12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (1st Azerbaijan International Investment Forum – “AIIF 2025”) keçiriləcək.

18 Sentyabr 2025 12:39
Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək

BAKI,AzerVoice

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (1st Azerbaijan International Investment Forum – “AIIF 2025”) keçiriləcək.

AzerVoice xəbər verir ki, 22-23 sentyabr tarixlərində İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı, Avropa Evi – “Ambrosetti”nin (TEHA) strateji tərəfdaşlığı, həmçinin “Euronews” və “Sea Breeze”in media və təşkilati dəstəyi ilə keçiriləcək forum dövlət rəsmiləri, biznes liderləri və beynəlxalq investorları bir araya gətirəcək.

Forum Şərq və Qərbin strateji qovşağında yerləşən ölkələrin investisiya imkanlarını araşdırmaq, qlobal ticarətin və dayanıqlı təchizat zəncirlərinin gələcəyini formalaşdırmaq üçün unikal bir platforma təqdim edir. Burada iştirakçılar yeni qlobal rəqabətlilik paradiqmalarına dair dəyərli biliklər əldə etməklə yanaşı, yüksək səviyyəli əlaqələr qurmaq, strateji sazişlər bağlamaq və yeni tərəfdaşlıqlar formalaşdırmaq imkanları qazanacaqlar.

Tədbirin proqramı çərçivəsində plenar iclaslar, institusional və panel sessiyalar, tematik müzakirələr və ölkəmizin investisiya imkanları və potensialına dair sərginin keçirilməsi nəzərdə tutulub. İki gün davam edəcək forumda enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, rəqəmsal inkişaf, səhiyyə və daşınmaz əmlak sahələrində regional əməkdaşlıq və investisiya perspektivləri müzakirə olunacaq.

Forumun ilk günündə regionların strateji inteqrasiyası, tranzit imkanları, enerji və infrastruktur layihələri, innovasiyalar, “yaşıl” enerji, daşınmaz əmlak, şəhərsalma və dayanıqlı inkişaf mövzularında plenar iclas və dörd panel sessiyası baş tutacaq. Tədbirin ikici günü isə dövlət-özəl tərəfdaşlığı, maliyyə, səhiyyə, biotexnologiya, əczaçılıq və rəqəmsal sağlamlıq, kənd təsərrüfatı, aqrobiznes, ərzaq sənayesi, sənayeləşmə, kiçik və orta sahibkarlıq, “yaşıl” keçid, eləcə də sahibkarlığın inklüzivliyi mövzularına həsr olunan panel sessiyaları keçiriləcək.

Məqalədə: #Qərb #AZPROMO #Yaşıl Enerji #investisiya #şərq

Mövzu üzrə digər xəbərlər

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Biznes

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür

11 Sentyabr 13:23
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
İqtisadiyyat

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?

11 Sentyabr 11:53
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

10 Sentyabr 14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
Biznes

"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır

10 Sentyabr 13:49

Son Xəbərlər

Cahiliyyədən Abbasilər dövrünə: Klassik ərəb ədəbiyyatının formalaşma yolları
Cahiliyyədən Abbasilər dövrünə: Klassik ərəb ədəbiyyatının formalaşma yolları
11:06
BƏƏ və Səudiyyə arasında yeni turizm dəhlizii yaradılır
BƏƏ və Səudiyyə arasında yeni turizm dəhlizii yaradılır
10:44
Küveyt nefti ucuzlaşdı, qlobal bazarlarda isə kəskin bahalaşma qeydə alınır
Küveyt nefti ucuzlaşdı, qlobal bazarlarda isə kəskin bahalaşma qeydə alınır
10:18
701 at güclü "Porsche 911 Turbo S Cabriolet" sınaqdan çıxdı
701 at güclü "Porsche 911 Turbo S Cabriolet" sınaqdan çıxdı
10:11
Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
09:47
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.