6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında biznes imkanlarından yararlanmağa dəvət edilib

Türkiyənin İğdır vilayətindən olan iş adamları Ağdam Sənaye Parkı ilə tanış olublar.

14 İyun 2025 16:38
Türkiyəli iş adamları Ağdam Sənaye Parkında biznes imkanlarından yararlanmağa dəvət edilib

Bakı. AzerVoice

Türkiyənin İğdır vilayətindən olan iş adamları Ağdam Sənaye Parkı ilə tanış olublar.

Bu barədə AzerVoice İqtisadi Zonaların İnkişafı Agentliyinə (İZİA) istinadən xəbər verir.

Belə ki, Agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov nümayəndə heyətinə işğaldan azad olunmuş ərazilərdə görülmüş işlər, investorlar üçün tətbiq olunan güzəşt və azadolmalar, həyata keçirilən layihələr barədə məlumat verib.

Bildirilib ki, 190 hektar ərazini əhatə edən Sənaye Parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib.

"Hazırda Parkda investisiya portfeli 260 milyon manatdan çox 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkar isə qeyri-rezidentlik statusu verilib, 9 müəssisə fəaliyyət göstərir. Digər müəssisələrin təşkili istiqamətində işlər davam etdirilir.

Bugünədək Sənaye Parkında görülən işlərə sahibkarlar tərəfindən 115 milyon manatdan çox investisiya yatırılıb, 650-dən artıq daimi iş yeri yaradılıb", - məlumatda qeyd olunub.

Görüş çərçivəsində Türkiyəli iş adamları Ağdam Sənaye Parkında mövcud biznes imkanlarından yararlanmağa dəvət edilib.

Qonaqlar Ağdam Sənaye Parkıda görülmüş işlər, Parkın rezidenti “Bafco İnvest” MMC-nin müxtəlif növ ayaqqabıların istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olublar.

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında biznes imkanlarından yararlanmağa dəvət edilib Türkiyəli iş adamları Ağdam Sənaye Parkında biznes imkanlarından yararlanmağa dəvət edilib
Məqalədə: #Ağdam #İqtisadi əməkdaşlıq #iqtisadi və ticari əlaqələr #Türkiyəli iş adamları #Ağdam Sənaye Parkı

Mövzu üzrə digər xəbərlər

İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib
Siyasət

İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib

4 Sentyabr 12:51
Suriya Almaniya şirkətlərinin investisiyalarına hazırdır
Suriya

Suriya Almaniya şirkətlərinin investisiyalarına hazırdır

4 Sentyabr 11:31
Bişkekdə ŞƏT sammitinin yekunlarına dair 28 sənəd imzalanıb
Siyasət

Bişkekdə ŞƏT sammitinin yekunlarına dair 28 sənəd imzalanıb

1 Sentyabr 12:23
Serbiya və Ukrayna liderləri iqtisadi əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər
Digər Dövlətlər

Serbiya və Ukrayna liderləri iqtisadi əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər

8 Avqust 20:19

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
13:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.