5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Azərbaycan 10-cu Belt and Road Summit-də: EtnoVillage layihəsi sülh, tolerantlıq və davamlı inkişafın simvolu kimi təqdim olundu

Dünyanın aparıcı işgüzar mərkəzlərindən biri olan Honq-Konqda keçirilən mötəbər 10-cu Belt and Road Summit tədbirində Azərbaycan özünün multikulturalizm və tolerantlıq dəyərlərini bütün dünyaya bir daha nümayiş etdirdi. Tədbirdə Azərbaycan Françayzinq Mərkəzinin təşəbbüsü olan EtnoVillage.life layihəsi təqdim edildi və qlobal miqyasda böyük maraq doğurdu.

19 Sentyabr 2025 11:23
Azərbaycan 10-cu Belt and Road Summit-də: EtnoVillage layihəsi sülh, tolerantlıq və davamlı inkişafın simvolu kimi təqdim olundu

BAKI, AzerVoice

Dünyanın aparıcı işgüzar mərkəzlərindən biri olan Honq-Konqda keçirilən mötəbər 10-cu Belt and Road Summit tədbirində Azərbaycan özünün multikulturalizm və tolerantlıq dəyərlərini bütün dünyaya bir daha nümayiş etdirdi. Tədbirdə Azərbaycan Françayzinq Mərkəzinin təşəbbüsü olan EtnoVillage.life layihəsi təqdim edildi və qlobal miqyasda böyük maraq doğurdu.

Azərbaycan yalnız regional deyil, həm də beynəlxalq səviyyədə sülhün və multikultural dəyərlərin carçısı kimi tanınır. Ölkəmizin son illərdə Qoşulmama Hərəkatına sədrlik etməsi, müxtəlif dinlərin nümayəndələrinin bir arada, sülh və qarşılıqlı hörmət şəraitində yaşaması bunun ən parlaq sübutudur. Azərbaycanda məscidlər, kilsələr, sinaqoqlar və digər ibadətgahlar yanaşı fəaliyyət göstərir və bu, ölkəmizi dünyada dinlərarası tolerantlığın unikal modeli kimi fərqləndirir.

Spiker kimi çıxış edən Elnur İslamov, auditoriyaya müxtəlif dillərdə salam verərək xalqlar arasında isti bir bağ yaratdı. O, çıxışında Azərbaycanın zəngin çay mədəniyyətinə də toxunaraq armudu stəkanın simvolikasını vurğuladı:

“Stəkanın beli incədir ki, çay isti qalsın, üstü isə genişdir ki, içən insanın dodaqları yanmasın. Bu sadə, amma dərin mənalı ənənə xalqların bir-birinə öyrədə biləcəyi gözəlliklərin nümunəsidir.”

EtnoVillage layihəsi sadəcə bir turizm və mədəniyyət mərkəzi deyil. Onun əsas missiyası – keçmişə hörmət, bu günü dəyərləndirmək və gələcəyi qorumaqdır. Layihə çərçivəsində etnik temalı qonaq evləri və otellər, qastronomik həyətlər, sərgi və konsert mərkəzləri, sənətkarlıq emalatxanaları və müxtəlif xalqların mədəniyyətini əks etdirən məkanlar fəaliyyət göstərəcək. Burada ziyarətçilər həm əylənəcək, həm öyrənəcək, həm də dostluq və sülh mühitini hiss edəcəklər.

Bundan əlavə, layihə ekoloji həllərə və yaşıl texnologiyalara əsaslanır: günəş panelləri, alternativ enerji mənbələri, üzvi gübrə istehsalı üçün tullantıların emalı və damcı suvarma sistemləri nəzərdə tutulub. Beləliklə, EtnoVillage yalnız mədəniyyətlərarası dialoqu deyil, həm də dayanıqlı inkişaf məqsədlərini dəstəkləyir.

Elnur İslamov çıxışında vurğuladı ki, bu cür layihələr dünyada baş verən iqlim dəyişiklikləri, müharibələr, miqrasiya problemləri və ənənələrin itirilməsi kimi çağırışlara cavab ola bilər:

“Bəzən elə gəlir ki, dünya bir az tətilə ehtiyac duyur. EtnoVillage isə xalqları bir araya gətirərək ümid verir, mədəniyyətləri qoruyur və insanları bir-birinə daha da yaxınlaşdırır.”

Azərbaycanın təhlükəsiz Orta Dəhlizdəki rolu və Belt and Road Təşəbbüsündəki fəallığı da tədbirdə xüsusi qeyd olundu. Son 10 ildə ölkəmizin beynəlxalq ticarət dövriyyəsi dəfələrlə artmış, Azərbaycan bir sıra beynəlxalq təşkilatlarda – o cümlədən Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və BMT-də sülhün, multikulturalizmin və əməkdaşlığın fəal dəstəkçisi kimi çıxış etmişdir.

EtnoVillage layihəsi isə bu fəlsəfəni praktik formaya salır – hər bir ölkənin mədəni, tarixi, qastronomik və folklor dəyərlərini qoruyaraq gələcək nəsillərə ötürməklə yanaşı, sosial, ekoloji və iqtisadi fayda da yaradır: yeni iş yerləri, kiçik bizneslərin dəstəklənməsi, gənclər üçün startap ekosisteminin inkişafı və beynəlxalq investorlar üçün cəlbedici şərait.

Azərbaycan 10-cu Belt and Road Summit-də: EtnoVillage layihəsi sülh, tolerantlıq və davamlı inkişafın simvolu kimi təqdim olundu Azərbaycan 10-cu Belt and Road Summit-də: EtnoVillage layihəsi sülh, tolerantlıq və davamlı inkişafın simvolu kimi təqdim olundu Azərbaycan 10-cu Belt and Road Summit-də: EtnoVillage layihəsi sülh, tolerantlıq və davamlı inkişafın simvolu kimi təqdim olundu Azərbaycan 10-cu Belt and Road Summit-də: EtnoVillage layihəsi sülh, tolerantlıq və davamlı inkişafın simvolu kimi təqdim olundu Azərbaycan 10-cu Belt and Road Summit-də: EtnoVillage layihəsi sülh, tolerantlıq və davamlı inkişafın simvolu kimi təqdim olundu Azərbaycan 10-cu Belt and Road Summit-də: EtnoVillage layihəsi sülh, tolerantlıq və davamlı inkişafın simvolu kimi təqdim olundu Azərbaycan 10-cu Belt and Road Summit-də: EtnoVillage layihəsi sülh, tolerantlıq və davamlı inkişafın simvolu kimi təqdim olundu Azərbaycan 10-cu Belt and Road Summit-də: EtnoVillage layihəsi sülh, tolerantlıq və davamlı inkişafın simvolu kimi təqdim olundu Azərbaycan 10-cu Belt and Road Summit-də: EtnoVillage layihəsi sülh, tolerantlıq və davamlı inkişafın simvolu kimi təqdim olundu Azərbaycan 10-cu Belt and Road Summit-də: EtnoVillage layihəsi sülh, tolerantlıq və davamlı inkişafın simvolu kimi təqdim olundu
Məqalədə: #BMT #İslam Əməkdaşlıq Təşkilatı #Orta Dəhliz #Qoşulmama Hərəkatı #Dinlərarası dialoq və anlaşma #10-cu Belt and Road Summit #Elnur İslamov #EtnoVillage #Belt and Road #çay

Mövzu üzrə digər xəbərlər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb
BƏƏ

Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb

4 Sentyabr 13:44
Mā'ohi Nui-nin müstəqilliyi uğrunda mübarizə davam etdiriləcək - Oskar Temaru
Siyasət

Mā'ohi Nui-nin müstəqilliyi uğrunda mübarizə davam etdiriləcək - Oskar Temaru

2 Sentyabr 13:34

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.