5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Türkiyə limanları ilə 4 milyon tondan çox kənd təsərrüfatı məhsulları daşınıb (ÖZƏL)

30 May 2025 14:30
Türkiyə limanları ilə 4 milyon tondan çox kənd təsərrüfatı məhsulları daşınıb (ÖZƏL)

BAKI, AzerVoice

Bu ilin yanvar- aprel ayında Türkiyə limanlarından 4 milyon 235 min 445 ton kənd təsərrüfatı məhsulları daşınıb.

Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 55 min 16 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 4 milyon 180 min 429 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb.

“Bu ilin yanvar- aprel ayında Türkiyə limanlarından tranzit olaraq kənd təsərrüfatı məhsulları daşınmayıb”- deyə nazirlikdən bildiriblər.

Qeyd edək ki, 2025-ci ilin aprel ayında Türkiyə limanları 33 milyon 122 min 363 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 278 min 945 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 30 milyon 843 min 418 ton olub”, – deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2025-ci ilin aprel ayında Türkiyə limanlarından 5 milyon 445 min 377 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar- aprel aylarında Türkiyə limanları 138 milyon 887 min 172 ton yük qəbul edib.

"Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 9 milyon 781 min 974 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 129 milyon 105 min 198 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2025-ci ilin yanvar- aprel aylarında Türkiyə limanlarından 22 milyon 310 min 951 ton transit yük daşınıb.

Qeyd edək ki, bu ilin aprel ayında Türkiyə limanları 4 min 763 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı min 614, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 149 olub.

2025-ci ilin yanvar - aprel ayında Türkiyə limanları 18 min 37 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 5 min 818, Türkiyə bayrağı altında olan gəmilər isə 12 min 279 olub”, - deyə nazirlikdən bildirilib.

Məqalədə: #Türkiyə limanları #kənd təsərrüfatı #Türkiyə yük daşımaları #Türkiyə liman tranziti #Türkiyə limanları yükləmə #Türkiyə limanlarının yük qəbulu 2025 #Türkiyə limanları yükdaşımalar #2025 Türkiyə limanlarına daxil olan gəmi sayı #Türkiyə limanları və beynəlxalq gəmiçilik #Türkiyə kənd təsərrüfatı

Mövzu üzrə digər xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
Digər Xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

4 Sentyabr 20:43
Liviyadan Türkiyə limanlarına 1,36 milyon tondan çox yük daşınıb (ÖZƏL)
Liviya

Liviyadan Türkiyə limanlarına 1,36 milyon tondan çox yük daşınıb (ÖZƏL)

16 Avqust 09:30
Küveytdən Türkiyə limanlarına 145 min tondan çox yük daşınıb (ÖZƏL)
Küveyt

Küveytdən Türkiyə limanlarına 145 min tondan çox yük daşınıb (ÖZƏL)

12 Avqust 18:00
İraqdan Türkiyə limanlarına 1 milyon tondan çox yük daşınıb (ÖZƏL)
İraq

İraqdan Türkiyə limanlarına 1 milyon tondan çox yük daşınıb (ÖZƏL)

12 Avqust 16:08

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.