6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

“AzerGold” QSC Daşkəsəndə yerli icmalarla növbəti görüş keçirib

“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət (KSM) Komitəsinin Daşkəsən şəhərində vətəndaşlarla ilin yekunlarına dair görüşü keçirilib. Görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədr müavini, QSC-nin KSM Komitəsinin sədri Xəyyam Fərzəliyev və “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədr müavini, “Daşkəsən Dəmir Filiz” MMC-nin KSM Komitəsinin sədri İlqar Cəlilov iştirak edib.

30 Dekabr 2025 11:47
“AzerGold” QSC Daşkəsəndə yerli icmalarla növbəti görüş keçirib


BAKI, AzerVoice

“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət (KSM) Komitəsinin Daşkəsən şəhərində vətəndaşlarla ilin yekunlarına dair görüşü keçirilib.

AzerVoice xəbər verir ki, görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədr müavini, QSC-nin KSM Komitəsinin sədri Xəyyam Fərzəliyev və “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədr müavini, “Daşkəsən Dəmir Filiz” MMC-nin KSM Komitəsinin sədri İlqar Cəlilov iştirak edib.

Daşkəsən şəhəri, rayonun Quşçu, Çovdar, Bayan və digər kəndlərinin sakinlərinin qatıldığı hesabat xarakterli tədbirdə “AzerGold” QSC və “Daşkəsən Dəmir Filiz” MMC ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin tərəfdaşlığı çərçivəsində 2025-ci il ərzində icra edilən, 2026-cı ildə isə icrası planlaşdırılan sosial və ekoloji layihələr barədə məlumat verilib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov sosial layihələrin xüsusilə təhsil, məşğulluq və sosial infrastruktur sahələrində müsbət nət KSM icələr verdiyini diqqətə çatdırıb. O. Abbasov layihələrin davamlı inkişaf prinsiplərinə uyğun olaraq icra olunmasının region üçün uzunmüddətli faydalar yaratdığını bildirib.

“AzerGold”un KSM Komitəsinin sədri Xəyyam Fərzəliyev Cəmiyyətin dağ-mədən sənayesinin inkişafı istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü fəaliyyətin rayonun iqtisadi göstəricilərinin yüksəlməsinə, eləcə də orta aylıq əməkhaqqı səviyyəsinə görə respublika üzrə ilk üçlükdə qərarlaşmasına mühüm töhfə verdiyini bildirib. Əksəriyyəti ucqar kəndləri təmsil edən 756 nəfər Daşkəsən sakininin “AzerGold” QSC-nin fəaliyyət istiqamətləri üzrə daimi işlə təmin olunduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, 2025-ci il ərzində Cəmiyyət tərəfindən Daşkəsən rayonunda sosial rifahın gücləndirilməsi, təhsilin təşviqi, mədəni maarifləndirmə, idmanın təbliği və s. istiqamətlərdə dövlət siyasətinə əlavə töhfə vermək məqsədilə müxtəlif sosial layihələr həyata keçirilib.

Görüş iştirakçılarının diqqətinə çatdırılıb ki, 2026-cı ildə də sosial məsuliyyətlilik prinsipləri əsasında təhsil, sağlamlıq, inklüziv inkişaf, infrastruktur, kənd təsərrüfatının inkişafı, fermer təsərrüfatlarına dəstək, ətraf mühitin mühafizəsi və digər istiqamətlər üzrə layihələrin icrası davam etdiriləcək.

Daha sonra vətəndaşların müraciətləri dinlənilib, yeni təşəbbüslər müzakirə edilib. Görüşdə, həmçinin vətəndaşların qaldırdıqları məsələlər araşdırılması və mövcud qanunvericilik çərçivəsində həll edilməsi üçün qeydiyyata alınıb.

Sonda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “AzerGold” QSC adından görüş iştirakçılarına səmimi bayram təbrikləri çatdırılıb.

“AzerGold” QSC Daşkəsəndə yerli icmalarla növbəti görüş keçirib “AzerGold” QSC Daşkəsəndə yerli icmalarla növbəti görüş keçirib “AzerGold” QSC Daşkəsəndə yerli icmalarla növbəti görüş keçirib “AzerGold” QSC Daşkəsəndə yerli icmalarla növbəti görüş keçirib “AzerGold” QSC Daşkəsəndə yerli icmalarla növbəti görüş keçirib “AzerGold” QSC Daşkəsəndə yerli icmalarla növbəti görüş keçirib “AzerGold” QSC Daşkəsəndə yerli icmalarla növbəti görüş keçirib
Məqalədə: #Həmrəylik Günü #AzerGold #Daşkəsən Dəmir Filiz MMC #Daşkəsən #Orxan Abbasov #Xəyyam Fərzəliyev #İlqar Cəlilov #Korporativ Sosial Məsuliyyət (KSM) Komitəsi

Mövzu üzrə digər xəbərlər

İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
İslam və Tarix

İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri

12:00
Azərbaycan və Özbəkistan geoloji kəşfiyyat üzrə yeni tərəfdaşlığa başlayır
İqtisadiyyat

Azərbaycan və Özbəkistan geoloji kəşfiyyat üzrə yeni tərəfdaşlığa başlayır

17 İyul 18:32
Özbəkistanla iqtisadi tərəfdaşlıq gücləndirilir
İqtisadiyyat

Özbəkistanla iqtisadi tərəfdaşlıq gücləndirilir

17 İyul 17:57
"AzerGold" 10 ildə 2,2 milyard manatdan çox gəlir əldə edib
Cəmiyyət

"AzerGold" 10 ildə 2,2 milyard manatdan çox gəlir əldə edib

7 İyul 19:07

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
13:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.