10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının ticarət nazirlərinin 4-cü iclasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

İqtisadiyyat nazirinin müavini D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının ticarət nazirlərinin 4-cü iclasında iştirak edib.

4 Dekabr 2025 14:30
D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının ticarət nazirlərinin 4-cü iclasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

BAKI, AzerVoice

İqtisadiyyat nazirinin müavini D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının ticarət nazirlərinin 4-cü iclasında iştirak edib.

AzerVoice xəbər verir ki, Misir Ərəb Respublikasının Qahirə şəhərində D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının ticarət nazirlərinin 4-cü iclası keçirilib.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli iclasda çıxış edərək Azərbaycanın D-8 ölkələri ilə səmərəli tərəfdaşlıq əlaqələrinə malik olduğunu vurğulayıb. D-8 təşkilatının üzv dövlətlər arasında ticarət üzrə dayanıqlığın gücləndirilməsi, bazarların şaxələndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından effektiv platforma olduğu qeyd edilib. Təşkilat daxilində ticarət həcmlərinin artırılması və daha səmərəli iqtisadi əlaqələrin formalaşdırılması istiqamətində aparılan müzakirələrin önəmi diqqətə çatdırılıb. Azərbaycanda mövcud əlverişli biznes mühiti, ölkəmizin strateji nəqliyyat-logistika üstünlükləri, sənaye potensialı və geniş investisiya imkanları barədə məlumat verilib.

Tədbirdə üzv ölkələr arasında ticarət inteqrasiyasının dərinləşdirilməsi, sərmayə axınının artırılması, davamlı inkişafın təşviqi və bilik mübadiləsinin genişləndirilməsi üzrə müzakirələr aparılıb. İqtisadi əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi məqsədilə ticarət forumlarının təşkili, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və birbaşa biznes əlaqələrinin qurulmasının əhəmiyyəti xüsusi vurğulanıb. D-8 ölkələri arasında ticarətin dövriyyəsinin artırılması üçün birgə səylərin gücləndirilməsinin zəruri olduğu diqqətə çatdırılıb.

İclasda D-8 üzvü olan dövlətlərin ticarət üzrə məsul nazirləri və nümayəndə heyətləri iştirak edib və Ticarət Əməkdaşlığı haqqında Qahirə Bəyannaməsi qəbul edilib.

D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının ticarət nazirlərinin 4-cü iclasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının ticarət nazirlərinin 4-cü iclasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
Məqalədə: #İqtisadiyyat Nazirliyi #Qahirə #D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının ticarət nazirlərinin 4-cü iclası #Misir Ərəb Respublikası #Səməd Bəşirli #Azərbaycanın D-8 ölkələri ilə tərəfdaşlıq əlaqələri #Azərbaycanda mövcud əlverişli biznes mühiti #D-8 ölkələri arasında ticarətin dövriyyəsinin artırılmas #Ticarət Əməkdaşlığı haqqında Qahirə Bəyannaməsi

Mövzu üzrə digər xəbərlər

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
Biznes

"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır

13:49
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Biznes

Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır

10:37
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
İqtisadiyyat

Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir

9 Sentyabr 12:34

Son Xəbərlər

Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
21:41
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
21:28
Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
21:25
Qətər İnvestisiya Təşkilatı Positron AI-yə sərmayə yatırıb
Qətər İnvestisiya Təşkilatı Positron AI-yə sərmayə yatırıb
21:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.