8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Moody’s Azərbaycanın reytinqini investisiya səviyyəsinə yüksəldib - Mikayıl Cabbarov

Azərbaycanda aparılan iqtisadi islahatlar onun "Moody's" reytinqinin investisiya səviyyəsinə yüksəldilməsini təmin edib.

6 İyul 2025 11:52
Moody’s Azərbaycanın reytinqini investisiya səviyyəsinə yüksəldib - Mikayıl Cabbarov

BAKI, AzerVoice

Azərbaycanda aparılan iqtisadi islahatlar onun "Moody's" reytinqinin investisiya səviyyəsinə yüksəldilməsini təmin edib.

AzerVoice xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov X sosial şəbəkəsində yazıb.

"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və inkişafı sahəsində əldə edilən nailiyyətlər beynəlxalq səviyyədə bir daha öz təsdiqini tapır. “Moody’s” Beynəlxalq Reytinq Agentliyinin Azərbaycanın kredit reytinqini “Baa3” səviyyəsinə – investisiya kateqoriyasınadək yüksəltməsi, başlıca olaraq, qeyri neft-qaz sektorunun inkişafı, bu sahədən əldə olunan gəlirlərin sürətlə artması və dövlət büdcəsinin neft-qaz gəlirlərindən asılılığının əhəmiyyətli dərəcədə azalmasına əsaslanır", - deyə o bildirib.

Nazir vurğualyıb ki, həyata keçirilən islahatlar ölkəmizdə makroiqtisadi sabitliyi və fiskal dayanıqlığı, iqtisadiyyatın şaxələnməsinin dərinləşməsini, işğaldan azad edilmiş ərazilərin sürətlə bərpasını və buradakı #iqtisadi potensialın hərəkətə gətirilməsini təmin edir.

"Ölkəmizin dünyada və regionda strateji nəqliyyat habı kimi əhəmiyyətinin artması da sosial-iqtisadi faydaları və perspektivləri genişləndirir. Bank-maliyyə sektorunda və monetar sferada sistemli islahatların həyata keçirilməsi hesabına möhkəm sabitlik təməllərinin yaradılması, büdcə qaydalarının effektiv tətbiqi, iqtisadiyyatda şəffaflıq və hesabatlılığa əsaslanan köklü vergi islahatlarının həyata keçirilməsi, habelə dövlət satınalmalarının şəffaflaşdırılması və bu sahədə proseslərin rəqəmsallaşdırılması fonunda strateji valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə böyüməsi Azərbaycanın qlobal reytinq göstəricilərini yüksəldən əsas məqamlardandır", - deyə M.Cabbarov vurğulayıb.

Onun sözlərinə görə, makrofiskal dayanıqlığın güclənməsi amilləri ilə yanaşı, ölkə iqtisadiyyatında dayanıqlı inkişafın digər təməl şərtlərinin - investisiya və biznes mühitinin keyfiyyətinin daha da yüksəldilməsi xarici investorlar üçün cəlbediciliyi artırır, iqtisadi inkişaf perspektivlərini daha da gücləndirir və şaxələnməyə xidmət edən böyük investisiya layihələrinin həyata keçirilməsinə münbit zəmin yaradır.

Dövlət başçısı İlham Əliyevin (@azpresident) rəhbərliyi ilə #Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və inkişafı sahəsində əldə edilən nailiyyətlər beynəlxalq səviyyədə bir daha öz təsdiqini tapır. “Moody’s” (@moodysratings) Beynəlxalq Reytinq Agentliyinin Azərbaycanın kredit reytinqini “Baa3” səviyyəsinə – #investisiya kateqoriyasınadək yüksəltməsi, başlıca olaraq, #qeyrineft-qaz sektorunun inkişafı, bu sahədən əldə olunan gəlirlərin sürətlə artması və dövlət büdcəsinin neft-qaz gəlirlərindən asılılığının əhəmiyyətli dərəcədə azalmasına əsaslanır.

Həyata keçirilən islahatlar ölkəmizdə makroiqtisadi sabitliyi və fiskal dayanıqlığı, #iqtisadiyyat-ın şaxələnməsinin dərinləşməsini, işğaldan azad edilmiş ərazilərin sürətlə bərpasını və buradakı #iqtisadi potensialın hərəkətə gətirilməsini təmin edir. Ölkəmizin dünyada və regionda strateji nəqliyyat habı kimi əhəmiyyətinin artması da sosial-iqtisadi faydaları və perspektivləri genişləndirir.

Bank-maliyyə sektorunda və monetar sferada sistemli islahatların həyata keçirilməsi hesabına möhkəm sabitlik təməllərinin yaradılması, büdcə qaydalarının effektiv tətbiqi, iqtisadiyyatda #şəffaflıq və hesabatlılığa əsaslanan köklü #vergi islahatlarının həyata keçirilməsi, habelə dövlət satınalmalarının şəffaflaşdırılması və bu sahədə proseslərin #rəqəmsallaşdırılma-sı fonunda strateji valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə böyüməsi Azərbaycanın qlobal reytinq göstəricilərini yüksəldən əsas məqamlardandır.

Makrofiskal dayanıqlığın güclənməsi amilləri ilə yanaşı, ölkə iqtisadiyyatında dayanıqlı inkişafın digər təməl şərtlərinin - investisiya və #biznes mühitinin keyfiyyətinin daha da yüksəldilməsi xarici investorlar üçün cəlbediciliyi artırır, iqtisadi inkişaf perspektivlərini daha da gücləndirir və şaxələnməyə xidmət edən böyük investisiya layihələrinin həyata keçirilməsinə münbit zəmin yaradır.

Məqalədə: #Mikayıl Cabbarov

Mövzu üzrə digər xəbərlər

Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib
İqtisadiyyat

Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib

22 Avqust 21:19
Azərbaycan və Özbəkistan arasında yeni əməkdaşlıq sənədləri imzalanıb
İqtisadiyyat

Azərbaycan və Özbəkistan arasında yeni əməkdaşlıq sənədləri imzalanıb

22 Avqust 18:36
Daşkənddə Özbəkistan-Azərbaycan IV Regionlararası Forumu keçirilib
İqtisadiyyat

Daşkənddə Özbəkistan-Azərbaycan IV Regionlararası Forumu keçirilib

22 Avqust 14:57
Mentorluq proqramı çərçivəsində "Yüksəliş" müsabiqəsinin qalibləri ilə növbəti görüş keçirilib
İqtisadiyyat

Mentorluq proqramı çərçivəsində "Yüksəliş" müsabiqəsinin qalibləri ilə növbəti görüş keçirilib

3 Avqust 18:03

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.