5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

AQC ilə Bakı Avrasiya Universiteti arasında memorandum imzalanıb

Bakı Avrasiya Universiteti (BAAU) ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Bununla əlaqədar olaraq Bakı Avrasiya Universitetində rəsmi görüş keçirilib.

19 Dekabr 2025 18:42
AQC ilə Bakı Avrasiya Universiteti arasında memorandum imzalanıb

BAKI, AzerVoice

Bakı Avrasiya Universiteti (BAAU) ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Bununla əlaqədar olaraq Bakı Avrasiya Universitetində rəsmi görüş keçirilib.

AzerVoice xəbər verir ki, görüşdə hər iki qurumun rəhbərliyi və nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Bakı Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Səyavuş Qasımov bildirib ki, ali təhsil müəssisələrinin peşəkar ictimai birliklərlə əməkdaşlığı müasir dövrdə xüsusi əhəmiyyət daşıyır. Belə ki, təhsil müəssisələri ilə əmək bazarı əlaqələrinin gücləndirilməsi tələbələrin praktiki bilik və bacarıqlarının artırılmasına, onların ixtisaslı kadr kimi formalaşmasına xidmət edir. Rektor imzalanan memorandumun bu istiqamətdə mühüm addım olduğunu vurğulayıb.

Daha sonra Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc çıxış edərək qurumun fəaliyyət istiqamətləri, qiymətləndirmə sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. O, peşəkar qiymətləndirici kadrların hazırlanmasında ali təhsil müəssisələri ilə əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd edib və Bakı Avrasiya Universiteti bu günə qədər olan əməkdaşlığın gələcəkdə də faydalı nəticələr verəcəyinə əminliyini ifadə edib.

Görüş zamanı tərəflər arasında birgə təlimlərin, seminar və treninqlərin təşkili, elmi-praktiki tədbirlərin keçirilməsi, tələbələrin peşə təcrübələrinin təşkili, eləcə də qiymətləndirmə sahəsində bilik və bacarıqlarının artırılması məsələləri müzakirə olunub. Eyni zamanda, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Çıxış edənlər bu əməkdaşlığın həm təhsil, həm də qiymətləndirmə sahəsinin inkişafına töhfə verəcəyini, eləcə də ixtisaslı kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə xidmət edəcəyini bildiriblər.

Görüşün sonunda Bakı Avrasiya Universiteti ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Qeyd edək ki, sənəd AQC ilə BAAU arasında uzunmüddətli və sistemli əməkdaşlığın qurulmasını, qarşılıqlı fəaliyyətin institusional əsasda davam etdirilməsini nəzərdə tutur.

AQC ilə Bakı Avrasiya Universiteti arasında memorandum imzalanıb AQC ilə Bakı Avrasiya Universiteti arasında memorandum imzalanıb AQC ilə Bakı Avrasiya Universiteti arasında memorandum imzalanıb AQC ilə Bakı Avrasiya Universiteti arasında memorandum imzalanıb AQC ilə Bakı Avrasiya Universiteti arasında memorandum imzalanıb AQC ilə Bakı Avrasiya Universiteti arasında memorandum imzalanıb AQC ilə Bakı Avrasiya Universiteti arasında memorandum imzalanıb
Məqalədə: #Vüqar Oruc #Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) #Bakı Avrasiya Universiteti (BAAU) #əməkdaşlıq haqqında memorandum #Səyavuş Qasımov

Mövzu üzrə digər xəbərlər

Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
İqtisadiyyat

Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb

4 Sentyabr 15:57
Dubay birjası Körfəz bazarlarında yüksəlişə yönəlib
İqtisadiyyat

Dubay birjası Körfəz bazarlarında yüksəlişə yönəlib

3 Sentyabr 14:34
AQC əməyin qiymətləndirilməsi üzrə yeni istiqamətin tətbiqini gündəmə gətirir
Cəmiyyət

AQC əməyin qiymətləndirilməsi üzrə yeni istiqamətin tətbiqini gündəmə gətirir

9 Fevral 16:17
AQC "Kashalata" kafedə sosial layihə həyata keçirib
Cəmiyyət

AQC "Kashalata" kafedə sosial layihə həyata keçirib

7 Fevral 12:26

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.