8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Azərbaycan və Özbəkistan geoloji kəşfiyyat üzrə yeni tərəfdaşlığa başlayır

Azərbaycan və Özbəkistan geoloji kəşfiyyat sahəsində yeni əməkdaşlıq sənədi imzalayıblar. Razılaşma Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Daşkəndə səfəri zamanı əldə olunub. Sənəd Azərbaycan–Özbəkistan Birgə Hökumətlərarası Komissiyasının 15-ci iclası çərçivəsində imzalanıb. Üçtərəfli birgə müəssisədə “AzerGold” QSC, “Uzbekgeologorazvedka” SC və Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti iştirak edəcək. Layihə geoloji kəşfiyyat işlərinin aparılmasını və perspektivli yataqların araşdırılmasını nəzərdə tutur. Tərəflər həmçinin iqtisadi, energetika, nəqliyyat və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsinə dair protokol da imzalayıblar. Yeni təşəbbüsün investisiya və dağ-mədən sənayesi üzrə tərəfdaşlığı gücləndirəcəyi bildirilir. Bu razılaşma Azərbaycan–Özbəkistan iqtisadi əməkdaşlığında növbəti mühüm addım hesab olunur.

17 İyul 2026 18:32
Azərbaycan və Özbəkistan geoloji kəşfiyyat üzrə yeni tərəfdaşlığa başlayır

BAKI,VOA

17 iyul 2026-cı il tarixində Azərbaycan Republikasının iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistana işgüzar səfər edib. Səfər çərçivəsində Mikayıl Cabbarov Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratovla birlikdə Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclasında iştirak edib.

İclas zaman hər iki ölkənin dövlət başçıları tərəfindən müəyyənləşdirilmiş hədəflərə uyğun olaraq ticarət-investisiya tərəfdaşlığın dərinləşdirilməsi, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni istehsal və dəyər zəncirlərinin formalaşdırılması, Orta Dəhliz çərçivəsində nəqliyyat-logistika əlaqələrinin inkişafı, həmçinin investisiya əməkdaşlığının genişləndirilməsi ilə bağlı fikirlər bölüşülüb.

İclasın yekununda iqtisadi-ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, səhiyyə, ətraf mühitin mühafizəsi və digər prioritet istiqamətlər üzrə tərəfdaşlığın gücləndirilməsini nəzərdə tutan protokol, həmçinin “AzerGold” QSC, “Uzbekgeologorazvedka” SC və Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin birgə iştirakı ilə geoloji kəşfiyyat işlərinin aparılması məqsədilə üçtərəfli birgə müəssisənin yaradılması ilə bağlı Şərtlər Toplusu imzalanıb.

Şərtlər Toplusu “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin icraçı direktoru Nazim Hacıyev və “Uzbekgeologorazvedka” SC-nin İdarə Heyətinin sədri Şəmsiddin Alimov tərəfindən imzalanıb.

Azərbaycan və Özbəkistan geoloji kəşfiyyat üzrə yeni tərəfdaşlığa başlayır Azərbaycan və Özbəkistan geoloji kəşfiyyat üzrə yeni tərəfdaşlığa başlayır Azərbaycan və Özbəkistan geoloji kəşfiyyat üzrə yeni tərəfdaşlığa başlayır Azərbaycan və Özbəkistan geoloji kəşfiyyat üzrə yeni tərəfdaşlığa başlayır Azərbaycan və Özbəkistan geoloji kəşfiyyat üzrə yeni tərəfdaşlığa başlayır Azərbaycan və Özbəkistan geoloji kəşfiyyat üzrə yeni tərəfdaşlığa başlayır Azərbaycan və Özbəkistan geoloji kəşfiyyat üzrə yeni tərəfdaşlığa başlayır
Məqalədə: #Azərbaycan #Özbəkistan #Mikayıl Cabbarov #AzerGold #Laziz Kudratov #Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti

Mövzu üzrə digər xəbərlər

Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
Biznes

Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı

7 Sentyabr 14:08
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
Biznes

Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı

7 Sentyabr 12:00
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
Biznes

Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu

7 Sentyabr 11:49
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Biznes

Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri

7 Sentyabr 07:20

Son Xəbərlər

Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
14:27
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
14:23
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
14:09
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
12:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.