5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

"Brent" markalı neftin qiyməti bahalaşıb

London ICE birjasında cari ilin sentyabr ayı üçün tədarükü nəzərdə tutulan "Brent" markalı neftin fyuçerslərinin qiyməti artıb.

14 İyul 2025 09:50
"Brent" markalı neftin qiyməti bahalaşıb

BAKI, AzerVoice

London ICE birjasında cari ilin sentyabr ayı üçün tədarükü nəzərdə tutulan "Brent" markalı neftin fyuçerslərinin qiyməti artıb.

AzerVoice xəbər verir ki, bu barədə ticarət məlumatları göstərir.

Belə ki, Bakı vaxtı ilə saat 09:11-də "Brent" markalı neftin fyuçerslərinin qiyməti 0,18 dollar (0,26%) artaraq bir barel üçün 70,54 dollara çatıb. Keçən cümə bu kontraktlar 1,72 dollar (2,5%) bahalaşaraq bir barel üçün 70,36 dollar olmuşdu.

Nyu-York Əmtəə Birjasının (NYMEX) elektron ticarət platformasında avqust ayı üzrə WTI markalı neftin fyuçersləri də 0,18 dollar (0,26%) artaraq bir barel üçün 68,63 dollara yüksəlib. Əvvəlki sessiyanın nəticələrinə görə, bu kontraktlar 1,88 dollar (2,8%) bahalaşaraq 68,45 dollara çatmışdı.

Ötən həftənin yekununda "Brent" markalı neftin qiyməti 3%, WTI markalı neftin qiyməti isə 2,2% artıb.

Həftənin sonunda neftin qiymət artımına Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatı dəstək verib. Hesabatda neft emalı zavodlarının yanacağa olan yüksək tələbatı qeyd olunub. Bununla yanaşı, agentlik 2025-ci il üzrə qlobal neft tələbatının artım proqnozunu sutkada 704 min barelə endirib, neft təklifinin artım proqnozunu isə sutkada 2,1 milyon barelə qədər (300 min b/s artım) yüksəldib.

Məqalədə: #neft #Brent #Neft qiyməti #London ICE birjası

Mövzu üzrə digər xəbərlər

Hörmüz boğazından neft daşınması müharibədən əvvəlki səviyyəyə yaxınlaşıb - Tramp
Digər Dövlətlər

Hörmüz boğazından neft daşınması müharibədən əvvəlki səviyyəyə yaxınlaşıb - Tramp

3 Sentyabr 20:06
Yaxın Şərqdə qeyri-müəyyənlik və neft bahalaşması inflyasiya narahatlığını artırır
Yaxın Şərq

Yaxın Şərqdə qeyri-müəyyənlik və neft bahalaşması inflyasiya narahatlığını artırır

1 Sentyabr 18:24
ABŞ–İran qarşılıqlı zərbələrindən sonra neftin qiyməti 90 dolları keçib
Digər Xəbərlər

ABŞ–İran qarşılıqlı zərbələrindən sonra neftin qiyməti 90 dolları keçib

1 Sentyabr 18:14
ABŞ-İsrail zərbələri Xark adasında neft hasilatını dayandıra bilməyib - İran
İran

ABŞ-İsrail zərbələri Xark adasında neft hasilatını dayandıra bilməyib - İran

31 Avqust 12:14

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.