8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Oktyabr ayında Türkiyənin D-8 ölkələrinə ixracı 12 milyard dolları keçib (ÖZƏL)

2025-ci ilin oktyabr ayında Türkiyənin D-8 ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 1,3 faiz azalaraq 1 milyard 395 milyon 315 min dollar olub. Məlumata əsasən bu ilin yanvar – oktyabr ayında, Türkiyənin D-8 ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 3,1 faiz azalaraq, 12 milyard 571 milyon 685 min dollar olub. “Bu ilin oktyabr ayında Türkiyənin D-8 ölkələrindən idxalı 2024 -cü ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz artaraq 1 milyard 63 milyon 544 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

29 Noyabr 2025 09:00
Oktyabr ayında Türkiyənin D-8 ölkələrinə ixracı 12 milyard dolları keçib (ÖZƏL)

BAKI, AzerVoice, Nailə Babazadə

2025-ci ilin oktyabr ayında Türkiyənin D-8 ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 1,3 faiz azalaraq 1 milyard 395 milyon 315 min dollar olub.

Bu barədə AzerVoice - a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən bu ilin yanvar – oktyabr ayında, Türkiyənin D-8 ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 3,1 faiz azalaraq, 12 milyard 571 milyon 685 min dollar olub.

“Bu ilin oktyabr ayında Türkiyənin D-8 ölkələrindən idxalı 2024 -cü ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz artaraq 1 milyard 63 milyon 544 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

Nazrilikdən bildiriblər ki, 2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyənin D-8 ölkələrindən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə 1,8 faiz artaraq, 9 milyard 184 milyon 23 min dollar təşkil edib.

Qeyd edək ki, bu ilin oktyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 55 milyard 462 milyon dollar olub.

Nazirlikdən qeyd olunub ki, 2025-cü ilin oktyabr ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 2 faiz artaraq 23 milyard 941 milyon dollar, idxalı isə 7,2 faiz artaraq 31 milyon 521 min dollar olub.

“Bu ilin yanvar – oktyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 523 milyard 621 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2025-cü ilin yanvar- oktyabr ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz artaraq 224 milyard 469 milyon dollara, idxalı isə 6,1 faiz artaraq 299 milyard 152 milyon dollar olub.

Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 606 milyard 55 milyon dollara çatıb.

2024-cü ildə Türkiyənin ixracı 2023-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 261 milyard 855 milyon, idxalı isə 5 faiz azalaraq 344 milyard 20 milyon dollar olub.

Məqalədə: #Türkiyə Ticarət Nazirliyi #İqtisadi Əməkdaşlıq Təşkilatı #Türkiyə İxracatçılar Məclisi #Türkiyənin xarici ticarət dövriyyəsi #ixracat #xarici ticarət #xarici ticarət dövriyyəsi #Türkiyə ixracat statistikası #2025 Türkiyə ixracat statistikası #Türkiyə xarici ticarət statistikası #Türkiyə ixrac və idxal göstəriciləri #Türkiyə İxracatçılar Məclisi (TİM)

Mövzu üzrə digər xəbərlər

Türkiyənin xarici ticarət balansı - Neft və qaz idxalı xərcləri artırmağa davam edir
Biznes

Türkiyənin xarici ticarət balansı - Neft və qaz idxalı xərcləri artırmağa davam edir

2 Sentyabr 11:57
İyul ayında Türkiyənin xarici ticarət dövriyyəsi 58 milyard dolları keçib (ÖZƏL)
Biznes

İyul ayında Türkiyənin xarici ticarət dövriyyəsi 58 milyard dolları keçib (ÖZƏL)

1 Sentyabr 10:22
Türkiyə hərbi dəniz qüvvələri Somali dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib
Türkiyə

Türkiyə hərbi dəniz qüvvələri Somali dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib

30 Avqust 09:18
Yanvar-iyun aylarında Hindistana ixrac olunmuş Azərbaycan neftinin həcmi açıqlandı
İqtisadiyyat

Yanvar-iyun aylarında Hindistana ixrac olunmuş Azərbaycan neftinin həcmi açıqlandı

3 Avqust 20:27

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.