7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Trabzon hava limanında sərnişindaşıma 3 milyon nəfəri keçib (ÖZƏL)

2025-ci ilin sentyabr ayında Türkiyənin Trabzon Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 3 milyon 81 min 606 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin sentyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 5 faiz artaraq, 2 milyon 313 min 804 nəfər, beynəlxalq reyslər üzrə isə 3 faiz artaraq 767 min 802 nəfər təşkil edib.

24 Oktyabr 2025 10:56
Trabzon hava limanında sərnişindaşıma 3 milyon nəfəri keçib (ÖZƏL)

BAKI, AzerVoice, Nailə Babazadə

2025-ci ilin sentyabr ayında Türkiyənin Trabzon Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 3 milyon 81 min 606 nəfər olub.

Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin sentyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 5 faiz artaraq, 2 milyon 313 min 804 nəfər, beynəlxalq reyslər üzrə isə 3 faiz artaraq 767 min 802 nəfər təşkil edib.

2025-ci ilin sentyabr ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq 31 min 497 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin sentyabr ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 19 min 244 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 0,3 faiz artaraq, 12 min 254 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin sentyabr ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin sentyabr ayı ilə müqayisədə 4 faiz artaraq, 21 min 201 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 4 faiz artaraq, 14 min 621, beynəlxalq reyslər üzrə isə 4 faiz artaraq 6 min 580 olub.

2025-ci ilin sentyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 187 milyon 284 min 23 nəfər, yük daşınması isə 3 milyon 844 min 139 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Məqalədə: #Türkiyə hava limanları #sərnişin #sərnişin daşıma #Trabzon Hava Limanı #yük daşıma #Nəqliyyat vasitələri #Türkiyədə hava nəqliyyatı 2025 #Türkiyənin hava limanlarında sərnişin və yük daşınması #Türkiyənin nəqliyyat layihələri #Hava yük daşımaları #Sərnişin rekordu #Sərnişin sayı #Sərnişinlərə təsir

Mövzu üzrə digər xəbərlər

Sabiha Gökçen Hava Limanı qlobal aviasiyada liderliyini qoruyur - 28 milyondan çox sərnişin (ÖZƏL)
Türkiyə

Sabiha Gökçen Hava Limanı qlobal aviasiyada liderliyini qoruyur - 28 milyondan çox sərnişin (ÖZƏL)

18 Avqust 15:00
İstanbul Hava Limanı qlobal aviasiyada liderliyini qoruyur: 48 milyondan çox sərnişin (ÖZƏL)
Türkiyə

İstanbul Hava Limanı qlobal aviasiyada liderliyini qoruyur: 48 milyondan çox sərnişin (ÖZƏL)

18 Avqust 11:58
Çukurova Hava Limanından istifadə edən müştərilərin sayı 1 milyonu keçib (ÖZƏL)
İqtisadiyyat

Çukurova Hava Limanından istifadə edən müştərilərin sayı 1 milyonu keçib (ÖZƏL)

22 May 13:38
4 milyondan çox müştəri Antalya Hava Limanından istifadə edib (ÖZƏL)
İqtisadiyyat

4 milyondan çox müştəri Antalya Hava Limanından istifadə edib (ÖZƏL)

19 May 10:15

Son Xəbərlər

Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
16:38
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
16:09
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
16:04
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
15:58
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
15:55
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.