış məntəqələrindən malların idxalını məhdudlaşdıracaq
18:24
Böyük Britaniya İsrailin qanunsuz yaşayış məntəqələrinə qarşı yeni addım atıb
Böyük Britaniya İsrailin qanunsuz yaşayış məntəqələrinə qarşı yeni addım atıb
18:20
Qətər Netanyahuya cavab verdi - İsrail “qarayaxma kampaniyası” aparır
Qətər Netanyahuya cavab verdi - İsrail “qarayaxma kampaniyası” aparır
18:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.