10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Türkiyənin Mersin limanı 25 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

2025 - ci ilin yanvar - avqust ayında Türkiyənin Mersin limanı 25 milyon 608 min 531 ton yük qəbul edib. Nazirlikdən verilən məlumata görə, Mersin limanından Türkiyə bayrağı altında üzən 1 milyon 612 min 432 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 23 milyon 996 min 99 ton yük daşınıb. 2025 - ci ilin yanvar - avqust aylarında Mersin limanından tranzit 130 min 794 ton yük aşırılıb.

19 Sentyabr 2025 15:26
Türkiyənin Mersin limanı 25 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

BAKI, AzerVoice, Nailə Babazadə

2025 - ci ilin yanvar - avqust ayında Türkiyənin Mersin limanı 25 milyon 608 min 531 ton yük qəbul edib.

Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Mersin limanından Türkiyə bayrağı altında üzən 1 milyon 612 min 432 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 23 milyon 996 min 99 ton yük daşınıb.

2025 - ci ilin yanvar - avqust aylarında Mersin limanından tranzit 130 min 794 ton yük aşırılıb.

Qeyd edək ki, 2025-ci ilin avqust ayında Türkiyə limanları 32 milyon 615 min 444 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 320 min 285 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 30 milyon 295 min 159 ton olub”, – deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2025-ci ilin avqust ayında Türkiyə limanlarından 5 milyon 347 min 786 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar- avqust aylarında Türkiyə limanları 276 milyon 396 min 327 ton yük qəbul edib.

"Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 19 milyon 301 min 51 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 257 milyon 95 min 176 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2025-ci ilin yanvar- avqust aylarında Türkiyə limanlarından 40 milyon 136 min 247 ton transit yük daşınıb.

Qeyd edək ki, bu ilin avqust ayında Türkiyə limanları 6 min 15 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 303 Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 712 olub.

2025-ci ilin yanvar - avqust ayında Türkiyə limanları 41 min 818 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 14 min 632, Türkiyə bayrağı altında olan gəmilər isə 27 min 186 olub”, - deyə nazirlikdən bildirilib.

Məqalədə: #Türkiyə limanları #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi #Mersin limanı #yük daşıma #Türkiyə yük daşımaları #Beynəlxalq yük daşımaları #Türkiyə liman tranziti #Türkiyə limanları yükləmə #Türkiyə bayrağı altında gəmilər #2025 Türkiyə limanlarına daxil olan gəmi sayı #Türkiyə limanları və beynəlxalq gəmiçilik

Mövzu üzrə digər xəbərlər

Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
İqtisadiyyat

Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir

9 Sentyabr 12:34
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
İqtisadiyyat

Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub

9 Sentyabr 12:12
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
Biznes

Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı

7 Sentyabr 14:08

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.